XƏTTAT

[ər.] сущ. хаттат, иер хатӀ авай, иер хатӀуналди кхьидай кас.
XƏTT²
XƏTTATLIQ
OBASTAN VİKİ
Xəttat
Xəttat – gözəl yazı ustası; yazıçıların əsərlərini, xüsusilə şeirlərini nəfis xətlə köçürüb yayan şəxs; xoşnəvis, mirzə, katib, kalliqraf. İslam dinində canlıların surətini yaratmaq qadağan olunmuşdu. Bununla və ərəb əlifbası qrafikasının xüsusiyyələri ilə əlaqədar bədii yazı sənəti olan xəttatlıq islamı qəbul etmiş xalqların mədəniyyət və incəsənətində vacib sahələrdən birinə çevrilmişdi. İslamı qəbul edən ölkələr Qurani-Kərimin əlifbasını da qəbul etmişdilər. Din xadimləri bu əlifbada yaranan yazı sənətini hər cür dəstəkləyir və belə bir kultun yaranması üçün xəttatlara yardım da göstərirdilər. Dekorativ-ornamental sənətlə qovuşan bədii yazı mədəniyyəti kitabları, saray binalarını, məscidləri, saxsıdan, metaldan,ağacdan və parçadan hazırlanan tətbiqi sənət nümunələrini bəzəyirdi. Xəttatlıq get-gedə müsəlman dünyasında müstəqil və əsas sənət növlərindən birinə, gözəl yazmaq savadlılıq dərəcəsinin göstəricisinə çevrilirdi. Dövlət xadimlərinin, ədib, şair və alimlərin, rəssamların həm də yaxşı xəttat olduqlarına dair çoxlu misallar gətirmək mümkündür. Orta əsrlərdə Azərbaycanda bir qayda olaraq, bütün savadlı adamlar, münəccim, həkim, yaxud filosof olmalarından asılı olmayaraq, hesab edirdilər ki, yüksək savad dərəcəsinin bir göstəricisi də şeir yazmaq və xəttatlıq sənətinə yiyələnməkdir. Buna görə də, o dövrdə şair və xəttat kimi şöhrət qazanmaq olduqca çətin idi.
Baqi (xəttat)
Mir Əbdülbaqi Təbrizi (az.-əski. میر ابدولباقی تبریزی‎), təxəllüsü Baqi (az.-əski. باقی‎) — XVI əsrin sonu–XVII əsrin əvvəllərində yaşayıb-yaratmış Azərbaycan xəttatı. == Həyatı == Təbriz, Bağdad və İsfahanda fəaliyyət göstərmiş, elm və sənətin müxtəlif sahələrində şöhrət qazandığına görə "danişmənd" (alim) təxəllüsü almışdır. Mir Əbdülbaqi Təbrizi İsfahanda bir sıra məscidin kitabələrini işləmiş (Əli Rza Təbrizi ilə birgə), nəsx, süls və rüqə xətləri ilə "Qəsideyi-bürda" ("Peyğəmbərin əbası haqqında qəsidə", 1588) və s. əsərlərin üzünü köçürmüşdür. Şah I Abbasın dövründə yaşamış, Ələddin Təbrizi və Əlirza Təbrizinin tələbəsi olmuşdur. O, 1629-cu ildə vəfat etmişdir.
Azərbaycan mədəniyyətində xəttatlıq
Azərbaycan mədəniyyətində xəttatlıq (az.-əski. آزربایجان مدنییّتینده ختّاتلیق‎) — tarixən və müasir dövrdə Azərbaycan mədəniyyətində ərəb əlifbası ilə icra edilən xəttatlıq. Orta əsrlərdə Azərbaycan əlyazmalarının yazılmasında müxtəlif xəttatlıq nümunələrindən (nəsx, nəstəliq, təliq, şikəstə, süls, reyhani, divani, ruqə, mühəqqiq, touqi) istifadə edilmiş, elmi əsərlər isə nəsx xətti ilə yazılmışdır. XIX əsrdə gözəl yazı ilə bağlı "İnşai-Mirzə Kazım", Əbdülqəni Xalisəqarızadə Nuxəvinin "Məcməül-xoş xətt" və Əbdüssəlam Axundzadənin "Xətti-təliq və nəstəliq" əsərləri yazılmışdır. Sovet dövründə Azərbaycanda xəttatlıq tənəzzülə uğrasa da, müasir dövrdə hələ də ondan istifadə edilir. == Tarixi == === Orta əsrlər və erkən müasir dövr === Orta əsrlərdə Azərbaycan ərazisində rəssamlar əsasən xəttatlıq ilə məşhur idilər. Azərbaycan əlyazma kitablarının yazılmasında nəsx, nəstəliq, təliq, şikəstə, süls, reyhani, divani, ruqə, mühəqqiq, touqi və s. xətt nümunələrindən istifadə edilmişdir. Elmi əsərlər əsasən nəsx xətti ilə yazılmışdır. Bundan başqa məscid kitabələrində, misgərlik nümunələrində, döyüş əşyalarında, sufi dərvişlərinin istifadə etdiyi kəşkül və təbərzində xəttatlıq nümunələrinə rast gəlinir.
Xəttatlar
Xəttat – gözəl yazı ustası; yazıçıların əsərlərini, xüsusilə şeirlərini nəfis xətlə köçürüb yayan şəxs; xoşnəvis, mirzə, katib, kalliqraf. İslam dinində canlıların surətini yaratmaq qadağan olunmuşdu. Bununla və ərəb əlifbası qrafikasının xüsusiyyələri ilə əlaqədar bədii yazı sənəti olan xəttatlıq islamı qəbul etmiş xalqların mədəniyyət və incəsənətində vacib sahələrdən birinə çevrilmişdi. İslamı qəbul edən ölkələr Qurani-Kərimin əlifbasını da qəbul etmişdilər. Din xadimləri bu əlifbada yaranan yazı sənətini hər cür dəstəkləyir və belə bir kultun yaranması üçün xəttatlara yardım da göstərirdilər. Dekorativ-ornamental sənətlə qovuşan bədii yazı mədəniyyəti kitabları, saray binalarını, məscidləri, saxsıdan, metaldan,ağacdan və parçadan hazırlanan tətbiqi sənət nümunələrini bəzəyirdi. Xəttatlıq get-gedə müsəlman dünyasında müstəqil və əsas sənət növlərindən birinə, gözəl yazmaq savadlılıq dərəcəsinin göstəricisinə çevrilirdi. Dövlət xadimlərinin, ədib, şair və alimlərin, rəssamların həm də yaxşı xəttat olduqlarına dair çoxlu misallar gətirmək mümkündür. Orta əsrlərdə Azərbaycanda bir qayda olaraq, bütün savadlı adamlar, münəccim, həkim, yaxud filosof olmalarından asılı olmayaraq, hesab edirdilər ki, yüksək savad dərəcəsinin bir göstəricisi də şeir yazmaq və xəttatlıq sənətinə yiyələnməkdir. Buna görə də, o dövrdə şair və xəttat kimi şöhrət qazanmaq olduqca çətin idi.
Xəttatlıq
Xəttatlıq və ya kalliqrafiya (yun. καλλιγραφία — "gözəl xətt") — təsviri incəsənətin sahələrindən biri. Onu həmçinin nəfis məktub incəsənəti də adlandırırlar. Xəttatlığın elmi anlayışı belədir: "işarələrin ekspressiv, harmonik və incə zövqlə tərtibatı incəsənəti". Xəttatlıq yazını nəfis şəkildə şrift, əl və əlifba kimi yazmaq bacarığıdır. Kalliqrafiya əşya və lövhə üzərində məişət yazısından yüksək incəsənət nümunələrinə qədər geniş bir sənətdir. Kalloqrafiyada həmişə hərflər standart formada yazılmır.. Müasir dövrdə kalliqrafiya bəzi dini yazılarda, xüsusi sənəd yazılışında, dəvətnamələrdə, yubiley və şənlik təbriklərində, qrafik işlərdə, daş yonmalarında və tarixi sənəd təkrarında isrifadə edilir. Xəttatlıq həmçinin televiziya monitor yazılarında, müəyyən xasiyyətnamələrdə, əllə yazılması nəzərdə tutulan sənədlərdə ( məsələn, doğum şəhadətnaməsi ) istifadə edilir. Xəttatlıq Azərbaycan xalqının uzun əsrlərdən bəri yaşatdığı qədim sənət növlərindən biridir.
Səyidcəlil Xəttatov
Səyidcəlil Hüseyn oğlu Xəttatov (krımtat. Seitcelil Üsein oğlu Hattat, Сеитджелиль Усеин огълу Хаттат; 1873, Bağçasaray, Tavriya quberniyası[d] – Krasnoyarsk diyarı) — Krım tatar yazıçısı, tənqidçisi, pedaqoqu, ictimai xadimi, maarifçisi. Represiya qurbanı. 1905-1907-ci illər inqilabından sonra Gənc tatar hərəkatına qoşulmuş, Krımın ictimai-siyasi həyatında iştirak etmişdir. 1917-ci ildə Müvəqqəti Krım Müsəlman İcraiyyə Komitəsinin (VKMİK) təşkilində fəal iştirak edib. Krım Xalq Respublikasının hökumətinin üzvü, vəqflər və maliyyə naziri. O, qondarma “Milli Firqə” partiyası işi üzrə repressiyaya məruz qalıb, iki dəfə QULAQ sistemində cəza çəkib. Krım Vilayət Məhkəməsinin 18 iyun 1957-ci il tarixli qərarı ilə reabilitasiya olunub. == Həyatı == Səyidcəlil Xəttatov 1873-cü ildə (digər mənbələrə görə 1874-cü ildə və “Reabilitasiya tarixi. Krım Muxtar Respublikası” kitabına görə 1887-ci ildə ) Bağçasarayda quluqçu ailəsində anadan olub.

Значение слова в других словарях