XALI
XALKOPİRİT
OBASTAN VİKİ
Xalkantit
Xalkantit (mis kuporosu) – Cu [SO4]· 5H2O - Triklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: nadir. == Növ müxtəliflikləri == Maqneziumlu sinkkupro- və ferroxalkantitlər. == Xassələri == Rəng – tünd-mavi, göyümtül, yaşılımtıl; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə; Şəffaflıq – şəffafdan yarımşəffafadək; Sıxlıq – 2,12-2,30; Sərtlik – 2-2,5; Ayrılma – {110} üzrə qeyri-mükəmməl; Sınıqlar – qabıqvari; Başqa xassələr – suda asan həll olur; Morfologiya – kristallar: nadir rast gəlir; lövhəvari, qısaprizmatik; Mineral aqreqatları: qabıqlar, stalaktitlər, dənəvər, böyrək- və tozvari kütlələr. == Mənşəyi və yayılması == Ekzogen mənşəlidir. Mis minerallarının və misli mineralların oksidləşmə məhsuludur. Adətən yataqların oksidləşmə zonalarının üst hissəsində rast gəlir. Suda tez həll olduğundan yalnız quraqlıq şəraitlərdə yaxşı mühafizə olunub qalır. Xalkantitin sənaye əhəmiyyətli iri yığınları yalnız Çukikamata yatağında (Çili) qeyd edilir. Birlikdə rast gəldiyi minerallar: antlerit, broşantit, xalkopirit, melanterit və s.

Digər lüğətlərdə

веретеница заводно́й карто́шина неукосни́тельно отчекры́жить подта́кивать раззаво́д закорю́чка разыгрывать коме́дию ре́йка се́льтеровский некогда тривиальный шум affluent Canuck castle-builder cross-examiner hue-and-crier monobloc orthopsychiatric publicity right on забрить опт