Xanıma

Əla növ undan nazik lavaşlar açılır (qoğal xəmiri kimi). Təxminən əl boyda hissənin içərisinə çox da yağlı olmayan çəkilmiş, dananın bel ətinin içərisinə zövqə görə duz, istiot vurub, nar turşusu(nardança) ilə qarışdırır və onu yaxşıca yoğurursan. Hər xəmir parçasının içərisinə təxminən 1 xörək qaşığı hazırlanmış küftədən qoyub xəmiri təxminən şəkərbura kimi büküb mantı qazanında 45-50 dəqiqə bişirirsən. Bu xörəyi zövqə görə qatıqla (sarımsaq qatıq) da süfrəyə verə bilərsən. Daha çox Füzuli bölgəsində istifadə olunur.
Xanəhmədi
Xarço
OBASTAN VİKİ
Xanımana Əlibəyli
Xanımana Sabir qızı Əlibəyli (20 aprel 1920, Bakı – 7 may 2007, Bakı) — Azərbaycan yazıçısı. Xanımana Sabir qızı 20 aprel 1920-ci ildə Bakı şəhərinin Keşlə kəndində maraqlı mədəni ənənələrə malik zadəgan ailəsində dünyaya göz açmışdır. Babası general Ağasəlim bəy Əlibəyov və nənəsi Xanımana o zamanın yüksək təhsil görmüş ziyalılarından olmuşlar. Bədii istedadı olan Xanımana nənə hərdən şeir də yazarmış. Atası genaral Ağasəlim bəy Əlibəyovun oğlu Sabir bəy Əlibəyov 1886-cı ildə Bakıda anadan olmuşdur. Məsumə xanım Qarayeva ilə evlənmişdir. Xanımana Əlibəylinin atası Sankt-Peterburq universitetini bitirmişdi və ölkəmizin xaricdə ixtisaslaşmış ilk ali təhsilli peşəkar hüquqşünaslarından biri kimi tanınırdı.1966-cı ildə vəfat etmişdir. Xanımananın anası Məsumə xanım Qarayeva H. Z. Tağıyevin məşhur Qızlar gimnaziyasını və Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmiş, Əli Bayramov adına Qadınlar klubunun fəallarından olmuş, uzun illər Bakının orta məktəblərində dərs demiş, məktəb direktoru, rayon xalq maarif şöbəsinin müdiri vəzifələrində çalışmış, bu sahədə səmərəli fəaliyyətinə görə əməkdar müəllim fəxri adına layiq görülmüşdü. Xanımana dörd qızın və üç oğlanın böyüdüyü bu ailənin ilk uşağı idi. Gənc şair Bakıdakı 13 nömrəli orta məktəbdə təhsil almış, həmişə yaxşı oxumuş, müəllimlərinin sevimlisi olmuşdur.
Xanımana Əhmədova
Xanımana Əhmədova (20 oktyabr 2002 — Sumqayıt, Azərbaycan) — azərbaycanlı peşəkar qadın futbolçu. Azərbaycan Yüksək Qızlar Liqasında çıxış edən "Sumqayıt" klubunun müdafiəçisi. == Həyatı və Karyerası == Xanımana Əhmədova 2016-cı ildən "Sumqayıt" klubunda forma geyinməyə başladı. O peşəkar karyeraya növbəti ildən başladı. Peşəkar olaraq Sumqayıtda forma geyinən futbolçu, həmin il çempionluqla yadda qaldı. 2018-2019 sezonunda "Sumqayıt" klubunun dağıdılması nəticəsində eyni şəhərin yeni yaranmış digər klubu olan "Uğur" klubuna keçdi. Bu klubla da uğur əldə edən futbolçu, iki il ard-arda çempion oldu. 2020-ci ildə "Uğur" klubunun fəaliyyətinin dağılması nəticəsində, yenidən "Sumqayıt" klubu yarandı və Xanımana Əhmədova, "Sumqayıt" klubunda forma geyinməyə davam etdi. == Milli Karyerası == 2017-ci ildə Azərbaycan qadınların ibarət U17 millisində çıxış edib.