XANMƏMMƏD

bax: Xan və Məmməd.
XANLAR
XANMİRZƏ
OBASTAN VİKİ
Xanməmməd-Bünaən
Xanməmməd-Bünaən — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. Heç bir Azərbaycan saytında bu adla qeyd olunmadığından bu kəndin ad dəyişikliyinə məruz qaldığı və ya artıq mövcud olmadığı ehtimal edilir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd ərazisi 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb.
Aqil Xanməmmədov
Aqil Xanməmməd oğlu Xanməmmədov (23 mart 1973, Ağstafa rayonu) — Fizika-riyaziyyat elmləri doktoru, professor. == Həyatı == Aqil Xanməmmədov 1973-cü ildə Ağstafa rayonunda anadan olmuşdur. Orta təhsilini 1980–1990-cı illərdə Ağstafa rayonu Aşağı kəsəmən kənd orta məktəbində almışdır. 1995-ci ildə ali təhsil aldığı BDU-nun tətbiqi-riyaziyyat fakültəsinindən məzun olmuşdur. 1995–1998-ci illərdə BDU-nun tətbiqi riyaziyyat kafedrasının aspirantı olan A.Xanməmmədov, 1998-ci ildən həmin kafedrada çalışır. Bununla yanaşı AMEA Riyaziyyat və Mexanika İnstitutu Diferensial tənliklər şöbəsinin baş elmi işçisi və Azərbaycan Universiteti İnformasiya-kommunikasiya texnologiyaları fakültəsinin professorudur. 2005-ci ildə dosent, 2009-cu ildə isə professor elmi adını almışdır. Ailəlidir. 2 övladı var. == Elmi fəaliyyəti == 1998-ci ildə "Bütün oxda ikinci tərtib fərq tənlikləri üçün səpilmənin tərs məsələsi və onun tətbiqi" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini almışdır.
Cəbrail Hüseynxan oğlu Xanməmmədov
Cəbrail Xanməmmədov
Hacı Xanməmmədov
Hacı Dadaş oğlu Xanməmmədov (15 iyun 1918, Dərbənd, Dağıstan vilayəti – 7 aprel 2005, Bakı) — Azərbaycan görkəmli bəstəkarı və dirijoru, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1967), dosent (1981), Azərbaycan SSR xalq artisti (1988), professor (1988), "Şöhrət" ordeni laureatı (1998) == Həyatı == Hacı Xanməmmədov 1918-ci il iyunun 15-də Dərbənd şəhərində anadan olub. 14 yaşında ikən Bakıya gələn Hacı Xanməmmədovun Üzeyir Hacıbəyovla tanışlığı onun gələcəyini, bütövlükdə taleyini müəyyənləşdirib, bəstəkar və musiqiçi kimi püxtələşməsində həlledici rol oynamışdır. O, Ü.Hacıbəyovun himayədarlığı ilə Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki fəhlə fakultəsinə daxil olur və Səid Rüstəmovun tar sinfində təhsil alır. == Yaradıcılığı == 1934-cü ildə Ü.Hacıbəyov H.Xanməmmədovu özünün rəhbərlik etdiyi Azərbaycan Dövlət Radiosu nəzdindəki Xalq Çalğı Alətləri Orkestrinə solist kimi qəbul edir. 1937-cı ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında "Koroğlu" operası tamaşaya qoyulanda Ü.Hacıbəyovun Simfonik Orkestrə dəvət etdiyi 7 tarzəndən biri H.Xanməmmədov idi. 1938-ci ildə Moskvada keçirilən Birinci Azərbaycan Ədəbiyyatı və İncəsənəti ongünlüyündə H.Xanməmmədov "Koroğlu" operasının tamaşasında orkestrin tərkibində iştirak etmişdir və 1941-ci ildə həmin teatrla İranda qastrol səfərində olmuşdur. 1943-cü ildə Azərbaycan Dövlət Konservatoriyasında Üzeyir bəyin təşəbbüsü ilə "Xalq musiqisinin əsasları" şöbəsi açıldıqda H.Xanməmmədov bu şöbəyə qəbul olunur. İkinci Dünya Müharibəsi illərində H. Xanməmmədov Azərbaycan Dövlət Musiqili Komediya Teatrında dirijor kimi fəaliyyət göstərməklə yanaşı, müəlliminin rəhbərliyi ilə bir sıra mahnı və marşlar, habelə o zaman tez məşhurlaşmış "Gözəl Pəri" mahnısını, Xalq Çalğı Alətləri Orkestri üçün "Qəhrəmani" əsərini bəstələyir. 1947-ci ildə H. Xanməmmədov öz təhsilini Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakultəsində davam etdirir. Əvvəl professor Boris Zeydmanın sinfinə daxil olan H. Xanməmmədov sonralar öz yaşıdı, böyük bəstəkarımız Qara Qarayevin sinfinə keçir.
Xanməmmədbinə
Xanməmmədbinə — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır.
Xanməmmədli
Xanməmmədli (Zərdab) — Azərbaycan Respublikasının Zərdab rayonunda kənd. Xanməmmədli (Neftçala) — Azərbaycan Respublikasının Neftçala rayonunda kənd.
Xanməmmədli (Neftçala)
Xanməmmədli — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd. Neftçala rayonunun Qaçaqkənd inzibati ərazi vahidində kənd. Bala Kür çayının sahilində, Salyan düzündədir. Yaşayış məntəqəsi XIX əsrin birinci yarısında Şorsulu kəndindən ayrılmış xanməmmədli nəslinə mənsub ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Qaçaqkənd inzibati ərazi vahidində kənddir. Bala Kür çayının sahilindədir.
Xanməmmədli (Zərdab)
Xanməmmədli — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. 2014-cü ilin noyabr ayının 27-də kəndə ilk dəfə olaraq təbii qaz verilmişdir.
Xanməmmədli küp qəbirləri nekropolu
Xanməmmədli nekropolu - Zərdab rayonu, Xanməmmədli kəndi ərazisində yerləşən arxeoloji abidə. 1973-cü ildə Zərdab rayonunun Xanməmmədli kəndinin cənub-qərbində meliorasiya işləri zamanı yerin 1,5 m dərinliyində küp qəbir aşkar olunmuşdur. F.Osmanov bu qəbiri e.ə. II – I əsrlərə aid etmişdir. Skelet yarımbükülü vəziyyətdə qoyulmuş, yanından serdolik muncuqlar, korroziyaya uğramış qısa xəncər, sadə naxışsız gil qablar tapılmışdır. Mərhumun alın hissəsinə sikkə qoyulmuşdur. Numizmatik material Parfiya Arşakilərindən olan I Oroda məxsusdur (e.ə. II əsr). Sikkənin aversində hökmdar I Orodun adı, reversində isə günəş təsvir olunmuşdur. Qəbirdən 1 m kənarda ocaq izləri də tapılmışdır.
Cəbrayıl Xanməmmədov