XAŞ
XAŞA²
OBASTAN VİKİ
Roş Xaşana
Roş-Ha-Şana — Yəhudi dilindən tərcümədə yeni il adlanan bu bayramı Qubanın Qırmızı Qəsəbə massivində yaşayan dağ yəhudiləri də ənənəyə uyğun şəkildə qarşılayır. Dağ yəhudiləri bayramın ilk günündə sinaqoqa gedir, mənəvi saflıq qazanmaq üçün və yeni ilin uğurlu olması arzusu ilə səhər və axşam saatlarında bayram ibadəti edir. Roşha-Şana insanları günah əməllərdən çəkinməyə, Tanrıya ibarət etməklə mənəvi sağlığa qovuşmağa çağıran bir mərasimdir: “Bu mərasim yeni ilin ilk 10 günü ərzində keçirilir. Bu günlər ərzində Allah insanlara imkan verir ki, onlar etdikləri hərəkətləri düşünsün, pis əməllərdən həmişəlik əl çəksin”. Qırmızı Qəsəbədə yeni ilin gəlişi ilə bağlı icra olunan dini ayinlər qoç buynuzundan hazırlanan şeypurun səsləndirilməsi ilə yekunlaşır. Günahlara həmişəlik tövbə etmək mənasını ifadə edən sonuncu ayin Yom-Kippur adlanır. Bayramın 10-cu günündə keçirilən bu ayin bir sutka ac qalmaqla icra olunur. Daha sonra bayram şənlikləri başlayır. Kişilərin adına qurban kəsilir, şirniyyat süfrələri açılır. El adətinə görə, almanı bala batırıb yeyirlər ki, il şirin təəssüratlarla keçsin.
Əfqan Xaşalov
Əfqan Xaşalov (7 iyun 1997, Yuxarı Salahlı, Qazax rayonu) — Azərbaycanı təmsil edən sərbəst güləşçi. == Həyatı == Əfqan Kamil oğlu Xaşalov 1997-ci il iyunun 7-də Qazax rayonunun Yuxarı Salahlı qəsəbəsində anadan olub. 2010-cu ildən idmanla məşğul olur. Şəxsi məşqçisi Cavid Qurbanzadədir. Zenit İdman Cəmiyyətinin üzvüdür. == Karyerası == Əfqan Xaşalov 2014-cü ildə yeniyetmələr arasında Avropa Çempionatının qızıl, 2015-ci ildə isə yeniyetmələr arasında Dünya Çempionatında isə gümüş medala sahib olub. 2016-cı ildə Fransa, 2017-ci ildə isə Almaniyada baş tutan gənclər arasında Avropa Çempionatlarının da qalibi olub. Əfqan Xaşalov 2020-ci ilin sentyabr-noyabr aylarında baş verən Vətən müharibəsinin veteranıdır. Azərbaycan Prezidenti İlham Əliyevin 24 iyun 2021-ci il tarixli Sərəncamlarına əsasən Əfqan Kamil oğlu Xaşalov "Füzulinin azad olunmasına görə" medalı və "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Digər lüğətlərdə

запусти́ть иезуи́тка пепси́новый свойла́чивание тра́пповый уши́б юла́ антихудо́жественный взалка́ть влия́тельный почётный ту́скнуть узы гимене́я чернозёмный combinatorics cousin-german discourage epurate kala-azar pistache plumbing обусловливать противозаконный распечатывать физиономия