Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Eparse adaları
Eparse adaları (fr. Îles Éparses) — Adalar qrupu Hind okeanının cənubunda, Mozanbik boğazında yerləşir. Mozambik və Madaqaskar arasındakı yolun üzərində yerləşir. Adalar Fransanın mülkiyyəti olaraq Fransa Dənizaşırı Bölgələr Birliyi Eparse adaları ərazisinə daxildir. Bölgədə yerləşən adalara Madaqaskar iddia edir. 1892-ci ildə ərazilər frasnsanın lonizasiyasına məruz qalmışdır. 1912-ci ildə isə «Madaqaskar və onujn asılı ərazilərə» daxil edilir. Zaman-zaman adalar məskunlaşdırılmağa başlanılmışdır. Əsas hədəfsə quano və kakos toplamaq və tısbağa çanağının satışı olmuşdur. == Tərkibi == Bura əsasən Mərcan adaları daxildir: Bank-du-Qeysir (Komor adaları və Madaqaskar tərəfindən ərazi iddiaları irəli sürülür) Bassas da İndiya adaları (Madaqaskar tərəfindən ərazi iddiaları irəli sürülür) 10 adsız ada Avropa adası (Madaqaskar tərəfindən ərazi iddiaları irəli sürülür) Avropa adası 8 adsız ada Qloryoz adaları (Madaqaskar tərəfindən ərazi iddiaları irəli sürülür) Qrand-Qloryoz İl-dyu-Lis Qəza qayası Cənub qayası Yaşıl qayalar (3 ada) 3 adsız ada Xuan de Nova adası (Madaqaskar tərəfindən ərazi iddiaları irəli sürülür) Tromelin adası (Mavriki tərəfindən ərazi iddiaları irəli sürülür) Adaların ümumi ərazisi — 38,6 km², əhalisi 56 nəfər (stansiya işçiləri).
Əsarət (Rövşən Abdullaoğlu)
Əsarət — Rövşən Abdullaoğlunun 2019-cu ildə nəşr edilmiş "Tanrı - mif, yoxsa həqiqət?" silsiləsindən olan ilk kitabı. Dünyagörüşü seçimimiz, yaxşını və pisi təyin etdiyimiz meyarlar nə dərəcədə obyektivdir? Biz nə dərəcədə ictimai manipulyasiyanın təsiri altındayıq? Düşüncə və qərarları üzərində könüllü olaraq ixtiyarı əldən vermiş insan ən rəzil köləliyi qəbul etmiş, beyni əsarətdə olan biridir. Bu əsarətdən qurtulmaq üçün ilk addım – kölə olduğunun fərqinə varmaqdır. Yalnız bundan sonra düşüncələrimizdə, istəklərimizdə, seçimlərimizdə bütün ixtiyarı öz əlimizə alıb həyatımızı kökündən dəyişəcək mühüm suallara doğru cavab tapa bilərik. Tanrı mifdir, yoxsa həqiqət? – Bu, yaradılışla bağlı olan sualların ən önəmlisi və ən çətinidir. Bu suala hər kəs özü cavab verməlidir: nə valideynlərimiz, nə cəmiyyət, nə də hansısa nüfuzlu alim deyil, məhz özümüz. “Əsarət” kitabı “Tanrı varmı?” sualına düzgün cavab verə bilmək üçün zəruri olan fundamental məlumatlardan, xurafi, yanlış görüşlərin, doqmalaşmış “elmi” fərziyyələrin, ictimai stiqmaların insanın azad düşüncəsini necə əsir almasından bəhs edir.
12 illik əsarət (film)
12 illik əsarət (ing. 12 Years a Slave) — Con Ridlinin ssenarisi əsasında, Stiv Makkuinin rejissorluğu ilə epik, tarixi kinodram. Solomon Nortapın eyni adda avtobioqrafiyası əsasında ekranizasiya. 30 avqust 2013-cü ildə Telluriddə gerçəkləşən kinofestivalda premyerası olmuşdur. ABŞ-də 18 oktyabr 2013, Böyük Britaniyada isə 24 yanvar 2014-cü ildə prokata çıxıb. Azərbaycanda premyera 9 dekabr 2013-cü il baş tutub.
12 illik əsarət (film, 2013)
12 illik əsarət (ing. 12 Years a Slave) — Con Ridlinin ssenarisi əsasında, Stiv Makkuinin rejissorluğu ilə epik, tarixi kinodram. Solomon Nortapın eyni adda avtobioqrafiyası əsasında ekranizasiya. 30 avqust 2013-cü ildə Telluriddə gerçəkləşən kinofestivalda premyerası olmuşdur. ABŞ-də 18 oktyabr 2013, Böyük Britaniyada isə 24 yanvar 2014-cü ildə prokata çıxıb. Azərbaycanda premyera 9 dekabr 2013-cü il baş tutub.
Sumqayıt: milli əsarət, ya milli səxavət? (kitab)
Sumqayıt: milli əsarət, ya milli səxavət? Həsən Sadıqov və Ramazan Məmmədovun müəllifi olduğu bu kitab Sumqayıt şəhəri haqqında böhtan xarakterli yalan məlumatlar yayan erməni və ermənipərəst yazarlara cavab məqsədilə Sumqayıt Dövlət Universitetinin əməkdaşları tərəfindən hazırlanmışdır.