Quloy-xi
Quloy-xi və ya Quloyxi — İnquşetiya Respublikası ərazisindən axan çay.
Quloy-xi çayı Assa çayının sağ qoludur. Çayın uzunluğu 24 km, su hövzəsinin sahəsi 161 km²-dir. Çay vadisində Vovnuşki müdafiə və gözətçi qalalarının son orta əsrlərə aid kompleksi var.
Quloy-xi çayı mənbəyini Çeçenistanla sərhədin yaxınlığındakı Ceyrax rayonu dağlarından (Daxkinta dağının yamacı) götürür. Çay yaşayış məntəqələrindən uzaqda dağ dərəsi ilə qərbə doğru axır. Vadidə şam ağacı, qızılağac, söyüd, ağcaqayın, çaytikanı, gərməşov, başınağacı bitir. Meşələr əsasən çayın sol sahili boyunca uzanır. Çayda su axınının sürəti 2,2 m/s-dir. Çayın mənsəbi Assa çayının sağ sahili boyunca 103 km uzanır.