XİLİAZM

axirətdən əvvəl yer üzündə Allahın minillik hökmranlığının bərqərar olacağını təlqin edən dini təlim, nəzəriyyə.
XİLAFƏT
XİRQƏ
OBASTAN VİKİ
Xiliazm
Xiliazm (yun. χῑλιάς - min) və ya millenniarízm — Yer üzərində dünyanın sonundan əvvəl gələn minillik "allah səltənəti" haqqında dini təlim. Xiliazm iudaizimə və xilaskar Məsihanın gəlməsi barədə ideyalarla əlaqələndirildiyi ilkin xristianlığa xas olmuşdur. Xiliazm ideyaları qulları və kasıbları özünə cəlb edirdi. Roma imperiyasının rəsmi dini olduqdan sonra xristianlıq yer üzərindəki qaydaları dəyişdirmək cəhdlərdən əl çəkdi, əsas diqqəti axirət əcrinə verdi, yanlış təlim kimi Xiliazmi rədd etdi. Orta əsrlərdə kəndlilərin və şəhərlilərin feodal istismarına qarşı sosial etirazının dini qabığını təşkil edən bir sıra bidətçi təlimlər və canlanma keçirirdi. Hazırda Xiliazm bəzi dini təriqətlərin ideologiyasının tərkib hissəsidir.

Digər lüğətlərdə