Ağbulaq Xizək Mərkəzi
Ağbulaq Xizək Mərkəzi-Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda yerləşir
== Ümumi məlumat ==
Ağbulaq İstirahət Kompleksi dəniz səviyyəsindən 2000 metr yüksəklikdə, Şahbuz rayonunun eyniadlı kəndində yerləşir . Ağbulaq Naxçıvan şəhərindən 58 km , Hava Limanından isə 66 km məsafədə yerləşir. Dağların qoynunda yerləşən Ağbulaq İstirahət və Xizək Mərkəzi gündəlik qayğılardan uzaqlaşmağınız üçün ideal məkandır . Dağlara açılan gözəl mənzərəli otaqlar, təbii qidalar, təmiz hava və ecazkar təbiət sizin istirahətinizi xoş etməklə yanaşı , səhhətinizi də möhkəmləndirəcək . Ümumi tutumu 76 nəfər olan, 38 otaq fəaliyyət göstərir. Otaqlar peyk yayımlı TV, daxili xəttli telefon, mini bar, kassa, vanna otağı (duş, duş kabini), WC, fenlə təchiz olunub. Ağbulaq İstirahət Mərkəzində kafe-bar, restoran-bar fəaliyyət göstərir. Bundan başqa mini futbol-voleybol meydanı, uşaqlar üçün əyləncə parkı, market, valyuta məntəqəsi, poçt xidməti və başqa xidmətlər də mövcuddur.
Xidmətlərimiz
24 saat Qəbul və Yerləşdirmə
24 saat Restoran və Bar
24 saat Otaq xidməti
24 saat Təhlükəsizlik xidməti
Pulsuz Park etmə
Oyandırma xidməti
Bələdçi (ödənişli)
Yanğınsöndürən
İlk tibbi yardim otağı
== Ağbulaq İstirahət Mərkəzi ==
Standart otaq
Tək çarpayı, oturma dəsti, LCD televizor, minibar, elektrikli çaydan, buklet dəsti, telefon xidməti, şkaf, paltar asılqanı, wifi, mərkəzi isitmə sistemi, sabun, şampun, duş jeli, xalat, dəsmal, fen, 24 saat otaq xidməti, çamaşırxana xidməti, fərdi ütü servisi, çay-kofe xidməti
Kotteclər
Həyətyanı sahədə 3 ədəd kottec mövcuddur. Hər kottec 2 otaqdan ibarətdir.