XURCUN

Fars sözüdür, xorçin hissələrindən ibarətdir. Xor “xörək”lə kökdaşdır, “azuqə” deməkdir, çin isə “yığmaq” deməkdir. Xurcun “azuqə qabı” kimi anlaşıla bilər. Bəlkə də, xordan (yəni azuqə qabı) kimi olub (müqayisə et: qənddan...). Türk dillərində xurcun yerinə, arçı sözündən istifadə edilib. “Məsafə” mənasını verən araç, “ayırmaq” anlamında işlədilən ar, “elçi” (сват) mənasını əks etdirən arquçu sözlərimiz mövcud olub. Deməli, arçı “iki yerə ayrılan” (iki gözü olan), “arada məsafəsi olan” mənasını əks etdirib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

XULİQAN
XURD-XƏŞİL
OBASTAN VİKİ
Xurcun
Xurcun - Bu məişət əşyası əsasən müxtəlif rəngli yun ipdən (bəzən iplikdən) xalça texnikası ilə toxunur, qotazlarla bəzədilir. İki gözdən və şol hissədən ibarət olur. Ağız hissəsinə gözək salınır, gözəyin içərisindən keçən qotazlı bağ dartılarkən xurcunun ağzı bağlanır. Xurcun müxtəlif olçüdə olur. Əsasən kənd təsərrüfatı məhsulları və sair daşımaq üçün istifadə olunur. Qədim dövrlərdən qonşu Şərq və Qafqaz xalqlarının, o cümlədən azərbaycanlıların məişətində mühüm yer tutmuşdur.

Digər lüğətlərdə

берегови́к держа́ться дермато́лог додра́ть ожиже́ние орденоно́сец отбо́йник смешко́м судохозя́ин томага́ук напря́чься отгреба́ть потя́гивать прощу́паться blast furnace brandiron drawing-master dropping-tube forcible hermitage saucer lake service road богара парнасец ял