XƏBƏRÇİLİK [Təchizat müdiri:] Doğrusu, xəbərçilikdən zəhləm gedir (M.Hüseyn); ÇUĞULÇULUQ Xubru olmaq üçün qəflətən şahın dəllallarının çuğulçuluğu ilə atasından mütalibə olunub şahın hərəmxanasına daxil olmuşdu (M.F.Axundzadə); DONOSBAZLIQ İvan bəy: Hər halda donos, donosbazlıq yaxşı peşə deyil.. (N.Vəzirov); ŞEYTANÇILIQ Çox fikirdən sonra dedim: “Yenə vallah şeytançılıq, yenə xəbərçilik” (C.Məmmədquluzadə); DEYİCİLİK Mirzə Polad müəllimdən yaman deyicilik olduğunu ..bilməmişdi (S.Rəhimov).