XƏRİTƏŞÜNASLIQ Kartoqrafiyanın bölməsi. Onun nəzəri əsaslarını, inkişaf tarixini, kartoqraf mənbələrin: (onların elementləri, xüsusiyyətləri və s.) analizi metodlarını və s. öyrənir. Bəzən xəritələrdən istifadə etmək metodlarını da X.-a aid edirlər.