XƏZNƏ

is. [ ər. ]
1. Pul, cavahirat və s. qiymətli şeylər saxlanılan yer.
Cümə axşamları ağanın xəzinəsindən füqəraya pul paylanardı. Ə.Haqverdiyev.

2. Bir dövlətə məxsus pul, sərvət, torpaq və s. qiymətli vəsaitin hamısı birlikdə. Dövlət xəzinəsi. Xəzinəyə məxsus torpaqlar. Xəzinə malı.
– …Uşqolların xərci dövlət xəzinəsinin öhdəsində idi. C.Məmmədquluzadə.

3. məc. Mədəni və mənəvi sərvətlərin toplusu.
Türk dilində, Azərbaycan şivəsində təzə bir kitabın ədəbiyyat xəzinəmizə daxil olmasını kəmali-iftixar ilə izhar edirik. F.Köçərli.
Onlar böyük bir səy ilə xalqının qəhrəmanlıq tarixinə yeni səhifələr yazmış, ya da elm və sənət xəzinəsini parlaq incilərlə zənginləşdirmişlər. M.İbrahimov.

4. Köhnə Şərq hamamlarında isti su saxlanılan yer, hovuz.
[Xortdan:] Bizim hamamların İran qaydası böyük hovuzları var ki, adına xəzinə deyirlər. Ə.Haqverdiyev.
Ancaq tağların birinin altında xəzinə olardı.
Orada isti su saxlanılardı. H.Sarabski.
[Rza bəy:] Əşi, girirəm xəzinəyə, bilmirəm ki, bu içində çimdiyim sudur, neftdir, həlimdir, yoxsa bozbaşdır. Ü.Hacıbəyov.

5. Keçmişdə tapançada dəstəyin, tüfəngdə qundağın dibçəyində, müasir silahlarda isə patron qoyulan yer.
[Həcər] tüfəngi əlinə götürüb onun xəzinəsini açır, diqqətlə buraya baxır və yoxlayırdı. S.Rəhimov.

◊ Xəzinə üstündə oturmaq – çoxlu pul, var-dövlət sahibi olan adam haqqında.
[Hacı Murad:] Haradan alım? Deyəsən, xəzinə üstündə oturmuşam. S.S.Axundov.

XƏZLİK
XƏZRİ
OBASTAN VİKİ
Vadi əl-Xəznədar döyüşü
Vadi əl-Xəznədar və ya Üçücü Homs döyüşü — qərbi Suriyada Homs qəsəbəsinin şimal-şərqindəki Vadi əl-Xəznədarda Məmlük sultanlığı və Monqol imperiyasının qolu olan Elxanlı dövləti və onlara yardım edən Kilikiya çarlığı ilə Gürcüstan çarlığı arasında 22–23 dekabr 1299-cu ildə edilən, Suriyaya olan monqol axınları içərisində monqol zəfəri ilə nəticələnən tək savaşdır. Bu döyüşdən sonra daha öncəki 4 döyüşdə uduzan monqollar özlərinə inam qazandılar, cənuba irəliləmiş və 1303-cü ildə yenə Məmlüklərlə Marj əl-Səffar döyüşünü etmişdirlər. Ancaq orada da məğlubiyyətə uğrayan Elxanilər Suriya axınlarına son verərək Suriyanı tərk etmişdirlər. Monqol ordusunun mərkəz hissəsində olan Qazan xan döyüş başladığında hiyləyə əl ataraq ordusunun sağ cinahına komandnalıq edən Qutluqşaha Məmlük ordusunu aldatmaq üçün kös çaldırmışdır. Bu yanılğıya aldanan Məmlüklər Qazan xanın bu tərəfdə olduğunu düşünürək hücumlarını monqol ordusunun sağ qanadına cəmləşdirmişdir. Bu sayədə həm Qazan xan qorunmuş, həm də Məmlük ordusunun qurulan tələyə çəkilməsi mümkün olmuşdur. Başda üstün olan məmlüklərin monqollar tərəfindən sol qanad bölmələrinin dağıdılması ilə monqollar üstünlük qazanmağa başlamışdır. Buna baxmayaraq, günorta boyunca döyüşən məmlüklər ertəsi günə qədər sıralarını qorumağı bacarmışdır. Ancaq ertəsi gün olan 23 dekabr 1299-cu ildə monqolların və yardımcı erməni, gürcü bölmələrinin məmlüklərin orta cinahını dağıtması ilə yaxında monqolların qələbə qazanacağı sezilməyə başladı. Axşama doğru məmlüklər məğlubiyyəti qəbul edərək və daha çox itki verməmək üçün döyüş meydanından cənuba doğru geri çəkilməyə başladı.
Xəznədərəçay
Xəznədərəçay — Culfa rayonu ərazisində çay. Əlincəçayın sağ qolu. Mənsəbindən 48 km məsafədə Əlincəçaya tökülür. Uzunluğu 10 km, hövzəsinin sahəsi 30 kv. km-dir. Başlanğıcını Dibəklidağın yamacından götürür. Əsasən qrunt və qar, qismə də yağış suları ilə qidalanır. Əlincəçayın selli qollarından biridir.
Xəznəvarsu
Xəznəvarsu — Laçın rayonunda çay. Zabuxçayın sağ qoludur. Əsl adı Xəzinəvarsudur. Hidronim xəznə/xəzinə (Azərbaycan dilinin dialektlərində "otla zəngin örüş", "otlaq"), var (kürd dilində "binə", "yurd", "koc", "düşərgə", "qışlaq") və su (burada "çay") sözlərindən düzəlib. Çay başlanğıcını otla zəngin olan yurd yerinin yaxınlığından aldığı üçün belə adlandırılmışdır.

Значение слова в других словарях