Xəznəvarsu

XəznəvarsuLaçın rayonunda çay. Zabuxçayın sağ qoludur. Əsl adı Xəzinəvarsudur. Hidronim xəznə/xəzinə (Azərbaycan dilinin dialektlərində "otla zəngin örüş", "otlaq"), var (kürd dilində "binə", "yurd", "koc", "düşərgə", "qışlaq") və su (burada "çay") sözlərindən düzəlib. Çay başlanğıcını otla zəngin olan yurd yerinin yaxınlığından aldığı üçün belə adlandırılmışdır.[1]

Xəznəvarsu
Ölkə
  1. Xəznəvarsu // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.