Yüklənmənin idarəedilməsi alqoritmləri
Şəbəkənin bir hissəsində çoxlu paket varsa, paketin gecikdirilməsinə və performansı azaldan itkilərə səbəb olur. Bu hala yüklənmə, sıxışma deyilir. Şəbəkə və nəqliyyat təbəqələri çətinlikləri həll etmək üçün məsuliyyət daşıyırlar. Şəbəkədə yüklənmə meydana gəldiyində bir başa şəbəkə tıxacını yaşayan şəbəkə təbəqəsidir. Bununla belə, yüklənməyə nəzarət etmək üçün ən effektli yol nəqliyyat qatının şəbəkəyə yerləşdirdiyi yükü azaltmaqdır. Bunun üçün şəbəkə və nəqliyyat təbəqələrinin bir yerdə işləməsi tələb olunur.
Şəkil 1-də yüklənmənin başlanğıcı göstərilmişdir:
Hostların şəbəkəyə göndərdiyi paketlərin sayı daşıma qabiliyyətinə çatdıqda, göndərilən nömrə göndərilən say ilə mütənasibdir. Əgər iki qat çox göndərilirsə, onda iki qat daha artıq təslim edilir. Bununla belə, təqdim olunan daşıma qabilliyətinə yaxınlaşdığında nəqliyyat partlayışları bəzən marşurutlayıcılardakı aralıq yaddaşları doldurur və bəzi paketlər itir. Bu itkin paketlər bir miqdar tutumu istehlak edir, bu səbəblə də verilən paketlərin sayı ideal əyrinin altına düşür.