YIXILMAQ

1. YIXILMAQ Adilə müvazinətini saxlaya bilməyib divanın üstünə yıxıldı (Ə.Qasımov); DƏYMƏK Bir gün səhər-səhər Gülnaz; Yol gedərkən saymaz-saymaz; Sürüşərək birdən-birə; Üzü üstə dəydi yerə (M.Seyidzadə); DÜŞMƏK Dərsə gedən bir uşaq; Çıxdı buz üstə qoçaq; Sürüşdü birdən-birə; Düşdü üz üstə yerə (M.Ə.Sabir); SƏRƏLƏNMƏK Elə bu vaxt bulvardan qayıdan Mümtaz Mötəbərov qardaşların duz kimi yaladıqlarını görəndə, dümağ ağardı və qəfildən qapının kənarında üzüüstə döşəməyə sərələndi... (M.Hüseyn); SƏRİLMƏK Kor seyid üzü üstə yerə sərildi (S.Hüseyn).

2. yıxılmaq bax devrilmək

3. yıxılmaq bax dağılmaq 1

YIXANMAQ
YIXILMAZ

Значение слова в других словарях