Yadlaşdırma effekti
Yadlaşdırma effekti — Bertolt Brextin birbaşa marksizm-leninizmin təsiri ilə yaratdığı və müraciət etdiyi tamaşaçı kütləsini də fəhlə sinfi kimi müəyyən edən teatr nəzəriyyəsinin (Epik teatr) ən mühüm elementlərindən biridir.
Aristotelçi olmayan, yəni identifikasiyaya əsaslanmayan səhnə əsərlərində tamaşaçıların tamaşanın personajları ilə sırf təcrübə vəhdətində qalmasının qarşısını almaq məqsədi daşıyan nümayiş metodunun adıdır.
Brext burjua üçün işlədiyinə inandığı dramatik teatra qarşı çıxmış və öz teatrında tamaşaçıları kor-koranə əyləndirməkdənsə, tamaşaçıda şüur yaratmağı qarşısına məqsəd qoymuşdur. Bu məqsədlə onun nəzəriyyəsini hazırlamış olduğu epik teatr anlayışının ifa üsulu öz gücünü hədəf aldığı yadlaşdırma effektindən alır. Brextin yadlaşdırma effekti anlayışını öz teatrı üçün seçərkən ona əsasən Çin Teatrlarının aktyor anlayışının və rus formalist yazıçılarının təsir etdiyi qəbul edilir.
Dördüncü divarın sökülməsi: Epik teatrda aktyorlar özlərini onları əhatə edən üç divardan əlavə dördüncü divar da mövcud imiş kimi aparmırlar. Başqa sözlə, aktyorlar tamaşaçıların varlığından xəbərdar olduqlarını açıq şəkildə bildirirlər. Aktyorlar tərəfindən ifa edilən bu fərqində olmaq və xəbəri olmaq vəziyyəti teatrın illüziya effektini aradan qaldırır. Başqa bir sözlə, tamaşaçının katarsis yaşamasının qarşısını alır.
Özünü Görünüşün İfa edilməsi: Bu aktyorun tamaşanın gedişi sırasında mimikasının oyunlaşdırılmasıdır.