Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Quzey
Şimal və ya Quzey — Yer kürəsinin coğrafiyasında dörd əsas istiqamətdən biridir. Səmtləri müəyyənləşdirən kompasda cənubun əksi kimi qəbul edilib. Coğrafiyanın təkmilləşməsi dövründə "Şimal" "soyuq iqlim" kimi başa düşülürdü. Azərbaycan dilində şimal Coğrafiyada "Ş", beynəlxalq işarələmədə "N" ilə işarələnir.
Quzey Azərbaycan
Azərbaycan və ya rəsmi adı ilə Azərbaycan Respublikası — Şərqi Avropa və Qərbi Asiyanın sərhəddində yerləşən transkontinental ölkə. Azərbaycan Xəzər dənizi hövzəsinin qərbində, Cənubi Qafqazda yerləşir. Şimaldan Rusiya (Dağıstan), şimal-qərbdən Gürcüstan, qərbdən Ermənistan, cənub-qərbdən Türkiyə və cənubdan İran ilə həmsərhəddir. Azərbaycanın eksklavı olan Naxçıvan Muxtar Respublikası Ermənistanla şimal-şərqdə, İranla qərbdə və Türkiyə ilə şimal-qərbdən həmsərhəddir. Azərbaycan ərazisinin bir hissəsi (Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 inzibati rayon) 1988–1994-cü illərdə Ermənistan tərəfindən işğal olunmuş və burda heç bir ölkə tərəfindən tanınmayan qondarma Dağlıq Qarabağ Respublikası yaradılmışdır. Uzunsürən sülh danışıqları nəticəsiz qalmış və 2020-ci il 27 sentyabrda Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən əks-hücum əməliyyatı ilə torpaqların bir hissəsi azad edilmiş və 10 noyabr Bakı vaxtı ilə 01:00-da imzalanan üçtərəfli bəyanat ilə başa çatmışdır. 19 sentyabr 2023-cü ildə Qarabağ tam olaraq Azərbaycanın nəzarətinə keçmişdir. Dövlət sərhədləri cənubdan İranla 765 km, Türkiyə ilə 15, şimaldan Rusiya ilə 391 km, şimal-qərbdən Gürcüstan ilə 471 km, qərbdən Ermənistan ilə 1007 km həmsərhəddir. Onun 825 km-i su sərhəddidir. Sahil xəttinin uzunluğu 713 km-dir.
Quzey nekropolu
Quzey nekropolu — Şahbuz rayonunun Kolanı kəndi ərazisində orta əsrlərə aid abidə. Yaşayış sularının yuması nəticəsində qəbirlərin xeyli hissəsi dağıdılmışdır. Qəbirlərin istiqamətindən müsəlman qəbiristanlığı olduğu müəyyənləşdirilmişdir. Abidənin təxminən 11–12-ci əsrlərə aid olması ehtimal edilir.
Quzey Çirkin
Quzeyçirkin — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Qılınclı kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. Quzeyçirkin kəndi dağətəyi ərazidədir. Kəndin adı Azərbaycan dilindəki quzey (dağın gün düşməyən tərəfi, şimal) sözündən və çirkin etnonimindən ibarətdir. Çirkin isə XIII əsrdə monqolların işğallarında iştirak etmiş türk-monqol mənşəli karait tayfasının bir qoludur. İşğal edilənədək bu kənddə əkinçilik, heyvandarlıq və tütünçülük inkişaf etmişdir. Amma tütün əkilməsinə baxmayaraq, kəndin heç bir sakini siqaret çəkməyib. Bu, dədə-babadan gəlmə bir ənənə olmuşdur. Kəndin ağsaqqalları yığışıb belə bir qadağa qoymuşdular ki, kim siqaret çəksə, gərək kəndi tərk eləsin.
Quzey (Ağsu)
Quzey — Azərbaycan Respublikasının Ağsu rayonunun Nuran kənd inzibati ərazi dairəsində kənd.
Şiş Quzey mağarası
Şiş Quzey — paleolit dövrünə aid olan Tovuz şəhərindən qərbdə yerləşən mağara. Mağara 1965-ci ildə М. М. Mansurovun rəhbərliyi ilə təşkil edilən arxeoloji ekspedisiya zamanı (1962-1965) aşkarlanmışdır. Tapıntılar Aşel mədəniyyəti dövrünə aid edilir. Tapıntılar sahəsi 60×20 m ərazini əhatə edir. Ümumilikdə isə burada 1075 tapıntı aşkarlanmışdır ki, onlarında 146 ədədi əmək alətləri idi. Burada o dövrün əhalisi mergeldən əmək aləti kimi yararlanırdılar. Yaşayış məntəqəsi qayanın başında yerləşirdi. Paleolit dövrünə aid tapıntılar 80 m uzunluğa malik terrasda yayılmışdır. N. Şirinova görə terraslat Xəzər epoxasını əhatə edir. Azərbaycan Milli Elmlər Akademiyası.
Quzey Qıbrıs Türk Cümhuriyyəti
Şimali Kipr (türk. Kuzey Kıbrıs) və ya rəsmi adı ilə Şimali Kipr Türk Respublikası (türk. Kuzey Kıbrıs Türk Cumhuriyeti) — Kipr adasının şimalında yerləşən de-fakto dövlət. Şimali Kipr Türk Respublikası beynəlxalq aləmdə yalnız Türkiyə tərəfindən tanınır. Digər dövlətlər isə onu Kipr Respublikasının bir hissəsi olaraq qəbul edir. Şimali Kipr şimal-şərqdə Karpaz yarımadasından Gözəlyurd körfəzinə, qərbdə Qoruçam burnundan Ərənköyə (anklav) qədər uzanır. Cənubda isə Birləşmiş Millətlər Təşkilatının nəzarəti altındakı təhlükəsizlik xətti Şimali Kiprlə adanın digər hissəsi arasında uzanır. Paytaxtı və ən böyük şəhəri Şimali Nikosiya, ümumi sahəsi 3,355 kvadrat kilometr, əhalisinin sayı 300 min nəfərdən çoxdur. ŞKTR Kipr adasının 36,4%-ni tutur. Kipr adasında ilk insan məskunlaşmasının e.ə 10.000-ci illərdə başladığı təxmin edilir.
Quzeyxırman
Quzeyxırman (əvvəlki adı: Quzeyqaler) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Güneyxırman kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Quzeyqaler kəndi Quzeyxırman kəndi adlandırılmışdır. 2 oktyabr 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Quzeyxırman kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində yenidən Azərbaycan Respublikasının suverenliyinə qayıdıb. Oykonim quzey (günəş az düşən yer, şimal) və xırman sözlərindən ibarət olub, "quzeydə olan xırman" mənasındadır. Yaşayış məntəqəsi coğrafi mövqeyinə görə belə adlandırılmışdır. XIX əsrdə burada ermənilər məskunlaşdıqdan sonra kəndin adı Quzeyqaler (erm. Quzeyqışlaq) şəklinə düşmüşdü. 1992-ci ildən kəndin əsl adı bərpa edilmişdir.
Quzeyçartar
Quzeyçartar — Azərbaycan Respublikasının Xocavənd rayonunun Güneyxırman kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Quzeyçartar kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində yenidən Azərbaycan Respublikasının suverenliyinə qayıdıb. Yerli məlumata görə, yaşayış məntəqəsini Şəmkir nahiyəsinin Qardağlı (indiki Çənlibel) kəndindən köçüb gəlmələr salmışlar. Keçmiş ədəbiyyatlarda Çartaz yazılış forması da qeydə alınmışdır. Kəndin adındakı çartar komponenti haqqında müxtəlif fikirlər mövcuddur. Oykonim quzey və bəzi türk dillərindəki çar ("uçurum", "yarğan", "sıldırım") taritaz (daşvdag, yüksəklik, dağ ətəyi) sözlərindən ibarət olub, "günəşin az düşdüyü sıldırımlı dağ, şimaldaki dağ" mənasındadır. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd Qarabağ silsiləsi ətəyində yerləşir.
Quzeyçirkin
Quzeyçirkin — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Qılınclı kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. Quzeyçirkin kəndi dağətəyi ərazidədir. Kəndin adı Azərbaycan dilindəki quzey (dağın gün düşməyən tərəfi, şimal) sözündən və çirkin etnonimindən ibarətdir. Çirkin isə XIII əsrdə monqolların işğallarında iştirak etmiş türk-monqol mənşəli karait tayfasının bir qoludur. İşğal edilənədək bu kənddə əkinçilik, heyvandarlıq və tütünçülük inkişaf etmişdir. Amma tütün əkilməsinə baxmayaraq, kəndin heç bir sakini siqaret çəkməyib. Bu, dədə-babadan gəlmə bir ənənə olmuşdur. Kəndin ağsaqqalları yığışıb belə bir qadağa qoymuşdular ki, kim siqaret çəksə, gərək kəndi tərk eləsin.
Muzey
Muzey (yun. μουσεῖον) — tarixi, maddi və mənəvi dəyərlərin saxlandığı, qorunduğu, öyrənildiyi müəssisə. Cənubi Azərbaycanca Əcaibxana (az-əbcəd. عجايبخانه‎‎) da adlanır. Muzeylər tarixin müəyyən məqamını özündə yaşadan, ötən əsrlərin müxtəlif olaylarından xəbər verən eksponatları komplektləşdirən, qoruyan, saxlayan, öyrənən, nümayiş etdirən maddi-mənəvi xəzinə sayılır. Muzey əslində elm, maarif müəssisəsidir. Ona sadəcə olaraq qiymətli əşyaların, maddi sərvətlərin saxlanc yeri kimi baxmaq düzgün deyildir. Muzeylər mahiyyətinə görə müxtəlif təmayüllü olurlar. Məsələn, dövlət, memorial, səyyar, ədəbiyyat, incəsənət, tarix, musiqi, qoruq və s. Qoruq muzeylər adətən açıq havada olan xüsusi memarlıq üslubuna malik qeyri-adi tikililər, abidələr, bulaqlar, məqbərələr, məbədlər, qalalar sayılır.
Quzay
Quzey — Azərbaycan Respublikasının Ağsu rayonunun Nuran kənd inzibati ərazi dairəsində kənd.
Muzey Mərkəzi
Muzey Mərkəzi (keçmiş adı: Lenin Muzeyi) — Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Muzey Mərkəzi. Bakı şəhərinin mərkəzində, Dənizkənarı Milli parkın yaxınlığında yerləşir. Direktoru Liana Vəzirovadır. Binası 1960-cı ildə məşhur Azərbaycan memarı Həsən Məcidovun layihəsi əsasında V. İ. Leninin anadan olmasının 90 illiyi münasibətilə tikilib və 1961-ci ildə Moskvadakı V. İ. Lenin Muzeyinin filialı kimi istismara verilib. 1991-ci ildə SSRİ-nin süqutundan sonra Azərbaycan prezidentinin sərəncamına əsasən bina Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə verilmiş və Muzey Mərkəzi adını almışdır.
Qusey Hüseyn
Qusey Səddam Hüseyn Əl-Tikriti (17 may 1966 , Bağdad — 22 iyul 2003 , Mosul) Səddam Hüseynin kiçik oğludur. Keçmiş kəşfiyyat rəisi və Respublika Qvardiyasının komandiri. O və qardaşı Udey Hüseyn 2003-cü ildə ABŞ hərbçilərinin keçirdiyi əməliyyat zamanı öldürülüb. Kusey Hüseyn 1966-cı il mayın 17-də Bağdadın əl-Kərç rayonunda İraqın gələcək prezidenti Səddam Hüseynin ailəsində anadan olub. 16 yaşında Kusey general Maher Abdel-Rəşidin qızı Səhərlə evləndi. O, Bağdad Universitetinin hüquq fakültəsinə daxil olmuş,1987-ci ildə onu fərqlənmə diplomu ilə ixtisasını bitirmişdi. Kuseynin cəmi 22 yaşı olanda Səddam onu ​​1988-ci ilin əvvəllərində Rumıniya Sekuritatı kimi yaradılmış Amn əl-Has xüsusi təhlükəsizlik xidmətinin direktor müavini təyin etdi . Güman edilir ki, 1991-ci ildə ölkənin cənubunda şiə üsyanlarının yatırılmasına məhz Kusey rəhbərlik edib və ölkənin cənubundakı bataqlıqların qurudulması ideyasını ortaya atıb . " Bataqlıq ərəbləri " etnik qrupu min ilə yaxın yaşadı — ümumi meliorasiya bu xalqı tamamilə məhv etdi. Qusay böyük qardaşından daha sakit xasiyyəti ilə fərqlənirdi, bunun sayəsində o, atasının sirdaşı və ehtimal olunan varisi hesab olunurdu: yalnız o və İraq prezidentinin şəxsi katibi Abed Həmid Mahmud Səddamın yerini həmişə bilirdi.
Droqobıçina (muzey)
Droqobıçina muzeyi» (ukr. Музей «Дрогобиччина» və ya Droqobıç diyarşunaslıq muzeyi) — Ukraynanın Lvov vilayətinin Droqobıç şəhərindəki tarix-diyarşunaslıq muzeyi. == Tarixi == 1940-cı ilin mayında Droqobiç vilayətinin regional tarix-diyarşünaslıq muzeyi kimi qurulmuşdur. Əvvəlcə 1894-cü ildə tikilmiş (hal-hazırda muzeyin tarixi şöbəsi yerləşir) qəza (rayon) sovetinin evi muzeyə verilmişdir. 1941-ci ilin mayında təbiət və incəsənət şöbələrinin ekspozisiyaları ilk ziyarətçilərini qəbul edir. 1959-cu ilin mayında Droqobiç rayonunun ərazisinin Lvov vilayətinə verilməsi ilə muzey regional diyarşünaslıq muzeyi kimi fəaliyyətini davam etdirir. Muzeyin fondları Qraf Lyantskoronskinin kolleksiyalarına, Xirov Yezuit Məktəbinə, eləcə də Sambirdəki keçmiş muzeyin kolleksiyasının bir hissəsinə əsaslanırdı. İndi "Droqobıçin" muzeyində altı şöbə var, ekspozisiyalar beş binada yerləşən 28 zalda yerləşdirilib. Eksponatların sayı durmadan artır və əsas fondu əlli minə yaxın eksponatdan ibarətdir: qiymətli rəngkarlıq, qrafika, heykəltəraşlıq, tətbiqi sənət əsərləri, arxeoloji və etnoqrafik materiallar, sənədlər, fotoşəkillər, Droqobiç sənətkarlarının məhsulları, alətlər, məişət əşyaları. Eksponatlar arasında 17-ci əsrə aid nadir divar rəsmləri, orta əsr ikonaları, ilk çaplarara aid kitablar, 15-17-ci əsrlərə aid italyan mayolikasının kolleksiyası və 16-19-cu əsrlərə aid Çin çinisi, portret nümunələri və s.
K-Muzey
Xidmət Boruları Sərgi Binası (共同溝展示館, Kyodo Kotencikan) və ya daha çox tanınan adı ilə K-Muzey – Yaponiyanın paytaxtı Tokio şəhərinin Koto rayonunun Ariake bölgəsində yerləşən bina. Qəzaya uğramış kosmik gəmini xatırladan görünüşə malik binada fəaliyyətsiz muzey yerləşir. == Tarixi == Bina 1996-cı ildə keçirilməsi planlaşdırılan Dünya Şəhər Ekspo tədbirinin simvollarından biri olması üçün tikilmişdir. Memarı Makoto Sey Vatanabe olmuşdur. Lakin tədbir ləğv olunduğu üçün davam işləri dayandırılmış və ətraf ərazidə gəzinti parkı yaradılmışdır. 1997-2001-ci illərdə binada K-Muzey adlı müəssisə yerləşirdi. Tokio Port və Liman Bürosu tərəfindən idarə olunmuş bu muzey Ariake bölgəsindəki ictimai xidmət boruları sisteminə həsr olunmuş, şəhərdəki elektrik xətlərini və su boruları haqqında məlumat vermişdir. Lakin muzey populyar ola bilməmiş, ziyarətçilərin azlığı səbəbilə cəmi 4 il ərzində bağlanmışdır. K-Muzeyin rəsmi bəyanətinə əsasən muzey "müvəqqəti bağlanıb", lakin uzun müddət bağlı olduğu üçün dəqiq statusu məlum deyil. == Memarlıq == Muzey binası xidmət borularını nümayiş etdirmək üçün tikildiyindən interyeri yeraltı boruları xatırladacaq formada dizayn edilmişdir.
Yeni muzey
Yeni muzey (Berlin)
Abramtsevo Muzey-Qoruğu
Abramtsevo malikanəsi (tam adı: "Abramtsevo Dövlət Tarix, Bədii və Ədəbiyyat Muzeyi-Qoruğu") — Rusiyada, Moskva vilayətinin Sergiyev-Posad rayonunda, Moskvadan 60 km şimal-şərqdə, Vori çayının sahilində yerləşən muzey-qoruq. == Tarixi == Abramtsevo malikanəsi XIX əsrin ortalarından şöhrət qazanmışdır. Onun sahibləri 1843-cü ildən yazıçı Sergey Aksakov, 1870-ci ildən sənayeçi Savva Mamontov idi. Aksakovu yazıçılar İvan Turgenev, Mixail Zaqoskin, Nikolay Qoqol, Stepan Şvıryov, şair Fyodor Tyutçev, aktyor Mixail Şepkin, tarixçilər Timofey Qranovski and Mixail Poqodin, folklorşünas Aleksandr Gilferdinq, slavofillər Aleksey Xomyakov, İvan Kireyevski, Pyotr Kireyevski və başqa həməsrləri ziyarət etmişdir. İ. S. Turgenev, M. N. Zaqoskin, N. V. Qoqol, S. P. Şvıryov, şair F. İ. Tyutçev, aktyor M. S. Şepkin, tarixçilər T. N. Qranovski və M. P. Qranovski və M. P. Folles A., S. A., S. Poqolordinq A., S. S. Poqolorist A., V. S. Poqoloristlər ziyarət etmişlər. Kireevski, P. V. Kireevski və digər məşhur müasirləri. Nikolay Qoqol Abramtsevoya bir neçə dəfə baş çəkmiş və uzun müddət onun üçün xüsusi ayrılmış otaqda yaşamışdır. O, burada, 1849-cu ilin avqustunda "Ölü ruhlar"ın ikinci hissəsinin fəsillərini oxumuşdur. 12 avqust 1977-ci ildə RSFSR Nazirlər Sovetinin qərarı ilə Abramtsevo Əmlak Muzeyi RSFSR Mədəniyyət Nazirliyinin Abramtsevo Dövlət Tarix, Bədii və Ədəbiyyat Muzey-Qoruğuna çevrilmişdir. 1995-ci ildə federal (ümumrusiya) əhəmiyyətli tarixi-mədəni irs obyektlərinə aid edilmişdir.
Arqun Muzey-Qoruğu
Arqun Muzey-Qoruğu — Çeçenistanın cənubunda Arqun çayı yaxınlığında muzey-qoruq. Vedeno təbiət qoruğunun ərazisində yerləşir. Qoruğun tərkibinə Şaroiski, Ximoy və Xoy Tarixi-Memarlıq Kompleksləri daxildir. == Tarixi == Arqun Muzey-Qoruğu RSFSR Nazirlər Sovetinin 2 iyun 1988-ci il tarixli qərarı ilə yaradılmışdır. Muzey-Qoruğa Arqun dərəsinin tarixi və təbiət abidələri daxildir. Rusiya Federasiyası Prezidentinin 20 fevral 1995-ci il tarixli fərmanı ilə Arqun Muzey-Qoruğu federal (ümumrusiya) əhəmiyyətli tarixi-mədəni irs obyektləri siyahısına daxil edilmişdir. Muzey-qoruq yaradılan dövrdən başlayaraq çox böyük işlər görülüb. Ərazinin tədqiqi üçün elmi ekspedisiyalar, arxeoloji qazıntılar, bərpa və konservasiya işləri aparılmışdır. “Nax xalqlarının mənşəyi problemləri” mövzusunda Ümumrusiya elmi konfransı, “Noxçiçöh” folklor-etnoqrafik bayramı və digər tədbirlər keçirilmişdir. 2002-ci ildə Moskvada memarlıq abidələrinin fotosərgisi, 2003-cü ildə isə dağlıq Çeçenistanın təbiəti, maddi mədəniyyət abidələri haqqında çəkilmiş "Göyə qalxan qüllələr" sənədli filmi nümayiş etdirilmişdir.
Avropa Muzey Forumu
Avropa Muzey Forumu (ing. European Museum Forum - EMF) — Avropa Şurasının himayəsi altında fəaliyyət göstərən muzey təşkilatıdır. Avropa Muzey Forumu tərəfindən 1977-ci ildən bəri hər il "Avropada ilin muzeyi" müsabiqəsi keçirilir.
Köhnə muzey (Berlin)
Köhnə muzey (alm. Altes Museum‎) — Almaniyanın paytaxtı Berlində yerləşən bir muzeydir. == Ümumi məlumat == Memar Karl Fridrix Schinkel tərəfindən neoklassik memarlıq üslubunda hazırlanmış bina 1823–1830-cu illər arasında Prussiya kral ailəsinin sənət kolleksiyasını nümayiş etdirmək üçün inşa edilmiş və 1845-ci ilə qədər kral muzeyi adlandırılmışdır. İkinci Dünya Müharibəsində olduqca ziyan görən bina müharibədən sonra bir müddət istifadə edilməmişdir. 1966-cı ildə bərpa edilən muzeydə qədim əsərlər sərgilənir. Muzey Berlin şəhərinin Lustgarten adlanan bölgəsində yerləşir və Berlin Şəhər Sarayı və Berlin kafedralına çox yaxındır. == Qalereya == == İstinadlar == == Xarici keçidlər == Altes Museum at the website of the Berlin State Museums. Altes Museum at GreatBuildings.com. Altes Museum Arxivləşdirilib 2015-06-03 at the Wayback Machine at Archiseek.com. Altes Museum at museum-location.de.
Muzey Mərkəzi (Bakı)
Muzey Mərkəzi (keçmiş adı: Lenin Muzeyi) — Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Muzey Mərkəzi. Bakı şəhərinin mərkəzində, Dənizkənarı Milli parkın yaxınlığında yerləşir. Direktoru Liana Vəzirovadır. Binası 1960-cı ildə məşhur Azərbaycan memarı Həsən Məcidovun layihəsi əsasında V. İ. Leninin anadan olmasının 90 illiyi münasibətilə tikilib və 1961-ci ildə Moskvadakı V. İ. Lenin Muzeyinin filialı kimi istismara verilib. 1991-ci ildə SSRİ-nin süqutundan sonra Azərbaycan prezidentinin sərəncamına əsasən bina Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə verilmiş və Muzey Mərkəzi adını almışdır.
Pavlovsk (muzey-qoruq)
«Pavlovsk» Dövlət İncəsənət-Memarlıq və Park-Saray muzey qoruğu (rus. Государственный художественно-архитектурный дворцово-парковый музей-заповедник (ГМЗ) «Павловск») – XVIII əsrin sonu - XIX əsrin əvvəlinə aid park-saray ansamblı. Saray Peterburqun şəhərətrafı sayılan Pavlovsk şəhərində yerləşir. Saray-park kompleksinin mərkəzi İmperator I Pavelin yay iqamətgahı olan Pavlov sarayı hesab olunur. Saraya bitişik ərazidə və Slavyanka çayının hər iki sahilində 600 hektarlıq geniş park yerləşir və Avropanın ən böyük mənzərəli parkı hesab olunur. Saray və park 50 il müddətində 5 tanınmış memar - Çarlz Kameron, Vinçentso Brenna, Cakomo Kvarengi, Andrey Voronixin və Karlo Rossi tərəfindən inşa olunmuşdu. Pavlov parkı aşağıdakı sahələrə bölünür: Böyük ulduz (Bu keçidlə siz parkın digər sahələrinə də baxa bilərsiniz) Slavyanka çayının vadisi Mərkəz (Saray ətrafı rayonu) Köhnə Silviya Yeni Silviya Bəyaz ağcaqayın Parad sahə Saray 50 ilə inşa olundu və tikinti işləri şərti olaraq üç mərhələdə həyata keçirildi: Memar Çarlz Kameron tərəfindən 1782—1796-cı illərdə malikanənin əsası və planlaşdırılması həyata keçirilmişdi. Memar Viçentso Brenna malikanəni ətrafdakı parklarla birgə imperator sarayına çevirmişdi. Memarlar Voronixin, Kvarenqa, Rossi və həmçinin rəssam Pyetro Qonzaqo tərəfindən sarayın bəzək və bədii tərtibatı hazırlanmışdı. Pavlov sarayın əsası 25 may 1782-ci ildə qoyulmuşdu.
Peterhof (muzey-qoruq)
Peterhof Dövlət Muzey-Qoruğu (rus. Государственный музей-заповедник „Петергоф“) dövlət federal büdcəsindən maliyyələşən mədəni kompleksdir. Kompleksə Fin körfəzinin cənubunda yerləşən görməli yerlər daxildir. İlkin olaraq "Peterhof" Dövlət Muzey-Qoruğu (DMQ) Peterhof saray-park kompleksinin idarə olunması məqsədi ilə yaradılmışdır. XX əsr ərzində, Peterhofda yerləşən Aleksandriya saray-park kompleksi və Kolonist parkı, Strelnada yerləşən I Pyotr sarayı və Konstantin sarayı, həmçinin "İmperator yaxtaları", "Benua ailəsi" və "Velosiperlər" muzeyləri də "Peterhof" DMQ-nun tabeliyinə verilmişdir. 2007-ci ildə "Oranienbaum" DMQ-nun likvidasiyasından sonra Lomonosov ərazisində yerləşən Oranienbaum saray-park kompleksi də "Peterhof" DMQ-nun tərkibinə verilmişdir. Hər il "Peterhof" DMQ 4 milyondan çox insan tərəfindən ziyarət olunur. 1 mart-15 aprel tarixləri arasında isə kompleks ziyarətə qapalı olur. 19 may 1918 – Peterhof saray-park kopleksinin idarə olunması üçün Sovet Rusiyası rəhbərliyi tərəfindən "Peterhof" DMQ təsis edilmişdir. sentyabr 1941 – yanvar, 1944 – "Peterhof" DMQ almanların işğalı altında olmuşdur.
Yeni Muzey (1938)
Film SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının din tarixi muzeyi haqqındadır. Filmdə göstərilir ki, muzey Allahsızlar Cəmiyyəti tərəfindən Bakıda Xan sarayında təşkil olunmuşdur.
Yeni muzey (Berlin)
Yeni muzey (alm. Neues Museum‎) — Almaniyanın paytaxtı Berlində yerləşən bir muzeydir. Qədim dövrün, əsasən Qədim Misir Mədəniyyətinin əsərləri sərgilənir. 1939-cu ildən bağlanan və bərpa işləri başa çatan muzey 2009-cu ilin oktyabrında istifadəyə verilib. 1843-cü ildə Berlində Qədim Misir sənət əsərlərinin və digər qədim əsərlərin sərgilənməsi üçün memar Fridrix Avqust Stülerə yeni bir muzeyin inşası tapşırıldı. Binanın inşası 1855-ci ildə başa çatdı. İkinci Dünya Müharibəsi zamanı hava bombardmanlarından zərərin qarşısını almaq üçün bağlanan muzey, müharibədən sonra Şərqi Almaniyanın sərhədləri daxilində qaldı. Şərqi Almaniyanın mövcud olduğu illərdə heç bir təmir işinin aparılmadığı muzeyin bərpası yalnız 1989-cu ildə Berlin divarı dağıldıqdan sonra gündəmə gəlməyə başladı. Bərpa işləri 2003-cü ildə Britaniyalı memar Devid Çipperfildin rəhbərliyi ilə başladı. Təxminən 233 milyon avroya başa gələn genişmiqyaslı bərpa işləri ilə, 2009-cu ilin oktyabrında sənət sevərlərin xidmətinə yenidən təqdim edildi.
İçərişəhər Muzey Mərkəzi
"İçərişəhər" Muzey Mərkəzi — Azərbaycanın aparıcı muzey mərkəzlərindən biri. Muzey Mərkəzi "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturuna daxildir. İçərişəhər Muzey Mərkəzinin əsas məqsədi qədim tarixə malik İçərişəhərdə yerləşən Şirvanşahlar sarayı, Qız qalası, qədim məscidlər, hamamlar (Bəylər məscidi, Sıratağlı dini-memarlıq kompleksi), Bakı xanlarının evi, Qala kəndinin memarlığını, məişətini, mədəniyyətini, siyasi, tarixi əlaqələrini öyrənmək, qədim dövrlərə aid maddi-mədəniyyət abidələrini toplamaq, mühafizə və təbliğ etməkdir. Mərkəz qoruqların ərazisində yerləşən abidələr kompleksində beynəlxalq konfranslar, simpoziumlar, tematik gecələr, teatrlaşdırılmış muzey tədbirləri həyata keçirir. "İçərişəhər" Muzey Mərkəzinin fondları neqativ, tətbiqi-sənət, numizmatika, nadir kitablar, sənədlər, foto, qrafika, arxeologiya fondlarından ibarətdir. "İçərişəhər" Muzey Mərkəzi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 22 dekabr 2018-ci il tarixli 558 saylı qərarı ilə "İçərişəhər" Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsinin strukturuna daxil olan "Şirvanşahlar sarayı Kompleksi" Dövlət Tarix-Memarlıq Qoruq muzeyi, "İçərişəhər" tarixi muzeyi və "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunun əsasında yaradılmışdır. "İçərişəhər" Muzey Mərkəzində daimi və səyyar ekspozisiyalar təşkil olunur, innovativ, müasir texnologiya və avadanlıqlar vasitəsi ilə təqdimatlar keçirilir. Mərkəzin muzeyləri və abidələr kompleksi Şirvan hökmdarlarının iqamətgahı olan Şirvanşahlar sarayı qədim şəhərdə dominant rol oynayır. VI əsrdən XVI əsrə qədər mövcud olmuş Şirvanşahlar dövləti hökmdarlarının siyasəti nəticəsində min il yaşaya bilmiş, yalnız Şirvanın deyil, bütün Azərbaycanın mədəni, ictimai-iqtisadi, siyasi cəhətdən inkişafında rol oynamışdır. "İçərişəhər" Muzey Mərkəzinin nəzdində Şirvanşahlar sarayı üzrə ekspozisiyalar nümayiş edilir.
Hərbi Muzey, Belqrad
Hərbi Muzey, Belqrad — Belqradın mərkəzində, Kalemegdanda hərbi tarix muzeyi. == Tarixi == Hərbi Muzey 1878-ci il avqustun 10-da Şahzadə IV Milan Obrenoviçin fərmanı ilə yaradılmışdır. Yarandığı gündən Belqrad qalasının Qorne-qradında yerləşir. Hazırda muzeyin yerləşdiyi bina 1924-cü ildə tikilib. Muzeyin fəaliyyəti təkcə serb xalqının tarixinin hərbi və milli əhəmiyyət daşıyan obyektlərini deyil, həm də qədim dövrlərdən indiyədək müasir Serbiya ərazisinin digər maddi mədəniyyət obyektlərini toplamaq, qorumaq, emal etmək, sərgilər keçirməkdən ibarətdir. Muzeyin fondlarında bir neçə kolleksiyada birləşdirilmiş 30.000-ə yaxın eksponat var: arxeoloji, silah kolleksiyaları, mükafatlar, geyimlər və formalar, rəsmlər və fotoşəkillər.
Güney
Güney — Şimal (Quzey) səmtinə əks olan coğrafi səmt. Kəndlər Güney Qışlaq — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. Güney (Qaraqoyunlu) — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Karvansaray (İcevan) rayonunda kənd. Güney — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Sevan rayonu ərazisində kənd. Güney — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonu ərazisində qışlaq. Güney — Qars quberniyasının Qars qəzasında, indi Amasiya rayonunda dağ. Güney — Göyçə mahalında dağ silsiləsi. Adı dəyişdirilib Sevan qoyulmuşdur. Güney (Xudabəndə) Şəxslər Yılmaz Güney — Zaza və kürd əsilli türk aktyor, rejissor, ssenarist və yazıçı.
Guney Azərbaycan
Cənubi Azərbaycan ya da Güney Azərbaycan (az.-əski. گونئی آذربایجان‎) və ya sadəcə Azərbaycan (az.-əski. آذربایجان‎) və ya bölgənin İran ərazisində yerləşdiyinə görə digər adı İran Azərbaycanı (az.-əski. ایران آذربایجانی‎) — İran İslam Respublikasının şimal-qərbində, İraq Respublikası, Türkiyə Respublikası, Naxçıvan Muxtar Respublikası, Ermənistan Respublikası və Azərbaycan Respublikası ilə olan sərhədində yerləşən tarixi ərazi. İran Azərbaycanı rəsmi şəkildə 4 inzibati ərazi vahidinə bölünmüşdür – Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Ərdəbil və Zəncan ostanları. Həmçinin Gilan ostanının şimalında yerləşən Astara şəhristanı və Kürdüstan ostanının şimal-şərqində yerləşən Bicar şəhristanının bir hissəsi bəzi tarixi dövrlərdə Cənubi Azərbaycan torpaqları sırasında olmuşdur. Bölgədə əsasən Azərbaycan türkləri yaşayır. Buna baxmayaraq, bölgənin ərazilərində kürd, erməni, tat, talış, aysor və fars azlıqlar da yaşayır. == Coğrafiya == === Sərhədləri === Cənubi Azərbaycan İran İslam Respublikasının şimal-qərb hissəsində yerləşir. Şimalda Azərbaycan Respublikası ilə sərhədi Araz çayı, Muğan düzü və Talış dağlarından keçir.
Güney (Qaraqoyunlu)
Günən — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Karvansaray (İcevan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 33 km məsafədə yerləşir. Toponim Azərbaycan dilində «cənub, gün düşən yer» mənasında işlənən «güney» sözü əsasında əmələ gəlmişdir. Relyeflə bağlı yaranan sadə toponimdir. Ermənistan SSR AS RH-nin 3. I. 1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Getaşen (Çaykənd), 25.V.1967-cı il fərmanı ilə yenidən dəyişdirilərək Kirants adlandırılmışdır.
Güney (Xudabəndə)
Güney (fars. گوناي‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 188 nəfər yaşayır (45 ailə).
Güney Qafqaz
Cənubi Qafqaz (rus. Южный Кавказ ing. South Caucasus) — Böyük Qafqaz dağlarının Baş Qafqaz silsiləsinin cənubunda yerləşən, Azərbaycan, Gürcüstan və Ermənistan ərazilərindən ibarət coğrafi-siyasi bölgə. == Cənubi Qafqazın tarixi == Cənubi Qafqaz bölgəsi tarixən siyasi, dini və mədəni mübarizənin məkanı olmuşdur. Bölgənin köhnə dövlətləri içində Albaniya, İberiya krallıqları iştirak etməkdədir. Bu krallıqlar daha sonra Əhəməni İmperatorluğu, Parf İmperatorluğu və Sasani İmperatorluğuna birləşdirilmişdir. Nəticədə, əvvəl Zərdüştlük, sonra da Xristianlıq bölgədə suveren dinlər olmuşlar. VII əsrdə Xilafətin bölgəni ələ keçirməsi ilə Cənubi Qafqazda müqəddəs İslam dini yayılmağa başlamışdır. Sonrakı əsrlər içində Səlcuqların, Monqolların və Türk xanlıqlarının suverenliyində olan bölgə, 1501-ci ildə Səfəvi dövlətinin rəhbərliyinə keçmişdir. 17-ci əsrdəki qısa davamlı Osmanlı hakimiyyəti xaricində, 18-ci əsrin ortalarına qədər bölgə ümumi olaraq Səfəvi suverenliyində qalmışdır.
Güney Qışlaq
Güney Qışlaq (əvvəlki adı: Yuxarı Remeşin) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 55-XII saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Kükü kənd Sovetinin tərkibindəki Yuxarı Remeşin kəndi Remeşin kənd Sovetinin tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Qızıl Qışlaq kənd inzibati ərazi dairəsi tərkibindəki Yuxarı Remeşin kəndi Güney Qışlaq kəndi adlandırılmışdır. == Tarixi == == Əhalisi == İvan İvanoviç Şopenin rəhbərliyi 1829-cu ilin aprel ayında başladılmış və 1832-ci ilin may ayında sona çatdırılmış əhalinin kameral siyahıyaalınmasının yekunlarına əsasən Erməni vilayətinin Naxçıvan əyalətinin Naxçıvan mahalında yerləşən Yuxarı Remeşin kəndində 9 evdə 17 nəfəri kişilər 18 əfəri isə qadınlar olmaqla 35 nəfər müsəlman yaşayırdı. Kənd əhalisinin sayı 544 nəfərdir.
Güney dağı
Güney dağı — Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu ərazisində, Zəngəzur silsiləsinin suayırıcısındakı Camal yüksəkliyindən (3204,3 m) qərbə ayrılan Toğluqaya qolununa aid Məzrəsuyal silsiləsinin cənub yamacında 1663 metr hündürlüyü olan dağ. Dağ Nursuçayın sol sahilində, Nursu kəndindən 600 m şimal-qərbdədir. Üst Eosenin Priabon mərtəbəsinə aid Üst Paradaş yarımlay dəstəsinin çökmə süxurlarından təşkil olunmuş konusvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qırılma zonasının Şahbuz seqmentinin Nursu mərkəzi əyilməsinin şimal-şərq cinahında müşahidə edilən maili Nursu-Qabaqtəpə sinklinalının nüvə hissəsində yerləşir.
Kuzəy (Baltas)
Kuzəy (rus. Кузеево, başq. Күҙәй) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Nijnekarışev kənd şurasının tərkibindədir. 2010-cu ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndin əhalisi 127 nəfərdir. == Coğrafi mövqe == Kənd, rayon mərkəzindən 8 kilometr, ən yaxın dəmiryolu stansiyasından isə 65 kilometr uzaqlıqdadır. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə marilər (83%) üstünlük təşkil edir.
Sadullah Güney
Sadullah Güney (türk. Sadullah Güney; 1883 – 18 iyun 1945, Türkiyə) — Türk əsgəri və siyasətçisi. 1902-ci ildə İmperiyanın Hərbi Mühəndislik Məktəbini, 1905-ci ildə isə Osmanlı Hərbi Kollecini bitirdi. 6 iyul 1921-ci ildə İneboluya gələrək Türkiyə İstiqlaliyyət müharibəsinə qatıldı. Müharibə zamanı 16-cı briqadanın komandiri və Qərb Cəbhəsinin Ankara Mənzil müfəttişi vəzifəsində çalışmışdır. 21 iyul 1928-ci ildə ordudan təqaüdə çıxdı. Türkiyə Böyük Millət Məclisinin V (Aralıq seçkisi), VI və VII dövrlərində Muğlanın millət vəkili olmuşdur. 18 iyun 1945-ci ildə İstanbulda vəfat etmişdir. Osmaniyyə ordeni Məcidiyyə ordeni "Müharibə" medalı (Osmanlı imperiyası) "Ləyaqət" medalı (Osmanlı imperiyası) "İstiqlaliyyət" medalı (Türkiyə Respublikası) T.C. Genelkurmay Harp Tarihi Başkanlığı Yayınları, Türk İstiklâl Harbine Katılan Tümen ve Daha Üst Kademelerdeki Komutanların Biyografileri, Genelkurmay Başkanlığı Basımevi, Ankara, 1972, s. 167.
Fazil Güney
Fazil Famil oğlu Abbasov (Fazil Güney; 20 avqust 1945, Balyand, Cəbrayıl rayonu) — Azərbaycan yazıçı-publisisti, əməkdar jurnalist, Ərəb filologiyası üzrə fəlsəfə doktoru; Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü. == Həyatı == 20 avqust 1945-ci ildə Cəbrayıl rayonunun Balyand kəndində doğulmuşdur. 1963–1968-ci illərdə BDU Şərqşünaslıq fakültəsində ali təhsil almışdır. 1967–1968-ci illərdə Əlcazair Universitetində təcrübəçi, 1975–1977-ci illərdə Jurnalist Sənətkarlığı İnstitutunun müdavimi, 1985-ci ildə MEA Şərqşünaslıq İnstitutunun ərəb filologiyası şöbəsinin dissertantı olmuşdur. Ailəlidir, üç oğlu var. == Əmək fəaliyyəti == 1961–1963-cü illərdə Cəbrayıl rayonlararası regional "Kolxozçu" (indiki Xudəfərin) qəzetinin və 1964–1966-cı illərdə isə Azərbaycan Dövlət Universitetinin çoxtirajlı qəzetinin əməkdaşı olmuşdur. 1968–1970-ci illərdə Sovet Ordusunda və 1970–1973-cü illərdə Suriya Ərəb Respublikasında hərbi tərcüməçi işləmişdir. 1975–1977-ci illərdə "İnşaatçı" qəzeti və "Kirpi" satirik jurnalının əməkdaşı kimi fəaliyyət göstərmişdir. 1977–1978-ci illərdə İraq Respublikasında SSRİ səfirinin iqtisadi məsələlər üzrə müşavirinin ofisində tərcüməçi; 1979–1985-ci və 1987–1990-cı illərdə "Kirpi" satirik jurnalının əməkdaşı olmuşdur. 1986–1987-ci illərdə Liviya Cəməhiriyyəsində SSRİ səfirinin iqtisadi məsələlər üzrə müşavirinin ofisində tərcüməçi işləmişdir.
Güzel Zakirova
Güzel Zakirova — (25 yanvar 1989) — azərbaycanlı peşəkar qadın futbolçu. Rusiyanın "Ryazan" klubunun, həmçinin Azərbaycanın qadınlardan ibarət A Milli yığmasının keçmiş futbolçusu == Həyatı və Karyerası == 2006-2007-ci il futbol mövsümündə "Gömrükçü" klubunun formasını geyinmişdir. Müdafiəçi çıxış edən futbolçu 2007 ildə "Ruslan-93" klubunda çıxış etmişdir. Həmin sezon Rusiyanın "Ryazan" klubuna icarə əsasında keçid etmişdir. Arxiv məlumatlarında daha sonraki karyerası barədə məlumat yoxdur == Milli Karyerası == Azərbaycanın qadınlardan ibarət A Milli komandasında çıxış etmişdir.
Yılmaz Güney
Yılmaz Güney (Yılmaz Pütün; 1 aprel 1937[…], Adana – 9 sentyabr 1984[…], XIV arondisman (Paris)) — Zaza və kürd əsilli türk aktyor, rejissor, ssenarist və yazıçı. Xüsusən də Kann mükafatı qazanmış "Yol", "Sürü", "Ümidsizlər" filmlərilə məşhurdur. Yılmaz Güneyin əsl adı Yılmaz Pütündür. Özünün dediyinə görə, Pütün qırılması çətin, sərt meyvə toxumu deməkdir. 1937-ci ildə torpağı olmayan bir kəndli ailəsinin iki övladından biri kimi dünyaya gəlib. Əslən sivereklidir. Adanada böyümüş və gələcək həyatında da Adananı unutmamışdır. Adana bəzi filmləri üçün mövzu olmuşdur. Bir müddət Kamal və And film şirkətlərinin Adanadakı bölgə təmsilçisi kimi işləmişdir. Universitet təhsili almaq üçün İstanbula getmiş və orada Atıf Yılmazla (rejissor) tanış olmuşdur.
Gizəm Günəş
Gizəm Günəş (türk. Gizem Güneş; d. 30 Noyabr 1995, İstanbul, Türkiyə) — Türkiyə aktyoru.
Günəş (qəzet)
"Günəş" qəzeti — 1910-1911-ci illərdə Bakıda Azərbaycan dilində nəşr olunan ictimai-siyasi ədəbi qəzet. == Tarixi == İlk nömrəsi 1910-cu il yanvarın 20-də çıxmışdır. 1910-cu (104 nömrə) və 1911-ci (17 nömrə) illərdə işıq üzü görmüşdür. Cəmi 121 nömrəsi çıxmışdır. Naşiri Orucov qardaşları, baş redaktoru Əhməd Kamal idi. Qəzetdə A.Şaiq, Q.Rəşad, A. Divanbəyoğlu və b. mütərəqqi fikirli ziyalılar iştirak etmişlər. == Mövzusu == "Günəş"də türk və islam birliyi ideyaları ardıcıl təbliğ olunurdu. Qəzet "Molla Nəsrəddin" jurnalını "millətimiz üçün faydalı, qiymətli bir ayineyi-ibrət" adlandırır, eyni zamanda onu ehtiyatlı olmağa çağırırdı ki, "qərəzi-şəxsi sahibləri onu özlərinə aləti-intiqam edib öz heysiyyətindən düşürməsinlər". "Günəş"də M.T.Ərəszadənin "Molla Nəsrəddin"lə polemika aparan məqalələri dərc olunmuşdu; amma bu məqalələr ümumən, mətbuat etikası tələblərindən kənara çıxmırdı.
Buzeu
Buzeu (Buzău) — Rumıniyanın cənub-şərqində şəhər. == Əhalisi == Əhailisi 108,4 min (2011). == Coğrafiyası == Buzeu judetinin (qəzasının) inzibati mərkəzidir. Aşağı Dunay ovalığında, Şərqi Karpat dağlarının cənub ətəklərində, Buzeu çayı (Siret çayının qolu) sahilindədir. Nəqliyyat qovşağıdır. == Tarixi == 1431-ci ildən məlumdur. 15–16-cı əsrlərdə Munteniyanın mühüm ticarət və sənətkarlıq mərkəzi kimi inkişaf edirdi. 1504-cü ildən yepiskopluğun mərkəzidir (16–17-ci əsrlərə aid yepiskoplar iqamətgahı kompleksi saxlanılmışdır). == Memarlığı == Banu monastırı (1571), 17–19 əsrlərə aid kilsələr, İctimai saray (1899–1903), bələdiyyə binası (1930), M. Eminesku adəna kollec (1919), Diyarşünaslıq muzeyi, C. Çiprian teatrı (1995) var. == Sənayesi == Qara metallurgiya (metal profillər, məftil istehsalı; “Metalurcika-Buzeu” zavodu), maşınqayırma (kənd təsərrüfatı maşınları, sənaye və dəmiryol avadanlıqları), kimya (plastik kütlə, polietilen, polivinilxlorid və s.; kömür süzgəcləri – “Romkarbon” zavodu), yüngül, yeyinti (o cümlədən şəkər) sənayesi müəssisələri fəaliyyət göstərir; pivə istehsalı, şüşə zavodu var; tikinti materialları istehsal edilir.
Hubey
Hubey (çin. 湖北) — mərkəzi Çinin şərqindəki əyalət. Vilayətin hakimiyyət orqanı Uhanda yerləşir.
Kubey
Kubey (v. 272) — 260-cı ildən 272-ci ilədək qəbilə başçısı idi. Huçuquanın hakimiyyəti dövründə Sağ Müdrik şahzadə idi. Qardaşı Baonun dövründə isə Sol Müdrik şahzadə oldu. Şərqi Xan imperiyasının dağılmasından sonra Tiefu konfederasiyasını qurdu və müstəqilləşdi. Kubeyin ölümündən sonra Tiefu konfederasiyası qərb və şərq qollarına ayrıldı.
Queen
Queen – İngiltərə rok qrupu. 1970-ci ildə "Smile" qrupunun dağılması ilə Brayan Mey, Rocer Teylor və Freddi Merkuri Londonda "Queen" qrupunu yaradırlar. Bir il sonra Con Dikonun qrupa daxil olması ilə qrup tamamlanır. Qrup ilk vaxtlar proqressiv rok, hard rok, qlem rok və hevi metal tərzlərini mənimsələr də, daha sonra radio yayım formatlı pop rok və arena rok kimi tərzlərin inkişafına da böyük təsir göstərmişlər. 1999-cu ildə Channel 4 tərəfindən keçirilən `Music of the Millenium sorğusunda ən yaxşı ikinci qrup seçilmişdir. Queen qrupunun 18 albom, 18 sinql və 8 DVD-i dünya üzrə məşhurluq qazanmış və ən çox albom satan qruplar arasında yerini almışdır. Dünya üzrə 300 milyon albom satmışdır. Bunun 35,5 milyonu ABŞ-də satılmışdır. Freddi Merkyuri – solist və pianoçu. Qrupun səsi və simvolu olması onun digər bacarıqlarını kölgədə qoymasına səbəb olmuşdur.
Qureyş
Qureyş, Qüreyş (Ərəb: 'قريش' ) — İslam Dininin peyğəmbəri Hz.Məhəmməd ibn Abdullahın mənsub olduğu, mənası "gəlmələr" adlanan ərəb qəbiləsi. Məkkənin ən güclü qəbiləsiydi. İslam peyğəmbərinin qəbiləsi olmaqla yanaşı, eyni zamanda Müsəlmanların ən çox döyüşdüyü qəbilələrdəndir. Məhəmməd Qureyş qəbiləsinin Haşimoğulları sülaləsinə mənsubdur. Qurucusu Hz.Məhəmmədin ulu babalarından biri Kusay ibn Kilabdır. Qureyş qəbiləsi Hz.Məhəmmədin on bir göbəkdən atası Fihr ibn Malikin oğlanlarının nəslindən gələn zadəgan bir qəbilədir. Bəzi tarixçilərə görə Qureyş qəbiləsi, Hz.Nuh peyğəmbərin nəvəsi Hz.İbrahim peyğəmbərin oğlu Hz.İsmayılın oğlu Adnanın soyundan gəlir. Kusay ibn Kilab (Zeyd), Əbdülmuttalibin ulu-babası və Məhəmmədin beşinci göbəkdən əcdadıdır. Kusay Məkkənin ən güclü adamı idi. Kəbədən məsul olan Huzai Qəbiləsindən qız alaraq Kəbənin qoruyuculuğuna qalxmışdır.
Qusev
Qusev (rus. Гусев) — Rusiya Federasiyasında yerləşən şəhər. Kalininqrad vilayətinə daxildir.
Quzlu
Quzlu (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı, Ani kəndistanı ərazisinə daxil olan kənd. Quzlu (Kövsər) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. Quzlu (Üngüt) Quzlu (Mahnişan) Aşağı Quzlu (Sayınqala) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. Yuxarı Quzlu (Sayınqala) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. Quzlu-i Əfşar (Sayınqala) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd.
Qəzet
Qəzet — kütləvi informasiya vasitəsi olub, azı ayda 1 dəfə, daimi adla nəşr edilməsi nəzərdə tutulan mətbu nəşr. Hələ Yuli Sezarın dövründə "Senatın işləri" adlı indiki qəzetləri xatırladan gil lövhələr hazırlanırdı. Lövhələrdə hadisələr yazılırdı. "Qəzet" adı italyan xırda pul vahidi qaset ilə bağlıdır. XVI əsrdə kağız vərəqlərdə çap edilən saray həyatı, ticarət xəbərləri və şəhər məlumatları haqqında xəbərləri oxumaq üçün ən xırda pul vahidi olan qaset - (it. gazza) ödənilirdi.. XX əsrə qədər Azərbaycan dilində qəzet yerinə Ruznamə sözü işlənirdi. Qəzetlər xəbərləri və maraqları faktları təqdim edən və dərc edən bir nəşr vasitəsidir. Qəzetlər ictimai fikrin formalaşmasında və baş verən hadisələr barəsində insanların məlumatlandırılmasında mühüm rol oynayırlar. İlk qəzetlər əl ilə yazılmış vərəqələrdən ibarət idi və onları ictimai yerlərdən asırdılar.
Rəzey
Rəzey — Cənubi Azərbaycanın Ərdəbil ostanının Meşkinşəhr şəhristanının Ərşəq bəxşində şəhər və bu bəxşin paytaxtıdır. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 1,749 nəfər və 413 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Vizey
Aurey
Aureus və ya aurey (lat. aureus) — qədim Roma qızıl sikkəsi. Adı latın dilindəki "aurum" – qızıl sözündən gəlir. İkinci Pun müharibəsi zamanı dövriyyəyə buraxılmışdır. Bu, ilk növbədə qələbələrə görə mükafat olaraq qoşunlara paylanmaq üçün yalnız mükafatlı sikkə kimi istifadə edilmişdir. Beş yüz ildən artıq dövriyyədə olmuş və bu müddət ərzində dəfələrlə devalvasiyaya uğramışdır İmperator Konstantin tərəfindən həyata keçirilən son devalvasiyadan sonra bu, solid (lat. solidus) kimi tanınmışdır == İstinadlar == == Əlavə ədəbiyyat == Cohen. Description historique des monnaies frappé essous l’Empire Romain. Paris-London, 1859—1868 Cohen. Description générale des monnaies de la République Romaine Paris-London, 1857 Lenormant.