YAMAC BUZLAĞI

zəif parçalanmış dağların yamaclarında geniş ərazini əhatə edən buzlaq. Adətən dağların yalından başlayaraq aşağıya doğru hərəkət edir və qısa dil əmələ gətirir. Y. b. dərə buzlaqlarından parçalanmamış yamacda yerləşməsi ilə fərqlənir. склоновый ледник slope glacier
YAMAC
YAMAC PROSESLƏRİ
OBASTAN VİKİ
Yamac buzlağı
Yamac
Maili səth və ya yamac — yer səthinin maili hissəsi, müsbət və mənfi relyef formalarını ayırır. Mənşəinə görə M.s. ilkin (dəniz altından çıxmış) tektonik struktur, denudasion, akkumulyativ və ya erozion ola bilər. M.s. əksəriyyəti mürəkkəb mənşəli olub, yamac prosesləri nəticəsində yaranır və müəyyən dəyişikliyə uğrayır. Sin.: yamac. — dağın və ya təpənin ətəkləri ilə yalı arasındakı hissəyə deyilir. Yamac geoloji quruluşdan, süxurun tərkibindən və denudasiya proseslərindən asılı olaraq dik, meyilli, qabarıq, batıq və pilləli formada olur. Yamac, adından göründüyü kimi, səthi mailli olan sahələrə deyilir. Yamacın əksinə olaraq üfüqi səthi olan sahələr – hamar düzənliklərə ayrılır.
Akkumulyativ yamac
Yamac prosesləri
Yamac prosesləri (rus. процессы склоновые, ing. slope processes) — yamacların əmələ gəlməsi proseslərinin məcmuu olub, yumşaq materialların və yaxud yamacı təşkil edən ana süxurlardan ibarət qayma və qırıntı materialların yerdəyişməsi prosesi.
Dabrava buzlağı
Dabrava buzlağı (bolq. ледник Дъбрава, ‘Lednik Dabrava’ \'led-nik d&-'bra-va\) — 14 km uzunluğu, 4.5 km eni olan və Antarktidanın Qreyam Torpağının Loubye sahiliindən qərbdə yerləşən buzlaqdır. Buzlaq Mörfi buzlağından cənub-qərbdə, Sölş buzlağından şimalda, Diili dağından qərbdə yerləşmişdir. Lallemand fyordundan şimal-qərbdə yerləşmişdir. Buzlaq cənubi, şimali, cənub-qərbi Bolqarıstanda yerləşən Dabrava şəhərinin adını daşıyır. Dabrava buzlağı 66°58′30″ c. e. 66°28′00″ q. u. koordinatlarında yerləşmişdir.
Delyo buzlağı
Delyo buzlağı (bolq. Дельов ледник, ‘Delyov Lednik’ \'de-lyov 'led-nik\) — 8 km uzunluğu və 2.7 km eni olan, Antarktidanın Elsuort dağlarına daxil olan buzlaqdır. Buzlaq Rumyana buzlağından şimal-qərbdə, Burdenis buzlağından cənubda yerləşmişdir. Sentinel dağlarının şimal mərkəzində yerləşmişdir. Buzlaq qadın üsyan lideri Delyo Voyvodanın (18–19-cu əsr) daşıyır. Delyo buzlağı 78°15′20″ c. e. 86°00′10″ q. u. koordinatlarında yerləşmişdir.
Devdorak buzlağı
Devdorak buzlağı (gürc. დევდარაკი) — Böyük Qafqazda dərə tipli buzlaq. Buzlaq Kazbek dağının şimal-şərq yamacında, Hərbi-Gürcüstan yolu yaxınlığında yerləşir. Devdorak buzlağı Gürcüstanın Kazbek munisipalitetində, Rusiya sərhəddi yaxınlığındadır. Uzunluğu 7,2 km, eni 300 m, sahəsi isə 4,1 km²-dir. Buzlağın aşağı sərhəddi 2257 metr yüksəklikdə yerləşir. Aktiv buzlaqlardan biri hesab olunur və böyük uçqunları ilə tanınır. Qafqaz dağlarında Devdorak buzlağı ölçüsünə görə bir çox buzlaqlardan geridə olsa da, Kazbek dağında olan buzlaqlardan ən böyüyü hesab olunur. Buzlağın mənbəyi firn sahəsidir. Bu sahə zirvənin şimalında yerləşir.
Doliye buzlağı
Doliye buzlağı (bolq. ледник Долие, ‘Lednik Dolie’ \'led-nik do-'li-e\) — 9.5 km uzunluğu, 2.4 km eni olan və Antarktidanın Qreyam Torpağının Loubye sahiliindən qərbdə yerləşən buzlaqdır. Buzlaq MakKanse buzlağından cənub-qərbdə, Blaqun buzlağından şimal-şərqdə, Vilkinson buzlağından şimal-qərbdə yerləşmişdir. Liebiq zirvəsindən şimal-qərbdə yerləşmişdir. Buzlaq cənubi Bolqarıstanda yerləşən Doliye şəhərinin adını daşıyır. Doliye buzlağı 66°48′10″ c. e. 65°58′40″ q. u. koordinatlarında yerləşmişdir.
Dıxsu buzlağı
Dıxtau (rus. Дыхтау, qaraç.-balk. Дых тау – türkcə "dik dağ" sözündən götürülüb, kələ-kötür dağ deməkdir) — Rusiyada, Kabarda-Balkar Respublikasında, Böyük Qafqazın mәrkәzi hissәsindә yerləşən Elbrusdan sonra әn yüksәk zirvә. Hündürlüyü 5204 metrdir. Kristallik süxurlardan ibarәtdir. Şərq yamacından mürәkkәb Dıxsu dәrә buzlağı (sahәsinә görә Qafqazda Bezengi buzlağından sonra ikinci) enir. Dıxtauya ən yaxşı şəkildə şimaldan (Rusiya) daxil olmaq olar. Bezingi alpinist düşərgəsi 2,180 metr (7,150 ft) hündürlükdə yerləşir. Zirvə ilk dəfə 1888-ci ildə Albert Mammeri və Henrix Zurfluh tərəfindən fəth edilmişdir. Kiril əlifbası ilə yazılmış müxtəlif sovet hərbi xəritələrini internetdə tapmaq olar və bu xəritələrdən ikisi Dıxtau ərazisini əhatə edir.
Edgeyoyukulen buzlağı
Edgeyoyukulen buzlağı (norv. Edgeøyjøkulen) — Şpitsbergen arxipelaqına daxil olan Edj adasında yerləşən buzlaq. Onun sahəsi 1 365 km²-dir. Bu isə ada ərazisinin 3-də bir hissəsini təşkil edir. Buzlağın qalınlığı 250 metrdir.
Ellen buzlağı
Ellen buzlağı — Antarktidanın Elsuort dağlarına daxil olan buzlaqdır. Buzlaq Anderson dağı, 4111 zirvəsinin şərq yamacını əmələ gətirir. Sentinel dağlarının mərkəzində yerləşmişdir. Buzlağın ilk xəritəsi Amerika Birləşmiş Ştatların Geoloji xəritəsində tərtib edilmişdir. Hərbi dəniz qüvvələrinin 1957-59-cu illərdə havada çəkdikləri fotolar ABŞ Podpolkovniki Çiçeron C. Ellen tərəfindən Antarktida Adları Məşvərət Komitəsinə təqdim olunmuşdur. Buzlaq da hava əməliyyatlarının bir çoxunda komandada olan, Cənub Qütbü Stansiyanın hərbi hava qüvvələrinin Ellenin adını daşıyır. Ellen buzlağı 78°13′ c. e. 84°30′ q. u.
Embree buzlağı
Embree buzlağı — 20 mil uzunluğu olan, Antarktidanın Elsuort dağlarına daxil olan buzlaqdır. Buzlaq Heyl dağı, Devis dağı, Bentli dağının şərq yamacını, Anderson dağının şimal-şərq yamacını, Probuda silsiləsinin şimal-qərb yamacını əmələ gətirir. Sentinel dağlarının şimal mərkəzində yerləşmişdir. Buzlaq 1956-cı ildə Cənub Qütbü Stansiyasının yaradılması haqqında ortaq olan General-mayor Henri Embreenin adını daşıyır. Embree buzlağı 77°59′00″ c. e. 85°10′00″ q. u. koordinatlarında yerləşmişdir. Şmid dağından şimalda, Teqqe dağından şərqdə yerləşmişdir.
Fonfon buzlağı
Fonfon buzlağı (bolq. ледник Фонфон, ‘Lednik Fonfon’ \'led-nik fon-'fon\) — 4 km uzunluğu və 2.3 km eni olan, Antarktidanın Elsuort dağlarına daxil olan buzlaqdır. Buzlaq Gerila buzlağından şimalda, Embree buzlağından cənubda yerləşmişdir. Sentinel dağlarının şimal mərkəzində yerləşmişdir. Buzlaq Bolqarıstandakı Vitoşa dağının Fonfon ərazisinin adını daşıyır. Fonfon buzlağı 78°11′00″ c. e. 86°01′50″ q. u. koordinatlarında yerləşmişdir.
Gerila buzlağı
Gerila buzlağı (bolq. ледник Герила, ‘Lednik Gerila’ \'led-nik ge-'ri-la\) — 7.5 km uzunluğu və 2 km eni olan, Antarktidanın Elsuort dağlarına daxil olan buzlaqdır. Buzlaq Burdenis buzlağından şimalda, Fonfon buzlağından cənubda yerləşmişdir. Sentinel dağlarının şimal mərkəzində yerləşmişdir. Buzlaq şimal-şərqi Bolqarıstandan axan Gerila çayının adını daşıyır. Gerila buzlağı 78°12′25″ c. e. 86°02′00″ q. u. koordinatlarında yerləşmişdir.
Hinlopenbrin buzlağı
Hinlopenbrin buzlağı (norv. Hinlopenbreen) — Şpitsbergen arxipelaqına daxil olan Qərbi Şpisbergen adasında yerləşən buzlaq. Buzlaq adanın şərqində yerləşir. Onun sahəsi 1 250 km²-dir. Uzunluğu isə 70 km-dir.
Kanada buzlağı
Kanada buzlağı — Antarktidanın cənubunda, Viktoriya Torpağıda yerləşək kiçik buz kütləsi. Buzlaq 77º37' cənub paraleli və 162º59' şərq meridianı aralığında yerləşir. Kanada buzlağı Kommanvelz və Loftus buzlağlarının da başladığı McLennan dağının zirvəsinin altında, 1900 m yüksəklikdə başlayır. Şimal qərb istiqamətindən gələrək Friksel gölünün qərbindən Teylor vadisinə axaraq dəniz səviyyəsinə bir neçə metr qalmış sona çatır. Kiçik Hore gölünün şərq sərhədini təşkil edir. Kanada buzlağının, cənab Robert Falkon Skottun rəhbərliyi altında ingilis Terra Nova elmi gəzintisi sırasında (1910–1913) xəritəsi hazırlanmışdır. Buzlağın adı, bu qrupun üzvü olan və bu bölgəni araşdıran Kanadalı fizikaçı Çarles Raytın irəli sürdüyü təklifdən sonra qoyulub.
Kanqşunq Buzlağı
Kanqşunq Buzlağı — Everest dağında yerləşən üç əsas buzlaqdan biridir və Çinin Tibet Muxtar Vilayəti daxilindəki Tibet bölgəsindədir. Digər iki buzlaq Xumbu Buzlağı və Ronqbuk Buzlağıdır. Kanqşunq buzlağının yığılma sahələri Everestin üç əsas yamacında yerləşir. Buzlaq dünyanın ən yüksək dağının şərq yamacında, Çin Xalq Respublikasının Tibet Muxtar Vilayətinin Şinqatse rayonunda yerləşir. Everest və Lhotzenin ortaq şərq yamacı Kanqşunq divarı adlanır. Kanşunq buzlağı buradan başlayır və sonra Kama vadisindən şərqə doğru axaraq Kama Çu çayına çevrilir. Buzlağın cənubu və Lhotzenin şərqi Makaluya (8463 m) və onun yaxınlığındakı Makalu II (7678 m — həmçinin Kanqşunqtze adlanır) və Makalu zirvəsinin görünüşünü gizlədən Çomo Lonzoya (7818 m) qədər uzanır. Nepal və Çin arasındakı sərhəd bu zirvədən keçir. Everest dağının şərq tərəfi dağın ən az əlçatan və inkişaf etmiş tərəfidir. Ronqbuk buzlağındakı baza düşərgəsinə cip və Everestin cənub tərəfinə bir gecədə qalmaq üçün möhkəmləndirilmiş lojalardan istifadə edərək bir neçə günə çatmaq mümkün olsa da, Kanqşunq Buzlağına yalnız bir neçə günlük yürüşdən sonra çatmaq olar.
Kleptuza buzlağı
Kleptuza buzlağı (bolq. ледник Клептуза, ‘Lednik Kleptuza’ \'led-nik klep-'tu-za\) — 6 km uzunluğu, 6 km eni olan və Antarktidanın Palmera arxipelaqının Anvers adası sahillərindən şərqdə yerləşən buzlaqdır. Buzlaq Studena burnundan qərbdə yerləşmişdir. Buzlaq cənubi Bolqarıstanda yerləşən karst bulağı olan Kleptuzanın adını daşıyır. Kleptuza buzlağı 64°36′00″ c. e. 63°16′00″ q. u. koordinatlarında yerləşmişdir. Tamuris buzlağından cənub-şərqdə, Altimir buzlağından qərbdə yerləşmişdir.
Koloş buzlağı
Koloş buzlağı (bolq. ледник Колош, ‘Lednik Kolosh’ \'led-nik 'ko-losh\) — 6.7 km uzunluğu, 3.6 km eni olan və Antarktidanın Qreyam Torpağının Qreyam sahiliindən qərbdə yerləşən buzlaqdır. Buzlaq Nesla buzlağından cənubda yerləşmişdir. Lisiya silsiləsinin qərb yamacını, Biqo dağının şimal yamacını əmələ gətirir. Buzlaq qərbi Bolqarıstandakı Konyavska dağının Koloş zirvəsinin adını daşıyır. Koloş buzlağı 65°44′50″ c. e. 64°18′30″ q. u. koordinatlarında yerləşmişdir.
Kommanvelz buzlağı
Kommanvelz buzlağı — Antarktidanın cənubunda, Viktoriya Torpağında yerləşən buz kütləsi. Buzlaq 77º35' cənub paraleli və 163º19' şərq meridianı aralığında yerləşir. Kommanvelz buzlağı Kanada və Loftus buzlağlarının da başladığı McLennan dağının zirvəsinin altında, 1900 m yüksəklikdə başlayır. Buradan cənub şərq istiqamətinə doğru axaraq Teylor vadisində Koulmen dağının qərb hissəsində sonlanır və Friksel gölünün şərq sərhədini təşkil edir. Buzlağın xəritəsi, 1910-cu ildən 1813-cü ilə qədər davam edən və Antarktida qitəsinin cənubunda cənab Robert Falkon Skott liderliyində həyata keçirilən ingilis Terra-Nova elmi gəzintisi əsnasında hazırlanmışdır. Kommanvelz buzlağına, gəzintiyə böyük miqdarda maliyyə vəsaiti ayıran Avstraliya tarix birliyinin ( (ing.) Commonwealth of Australia) adı verilmişdir. Həmçinin bu kiçik qrupun üzvlərinin iki nəfəri Avstraliyalı olub, araşdırmalarda iştirak etmişlər.
Konqsvegen buzlağı
Konqsvegen buzlağı (norv. Kongsvegen) — Şpitsbergen arxipelaqına daxil olan Qərbi Şpisbergen adasında yerləşən buzlaq. Buzlaq Konqs-fiorddan cənub-şərqdə VII Hokon Torpağı ilə II Oskar Torpağı arasında yerləşir. Onun uzunluğu 20 km, sahəsi 105 km²-dir.
Kopsis buzlağı
Kopsis buzlağı (bolq. ледник Копсис, ‘Lednik Kopsis’ \'led-nik 'kop-sis\) — 13 km uzunluğu və 4 km eni olan, Antarktidanın Elsuort dağlarına daxil olan buzlaqdır. Sentinel dağlarının şimal mərkəzində yerləşmişdir. Buzlaq mərkəzi Bolqarıstanda yerləşən orta əsr qalası olan Kopsisin adını daşıyır. Kopsis buzlağı 78°03′20″ c. e. 85°16′00″ q. u. koordinatlarında yerləşmişdir. Voysil zirvəsi, Qozur dağı və Paniçeri uçurumundan şimal-şərqdə, Mirovyane zirvəsindən və Embree buzlağından şimal-qərbdə yerləşmişdir.
Kronebrin buzlağı
Kronebrin buzlağı (norv. Kronebreen) — Şpitsbergen arxipelaqına daxil olan Qərbi Şpisbergen adasında yerləşən buzlaq. Buzlaq gün ərzində 2 metr hərəkət edir. Sahəsi 690 km² ərazini əhatə edir. Konsvegen və Kouvey buzlaqlarına parçalanır.
Librin buzlağı
Librin buzlağı (norv. Leighbreen) — Şpitsbergen arxipelaqına daxil olan Şimal-Şərq Torpağı adasında yerləşən buzlaq. Buzlaq adanın şimal-şərqində yerləşir. Onun sahəsi 925 km² təşkil edir. Buzlaq ingilis səyyahı Benjamın Li Smitin şərəfinə adlandırılmışdır (1828–1913). O, adanı 1870–1880-ci bir neçə dəfə ziyarət etmişdir.
Lipen buzlağı
Lipen buzlağı (bolq. ледник Липен, ‘Lednik Lipen’ \'led-nik 'li-pen\) — 5 km uzunluğu, 3.5 km eni olan və Antarktidanın Palmera arxipelaqının Anvers adası sahillərindən şərqdə yerləşən buzlaqdır. Buzlaq şimal-qərbi Bolqarıstanda yerləşən Lipen şəhərinin adını daşıyır. Lipen buzlağı 64°29′15″ c. e. 63°16′30″ q. u. koordinatlarında yerləşmişdir. İliada buzlağından şərqdə, Resus buzlağından şimalda yerləşmişdir. Alman-Biritaniya xəritəsinə 1996-cı ildə daxil edilmişdir.