Yamacın profili
Yamacın profili (rus. профиль склона, ing. profile of slope) — köndələn kəsilişdə yamacın forması (düşmə xətti üzrə). Bu əsas etibarilə dərinlik eroziyası və denudasiyanın münasibətindən, süxurların yatımından və xüsusiyyətlərindən, iqlim şəraitindən, yamacın səmtindən, bitki örtüyündən asılı olur. Yamacın profili düz, əyri, qabarıq, pilləli və mürəkkəb ola bilər.