1. Bir şeyin cırıq və ya yırtıq yerini təmir etmək. Şalvarın dizlərini yamamaq. Corabları yamamaq. Çəkməni yamamaq.
– Yamayardım babamın çul-çuxasın.
Salatın üstünə ala-bəzək çaynik qoyulmuş samovarın yanında oturub əlində nə isə yamayırdı.
2. məc. dan. Uymadığı halda bir şeyə əlavə etmək, artırmaq, yapışdırmaq. [Faytonçu:] Özün bilirsən ki, taksı beş şahıdır.
Məndən iki şahı kəsib harana yamayacaqsan?
[Möhsün:] Musa, gətir, bu kökdə şəklimizi çəkdir. Lazımın olar, filmlərin birinə yamayarsınız.