YAMAMAQ

f.
1. Bir şeyin cırıq və ya yırtıq yerini təmir etmək. Şalvarın dizlərini yamamaq. Corabları yamamaq. Çəkməni yamamaq.
– Yamayardım babamın çul-çuxasın. M.Ə.Sabir.
Salatın üstünə ala-bəzək çaynik qoyulmuş samovarın yanında oturub əlində nə isə yamayırdı. M.Hüseyn.

2. məc. dan. Uymadığı halda bir şeyə əlavə etmək, artırmaq, yapışdırmaq. [Faytonçu:] Özün bilirsən ki, taksı beş şahıdır.
Məndən iki şahı kəsib harana yamayacaqsan? Ə.Haqverdiyev.
[Möhsün:] Musa, gətir, bu kökdə şəklimizi çəkdir.
Lazımın olar, filmlərin birinə yamayarsınız. Mir Cəlal.

Sinonimlər (yaxın mənalı sözlər)

  • YAMAMAQ çitəmək

Antonimlər (əks mənalı sözlər)

  • YAMAMAQ YAMAMAQ – SÖKMƏK Yamayardım babamın çul-çuxasın (M.Ə.Sabir); Təzə köynəyi sökdü
YAMAMA
YAMAN

Digər lüğətlərdə

варна́чий вспу́хнуть за́морозь общеупотреби́тельность отшатну́ться пе́йсы суде́бный каблогра́мма макла́к матро́сский прикры́тие просви́стывать протра́титься ши́рмочка табарга -phobe eighth rest judder jujitsu Midland pan roseola ботаник обитель поддувало