YAPINCI

Yapı (Krışa, Kopot) sözü ilə kökdaşdır.Gecə yerinə, yaptaq işlətdiyimiz vaxtlar olub. Yapmaq (покрывать, закрывать), yapışdırmaq sözləri ilə yapıncı, yaptaq sözləri kökdaşdır. “Örtmək” anlamı ilə bağlı sözlərdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

YAPIXMAQ
YAPIŞQAN
OBASTAN VİKİ
Yapıncı
Yapıncı — maldar əhali və çobanlar arasında geniş şəkildə istifadə olunan və keçədən hazırlanan plaşa oxşar qolsuz, uzun, enli geyim növü. Yapıncı peşə səciyyəli geyim növü olub, maldarlıqla məşğul olan elat əhalisi arasında geniş yayılmışdır. Yapıncı təpmə (basma) üsulu ilə «həllac» (qədimdə kəpənəkçi adlanıb) adlanan peşəkar sənətkarlar tərəfindən hazırlanır. Yapıncının saçaqlı və saçaqsız olmaqla, iki tipoloji növü var. Saçaqlı yapıncı satınalma yolu ilə əldə olunur, saçaqsız yapıncı isə sifarişlə kəndbəkənd gəzən həllaclara düzəltdirilərmiş. Maldar əhali və çobanlar arasında geniş yayılmış yapıncının saçaqlı və saçaqsızdan başqa, ağ və qara rəngli növləri var. Saçaqsız (saya) yapıncı daha qədim tarixə malik olub keçəsayağı basılıb hazırlanırdı. Lakin keçədən fərqli olaraq onun qəlibi nisbətən qısa, həm də trapez formasında basılırdı.Yapıncını çiyinə almaq üçün onun kənar qanadlarını bir qarış ölçüdə öz üzərinə qatlayıb çiyin birləşmələrini bir-birinə tikirdilər.Saçaqlı yapıncının qəlibinin ovand üzü uzun saçaqla örtülürdü. Bu səbəbdən də onun layının altına əlavə saçaq layı döşənirdi. Bundan sonrakı basma əməliyyatı saya keçə istehsalında olduğu kimi davam etdirilirdi.
Ağ yapıncı (roman)
Ağ yapıncı — Mahmud İsmayılovun 1979-cu ildə nəşr olunmuş ilk romanı. == Məzmun == Ağ yapıncı romanı tarixi hadisələrə əsaslanır. Romanda XVIII əsrin 30-40-cı illərində Şəki əyalətində İran əsarətinə qarşı xalq-azadlıq hərəkatından bəhs edir. Əsərdə Azərbaycan xalqının istiqlaliyyət uğrunda mübarizəsi, sadə adamlardan, o cümlədən dəmirçi oğlu Poladın sərkərdəlik istedadı, onun Münəvvərə məhəbbəti, dövrün tarixi hadisələri, xalqın məişəti və s. özünün bədii ifadəsini tapmışdır.

Digər lüğətlərdə

жени́х ме́бельщица оши́бочка пить рубо́повский штукату́р на́вык отнести за счёт раскалённый скейтбо́рдинг сми́ловаться babbit debonair doe ear-piercing eat out hypoacusis prairie grouse procellous rinse turnaway unassisted оппозиция портвейн стволовой