Azərbaycan dilinin etimologiya lüğəti

  • YEDDİLİK

    Lampaların piltəsinin neçə sapdan toxunması ilə bağlı olaraq onlara yed­dilik,onluq, otuzluq və s. adlar veriblər

    Tam oxu »
  • YEDƏK

    Dilimizdə yetmək feilinin bir mənası “dartmaq” kimi açıqlanıb. Yedək həmin feildən əmələ gəlib: “nəyisə, kimisə dartıb arxasınca aparmaq” deməkdir

    Tam oxu »
  • YEKATERİNBURQ

    Bu şəhər 1723-cü ildə I Pyotr tərəfindən yaradılıb və xanımı I Yekaterinanın şərəfinə belə adlandırılıb (burq almanca şəhər deməkdir)

    Tam oxu »
  • YEKƏ

    Mənbələrdə əkə, ağa, yekə, qağa sözlərinin mənaları “böyük” kimi açıqlanıb. Deməli, bunların kökü ağ sözü (yuxarı, uca) ilə bağlıdır

    Tam oxu »
  • YEKƏXANA

    Əsli yekəyanadır (müqayisə et: saymaz+yana...), yekəcəsinə deməkdir və lovğa anlamını əks etdirir. (Bəşir Əhmədov

    Tam oxu »
  • YELENA

    Yunanca “işıq” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • YELƏK

    “Oxun qanadı”dır və onun uzağa getməsinə şərait yaradır. Xəstə Qasım yazırdı: Bir igidin dövlət-varı olmasa, yeləksiz ox kimi çovar (əsli: ciuvar) dey

    Tam oxu »
  • YELİN

    Bəzi türk dillərində cilim, celim, cilen, celin kimi işlədilir. Ci(ce) isə “su” de­məkdir. Cibin - höyüş deməkdir

    Tam oxu »
  • YELKƏN

    Yelmək feili olub, sürüşkən qəlibi üzrə də yelkən əmələ gəlib. Silah növü olan yay-oxda da yelək var

    Tam oxu »
  • YELQOVAN

    El arasında “qamqalaq” da deyirlər. M.Kaşğari də qamğaq kimi verilib. Ruslar “перекати-поле” deyirlər

    Tam oxu »
  • YELLƏNCƏK

    Tüpür-cək qəlibi üzrə yellən-cək sözü də yaranıb, külək mənası ilə deyil, surət anlamı ilə bağlıdır (yelləncək həmişə sürətlə bağlı olur)

    Tam oxu »
  • YELMAYA

    Yel sürətlə getməkdir, maya isə dişi dəvəyə deyirlər, “sürətlə gedən dəvə” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • YELPAZƏ

    Pazə hissəsi farscadır, badbezen (külək vuran) sözünün bezən hissəsi ilə bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • YELPƏNƏK

    Özbəklər buna “bodrinq” (bad - külək?) deyirlər. Çərpalaq farsca “4-cü yarpağı açan zoğ” deməkdir. Görünür, yelpənək “körpə xiyar” deməkdir

    Tam oxu »
  • YELPİK

    Mənbələrdə yelpi (обмаихваться), yelpiku (веер) sözləri var. Deməli, sö­zün törəmə kökü “yelpi”dir, həmin feildən yelpik ismi əmələ gəlib, ilk kökü is

    Tam oxu »
  • YEM

    Deyim qəlibi üzrə ye-yim şəklində olub. Sonra -yim şəkilçisindəki ilk iki səs ixtisara düşüb və kəlmə yem formasında sabitləşib

    Tam oxu »
  • YEMİŞ

    Bütün yeməli meyvələrin ümumi adı olub, yemək feili ilə bağlıdır. İndi iki sözdə (yemiş, yəni qovun və yemşən) qalır

    Tam oxu »
  • YENƏ

    1. Tarixən feili bağlama kimi formalaşıb, “qayıtmaq” mənasında yan feili qey­də alınıb. Yenə həmin sözlə bağlıdır

    Tam oxu »
  • YENİSEY

    “Yeni su, yeni çay” deməkdir. Fasmer yazır ki, ruslar bu çayın adını bir qəbildən eşidib və işlətməyə başlayıblar

    Tam oxu »
  • YER

    Güman edirik ki, yer və yerimək sözləri etimoloji baxımdan eyni kökə malikdir. Məlumdur ki, yer və göy sözləri bir-birinin antonimidir

    Tam oxu »
  • YERALAŞ

    Aralanmaq feili ilə bağlıdır, indi rus dilində “qarışıqlıq” mənasıda işlədilir. Qədimdə “qarşıqlıq salanları aralamaq” mənasında işlədilib

    Tam oxu »
  • YERBƏYER

    Və bağlayıcısı ərəb mənşəlidir, bizdə onun yerinə ma(mə) bağlayıcısı olub. Az-maz (az-ma-az), darmadağın (dar-ma-dağın) sözlərində özünü saxlaya bilib

    Tam oxu »
  • YERİKLƏMƏK

    Mənbələrdə həvəs göstərmək, istəmək kimi açıqlanıb. Yerimək (bətndə dölün tərpənməsi) sözü ilə heç bir əlaqəsi yoxdur, çünki proses (həvəs) tərpənmədə

    Tam oxu »
  • YERİMƏK

    Bərk-i-mək qəlibi üzrə yer kəlməsindən əmələ gəlib. Qədim mənası “yer dəyişmək” deməkdir. Yer mənasında oru (or) sözü, türkmənlərdə indi də işlədilir

    Tam oxu »
  • YERİNDƏ OTURMAQ

    Qədimdə nüfuzlular “tör”də (başda), adi adamlar isə “il”də (aşağıda) oturublar. Hər kəs öz yerini bilib

    Tam oxu »
  • YESİR

    Əsir sözünün dəyişmiş formasıdır, mənbələrdə “невольный”, “пленник” kimi açıqlanıb. Rus dilinə də keçib və есырь kimi işlədilir

    Tam oxu »
  • YETİK

    Yetikmək feilindən kəsik qəlibi üzrə əmələ gəlib. “Filankəsə yetikliyin var­mı?”deyirik. Yetik “tanıma”, “bələdolma” (əlaqə) deməkdir

    Tam oxu »
  • YETİM

    Ərəblərdən keçib, türk dillərində onun yerinə öksüz kəlməsi işlədilib. Əri ol­mayan (dul) qadına da öksüz qadın deyiblər

    Tam oxu »
  • YEZUİT

    1517-ci ildə alman rahibi Martin Lüter katolik və protestantların bir-birindən qəti surətdə ayrılmaları ilə nəticələnən münaqişənin təşəbbüskarı qismi

    Tam oxu »
  • YƏHƏR

    Qədim mənbələrdə iyər (əyər) kimi verilib. İyərqə isə əymək şəklində izah olunub. Yəhər sözü əyri sözü ilə kökdaşdır, onun dəyişmiş formasıdır

    Tam oxu »
  • YƏHUDİ

    İuda (iudizm sözün xatırlayın) sözünün dəyişmiş formasıdır. Güman ki, cuhud sözü ilə eyni kökə malikdir

    Tam oxu »
  • YƏHYA

    Bibliyada İohan kimi verilmiş sözün ərəb variantıdır. Yaqub isə eyni qayda ilə Yakov sözünün dəyişmiş formasıdır

    Tam oxu »
  • YƏXNİ

    Farscadır, ət xörəyinin (pörtləmə) adıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • YIĞAN

    Yığmaq feilindən düzəlib. Xırmanda dəni, qışda qarı bir yerə yığmaq üçün isti­fadə olunan alət adıdır

    Tam oxu »
  • YIĞBAL

    Qərb dialektlərində iqbal sözü bu cür tələffüz edilir, ərəbcədir, istiqbal kəl­mə­si ilə qohumdur. (Bəşir Əhmədov

    Tam oxu »
  • YIĞCAM

    Yığmaq feilindən və ərəb mənşəli olan cəm kəlməsindən əmələ gəlib. Sinonimlər birləşməsidir. (Bəşir Əhmədov

    Tam oxu »
  • YIĞNAQ

    Məclis kəlməsinin sinonimidir, yığmaq feili zəminində əmələ gəlib. Sözün əsli yığ-ın-aq kimi olub, -ın şəkilçisi “biçin” qəlibi üzrə isim düzəldib, -a

    Tam oxu »
  • YIXMAQ

    “Bütün günahlarını mənim üstümə yıxma”, - deyirik. Mənbələrin araş­dı­rılması göstərdi ki, buradakı yıxmaq sözünün əsli yığmaq olub

    Tam oxu »
  • YILMAZ

    Maqazanik göstərirdi ki, Anadolu türklərində yılmaq feili var və qorxmaq sözünün sinonimidir. Yılmaz adı həmin feillə bağlıdır, mənası “qorxmaz” demək

    Tam oxu »
  • YIR-YIĞIŞ

    Dağıtmaq kəlməsindən darmadağın, bağırmaq feilindən bar-barbağırmaq əmələ gəldiyi kimi “yığışmaq”dan da yır-yığış sözü törəyib

    Tam oxu »
  • YIRĞALA

    Kök “yerimək”, “hərəkət etmək” anlamını əks etdirən yır (yor) hissəsidir. Qovurğa qəlibi üzrə yırğa, ondan da yırğala sözü əmələ gəlib

    Tam oxu »
  • YIRĞALAMAQ

    “Двигать” mənasını əks etdirən ırna (yırna) sözümüz olub. Yellən­cək sözünün sinonimi kimi ırğanda kəlməsi də qeydə alınıb

    Tam oxu »
  • YIRTIQ

    Cırıq sözü ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • YOĞUN

    Etimoloji cəhətdən düzəltmə sözdür. Kökü yoğfeildir, yoğmaq “dolmaq” anlamında işlədilib. Yoğun sifətdir “üstün” “yaxın”, “sərin” sözlərinin qəlibi üz

    Tam oxu »
  • YOĞUNUTMAQ

    Dialektlərdə “işi yoğunutma” deyirlər. Söz belə yaranıb: yoğun+ad= толстетъ (müq. et: yox+ ad= исчезатъ) yoğunad kəlməsi yoğunud şəklinə düşüb

    Tam oxu »
  • YOĞURĞUC

    Yoğurmaq“qarışdırmaq” deməkdir.Yoğurğuc isə “мешалка”dır, “oxlov”dur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • YOĞURMAQ

    Qədim mənası “qarışdırmaq” deməkdir. Bir vaxtlar qatıq əvəzinə yoğurt işlətmişik (“südlə mayanın qarışığı” deməkdir)

    Tam oxu »
  • YOĞURT

    Qədimdə qatıq anlamında işlədilib, mənası “qarışıq” deməkdir (yoğurmaq qarışdırmaqdır). (Bəşir Əhmədov

    Tam oxu »
  • YOXAD

    “Yox olmaq” deməkdir.Ton-ad sözü “одеватъ” deməkdir. -ad şəkilçisi adlar­dan feil düzəldib. (Bəşir Əhmədov

    Tam oxu »
  • YOXLAMAQ

    Qırğız dilində yox sözü “itki” deməkdir. Yoxlamaq hərfi mənada “itəni axtarıb tapmaq” deməkdir. (Bəşir Əhmədov

    Tam oxu »