YARIMADA

materikdən və ya iri adadan dənizin içərilərinə doğru kəskin və xeyli uzanan, quru sahəsi. полуостров peninsula
YARIMAÇIQ DƏRƏ
YARIMAPELSİNLƏR
OBASTAN VİKİ
Yarımada
Yarımada — üç tərəfdən su ilə əhatə olunmuş, bir tərəfdən quruya bitişik quru sahəsi. Yer kürəsində ən böyük yarımadalar sırasında Ərəbistan (3,23 mln km²), Hindistan (2,07 mln km²), Hind-Çin (1,93 mln km²), Somali (1,88 mln km²), Labrador (1,39 mln km²), Skandinaviya (0,75 mln km²), Balkan (0,66 mln km²), Pireney (0,58 mln km²), Koreya (0,22 mln km²), Florida (0,17 mln km²) və s. öndə durur. Azərbaycanda, eyni zamanda Xəzər dənizi hövzəsində Abşeron ən böyük yarımadadır. Bir sıra german, kelt, o cümlədən baltik, slavyan, macar, çin və s. dillərdə də bu termin "yarım"+"ada" şəklində ifadə olunduğu təqdirdə, ingilis (peninsula – latıncadan "paene-": təxmini + "īnsula": ada) və başqa dillərdə xüsus termin halına gəlmiş sözlərlə ifadə olunur. İspaniya, Portuqaliya, İtaliya, Cənubi Koreya, KXDR, Yunanıstan, İsveç, Norveç, Finlandiya, Hindistan, Səudiyyə Ərəbistanı, Yəmən, Oman, Tailand, Myanma, Vyetnam, Malayziya, Kamboca, Türkiyə və bir sıra başqa ölkələr yarımadada yerləşirlər. ASE, V cild, Bakı, 1981, səh.
Afon (yarımada)
Ayon-Oros və ya Agion-Oros (yun. Άγιου Όρου – müqəddəs dağ) — Yunanıstanda yarımada. Xalkidiki yarımadasının şərq çıxıntısıdır. Meşələri, bağları və üzümlükləri var. Cənub qurtaracağı çoxlu monastırı olan Afon dağıdır.
Pirallahı (yarımada)
Pirallahı — Xəzər dənizində, Abşeron körfəzinin eyni adlı Abşeron arxipelaqına aid ada. O, Azərbaycanda yerləşən sahəcə ən böyük adadır. Sahəsi 17,56 km², uzunluğu 12 km, eni 0,2 km-dən 4 km-ə qədərdir. Adanı atəşpərəstliklə əlaqələndirirlər. İslam dininin buraya gəlməsiylə əlaqədar adanın adı Pirallahı olaraq dəyişdirilmişdir. Ruslar adanı (bojya svyatinya) sonradan Svyatov adını qoymuşdur. 1936-cı ildə ada inqilabçı F.A.Sergeyevin gizli partiya ləqəbinin şərəfinə "Artyom adası" adlandırıldı. 1990-cı ildə adanın köhnə adı rəsmən bərpa edilmişdir. Neftə olan ehtiyacı da nəzərə alaraq SSRİ hökuməti gözünü Pirallahıdakı neft qaynaqlarına çevirir. 1939-cu ildə Azərneftyağ Sənaye Nazirliyi tərəfindən Moskva şəhərində "Damba" tipli körpü tikilməsi üçün layihə təsdiq edilmişdir.
Ayon-Oros (yarımada)
Ayon-Oros və ya Agion-Oros (yun. Άγιου Όρου – müqəddəs dağ) — Yunanıstanda yarımada. Xalkidiki yarımadasının şərq çıxıntısıdır. Meşələri, bağları və üzümlükləri var. Cənub qurtaracağı çoxlu monastırı olan Afon dağıdır.
Dars yarımadası
Dars yarımadası (alm. Darß‎) — Almaniyanın şimalında, Baltik dənizinin cənubunda yerləşən yarımada. Qərbdən Meklenburq buxtası yuyulur. Dars sözü qədim skavyan dilində işlənən dračĭ sözündən törəmişdir. Erkən orta əsrlərdə yarımada ada olmuşdur. Slaviyanlar onu Scante Vustrov adlandırırdı. Yarımadanın böyük hissəsi meşə ilə örtülüdür. Yarımadanın şimal hissəsi Darser-Ort (alm. Darßer Ort‎) adlanır. Burada mayak yerləşir.
De-Friz yarımadası
De-Friz yarımadası (rus. Полуостров Де-Фриз) — Rusiyanın Primorsk diyarı ərazisində yerləşən yarımada. Amur körfəzinin şimal hissəsində qərarlaşır. Şərqdən Uqlovoy buxtasının suları ilə yuyulur. Yarımada amerikalı fermer Vladivastokda 15 il yaşayan Ceyms Kornelius De-Frizin şərəfinə adlandırılmışdır. Yarımadada De-Friz qəsəbəsi yerləşir. De-Frizdə əfsanəvi rus hərbi təyyatəçisi Pavel Mitt dəfn edilmişdir. Sovet hakimiyyəti illəri burada bütün ölkədə ən məşhur pioner düşərgəsi («Kosmos») vardı.
Delmarva yarımadası
Delmara (ing. Delmarva Peninsula) — ori yarımada olaraq Amerika Birləşmiş Ştatlarının şərqində yerləşir. Atlantik okeana daxil olan Çesapik körfəzi ilə Delaver yarımadalarını ayırır. Yarımadanın ərazisi üç ştat arasında bölünür: Şimal-şərq Delaver, qərb və mərkəz hissədə Merilend, cənubda Virciniya. Yarımadanın adı sanki bu üç ştatın adlarınnın vəhdətindən əmələ gəlir (ing. Delaware, Maryland, Virginia). Yarımadanın ən iri yaşayım məntəqələri Dover və Solsberidir. Yarımadanın sahəsi yaxınlıqda yerləşən adalarla birlikdə 14,127 km², əhalisi isə (2000) 681,000 nəfər təşkil edir Yarımadanı materikə birləşdirən bərzəx üzərindən kanal çəkilmişdir. Bu səbəbdə materiklə əlaqə kanal üzərində olan körpülər və Çesapik körfəzi altından keçən tunel ilə həyata keçirilir. Şərqdə isə Keyp-Meydə gəmi bərə fəaliyyət göstəyir.
Dilək yarımadası və Böyük Menderes Deltası Milli Parkı
Dilək Yarımadası və Böyük Menderes Deltası Milli Parkı (türk. Dilek Yarımadası-Büyük Menderes Deltası Millî Parkı) — Qorunma hüququna malik olan Milli park, Türkiyənin qərbində qərarlaşır. İnzibati cəhətdən Aydın ili və Quşadası rayonuna daxildir. Dilək yarımadasının 10, 985 ha ərazisi 19 may 1966-cı ildə milli park statusu alır. 1994-cü ildə onun ərazisinə Böyük Menderes deltası parkın ərazisinə daxil edilmişdir. 1994-cü ildə milli parkın ərazisi 16 690 ha ərazi böyümüşdür Parkın ərazisi rəngarəng bitki və heyvalar aləmi ilə zəngindir. Parkın ərazisi Ramsar konvensiyası, Bern konvensiyası, Bioloji müxtəliflik haqqında konvensiya, və Barselona konvensiyası ilə qorunur. Temperatur və iqlim rəngarəngliyi səbəbindən park ərazisində təkcə Egey florası deyil həm də bütün Türkiyə ərazisində rasyt gəlinən bitki örtüyünə rast gəlmək olar. Burada Aralıqdənizi regionu, Mərmər dənizi regionu və Qaradənizi regionuna xas bitkiləri görmək olur. Milli park ərazisində 800 növ bitki yetişir.
Dinql yarımadası
Dinql (irl. Corca Dhuibhne) — İrlandiyanın cənub-şərqində Kerri qraflığında yerləşən yarımada. Burada ölkənin ən qərb nöqtəsi olan Danmor-Hed burnu yerləşir. Üstəlik sahillərində Dinql körfəzi yerləşir. Yarımadanın relyefi dağlıqdır. Burada irlandiyanın ən hündür aşırımı ən hündür dördüncü zirvəsi yerləşir (Brandon). Sahillərini Atlantik okeanın suları yuyur. Sahilləri girintili-çıxıntılıdır. Bəzi hissələrdə isə qumlu çimərliklər vardır. Yaxınlığında Blasket adası qərarlaşır.
Diql yarımadası
Dinql (irl. Corca Dhuibhne) — İrlandiyanın cənub-şərqində Kerri qraflığında yerləşən yarımada. Burada ölkənin ən qərb nöqtəsi olan Danmor-Hed burnu yerləşir. Üstəlik sahillərində Dinql körfəzi yerləşir. Yarımadanın relyefi dağlıqdır. Burada irlandiyanın ən hündür aşırımı ən hündür dördüncü zirvəsi yerləşir (Brandon). Sahillərini Atlantik okeanın suları yuyur. Sahilləri girintili-çıxıntılıdır. Bəzi hissələrdə isə qumlu çimərliklər vardır. Yaxınlığında Blasket adası qərarlaşır.
Doles yarımadası
Doles (latış. Doles sala‎) — Qərbi Dvinanın yatağı ilə əhatələnmiş yarımada. Yarımadada üç yaşayış məntəqəsi vardır: Annuşka, Rumbenieşi və Lebenieşi Sahəsi 20,2 km² təşkil edir. Üzəri meşə ilə əhatələnmişdir. Yarımada ərazisindən Lebava çayı axır. Riqi çayının cənubunda yerləşir. Riqa SES tikintisinə qədər Doles ada idi. Doles adasının ilk dəfə 1226-cı ildə adı çəkilir. Bu zaman adaда İohann fon Dolenə vassal olaraq verilir. O, adada "Vesdole qalasını" inşa etdirir.
Dərdcə yarımadası
Dərcə yarımadası — Xəzər dənizinin şərq sahillərində Türkmənistanın Balkan vilayəti ərazisində yerləşir. Yarımadanın şimalında Türkmənbaşı körfəzi, cənubunda isə Şimali Çələkən körfəzi vardır. Ən hundür nöqtəsi Cadır dağı 17 m (d.s) və Kocanlıdır ki onunda hündürlüyü. 24 m (d.s) təşkil edir. XX əsrin əvəllərində Önxəzər dəmir yolu inşa edilmişdir. Bir zamanlar ərazidə Uzun-ada stansiyası vardı. Hazırda isə təkcə Molla-Qara stansiyası fəaliyyət göstərir. Ərazi bütünlüklə qumlu səhradan ibarətdir. Bu səbəbdən calılar aləmindən məhrumdur. ada ərazisində yerləşir.
Eyr yarımadası
Eyr yarımadası (ing. Eyre Peninsula) — Avstraliyanın cənubunda yerləşən yarımada. Ölkənin ayrıca bir regionu. Eyr yarımadası Cənubi Avstraliya ştatının ərazisində yerləşir. Şərqdən Spenser körfəzi, qərbdən isə Böyük Avstraliya körfəzi ilə əhatələnir. Şimaldan isə Qoler dağı ilə əhatələnir. İqlim baxımından qərb rayonları quraq, cənub rayomnları isə mülayimdir. Yay ayları orta temperatur 25—29 °C, daxili rayonlarda 34 °C, qış ayları isə 15—18 °C olur. Noyabrdan aprelə qədər Eyrdə meşə yanğınları müşahisdə edilir. Yarımada ərazisində Linkoln, Koffin-Bey, Qoler Reynciz milli parkları vardır.
Faddeyevski yarımadası
Faddeyevski — Kotelnı adasında yerləşən yarımada. İnzibati cəhətdən Rusiya Federasiyasının Yakutiya Respublikası ərazisinə daxildir. Sahəsi 5,3 min km², hündürlüyü 65 metr təşkil edir. Yarımada Ust-Lensk Dövlət Təbiət qoruğu ərazisinə daxildir. XX əsrin əvvəllərinə aid xəritələrdə yarımada ada kimi göstərilir. Yarımada ilə Kotelnı adası arasın Buqne Torpağı yerləşir. Yarımada burada ilk dəfə qışlamış Faddeyevin şərəfinə adlandırılmışdır. Yarımadada Mamont və Tüklü kərgədanın qalıqları aşkarlanmışdır. Yukagirlərin izlərinə rast gəlinir. Ruslar tərəfindən XVII əsrdə şərqə gəlmiş Ospa xəstəliyi səbəbindən yukagirlərin bir qismi Faddeyevski yarımadasına pənah aparmışdır.
Fao yarımadası
Fao (ərəb. شبه جزيرة الفاو‎) — Fars körfəzində, İraqın cənub-şərqində yerləşən yerləşir. Burada İraqın mühüm neft obyektləri qərarlaşır. Burada iki neft terminalı vardır:Hor əl-Əməyyə və Mina əl-Bakr. Yarımadada yerləşən yeganə əhəmiyyətli şəhər Umm-Kasrdır. Şəhərdə ABŞ hücumuna qədər mühüm hərbi baza yerləşirdi. İran-İraq müharibəsi (1980—1988) zamanı yarımada strateji əhəmiyyətinə görə dəfələrlə iki ölkə arasında toqquşma yeri olmuşdur. 1986-cı ildə İran ordusu İraqın zəif müdafiəsindən istifadə edərək yarımadanın cənub hissəsini işğal edə bilmişdilər. Ancaq Umm-Kasrı ələ keçirmək mümkün olmamışdır. 11 fevral 1986-ci ildə İran tərəfi müharibə tarixində ən böyük zəfərlərini əldə edərək yarımadanı ələ keçirə bilirlər.
Faros yarımadası
Faros yarımadası (ərəb. منارة‎, yun. Φάρος) — Misirin Aralıq dənizi sahillərində yerləşən elədə böyük olmayan adası. Ada Nil deltasında qərarlaşır. B.e.ə 285-ci ildə İskəndəriyyə şəhəri ilə birləşdirilmişdir. İsgəndəriyyə mayakı b.e.ə III minillikdə İsgəndəriyyə şəhərində inşa edilmişdir. Mayak dəfələrlə dağıntıya məruz qalmışdır. 798-ci ildə mayak zəlzələ nəticəsində güçlü şəkildə dağıntıya məruz qalmışdır. Ərəblər mayakı yenidən təmir etmişdlər. XIV əsrdə mayakın hündürlüyü 30 metr idi.
Fleurieu yarımadası
Fleurieu yarımadası ing. Fleurieu Peninsula — Cənubi Avstraliyanın Adeleida şəhərondən cənubda yerləşən yarımada. Yarımada ərazisində ən iri yaşayış məntəqələri Viktor-Harbor, Qulua, Yankalilla, Rapid-Bey şəhərləridir. Vaytpinqa və Brauns-Biç şəhərlərinin sahilləri sörfinq həvəskarlarını özünə cəlb edir. Keyp-Cervis adası ilə Kenquru adası ararsında bərə fəliyyət göstərir. Yarımadaya bu adı Nikolay Boden 1802-ci ildə Fransanın dəniz naziri Fleurieunun şərəfinə adlandırmışdır.
Florida yarımadası
Florida yarımadası (ing. Florida) — Şimali Amerikanın cənub-şərqində yerləşir. Ərazisinin böyük hissəsi Florida ştatını torpaqlarında yerləşir. Sahəsi 115 min km² təşkil edir. Şərqdə Atlantik okeanın, qərbdə isə Meksika körfəzi onun sahillərini yuyur. Kuba adasında onu Florida boğazı ayırır. Yarımada ərazisində ən hündür zirvə 99 m təşkil edir. Bu yaylada karst məşəlli təbiət abidələrinə rast gəlinir. Yarımadanıb şərq hissəsi nisbətən yüksəlmiş, qərb hissəsi isə nisbətən alçaqdır. Bu hissə laqun və Manqrov meşələri ilə zəngindir.
Foks yarımadası
Foks yarımadası — Baffin Torpağının cənubunda yerləşən yarımada. Kanadanın Nunavut vilayəti ərazisinə daxildir. Yarımada Foks körfəzini Hudzon boğazından ayırır. Onun qərb qutaracağında olan Kuiun burnunda inuitlərə aid Keyp-Dorset kəndi vardır. Qərb sahillərində yerləşən İnuksuk Point inuksuklarla məşhurdur. Onların sayı yüzə çatır. Yarımadanın uzunluğu 241 km, eni isə 80–161 km arasında dəyişir. Yarımada ingilis araşdırmaçısı Lyuk Foksın şərəfinə adlandırılmışdır. Yarımadanın ilk araşdırılması 1631-ci ildə Lyuk Foks tərəfindən gerçəkləşdirilmişdir. Belə düşünülür ki, o "Çarlz" gəmisində 1631-ci ilin sentyabrında Dorçester burnuna qədər irəliləmişdir.
Freysinet yarımadası
Freysinet yarımadası (ing. Freycinet Peninsula) — Tasmaniya adasının şərqində yerləşən yarımada. крупный полуостров на востоке Тасмании (Австралия). Freysinet yarımadası 23 km uzunluğa (şimaldan cənuba), 6,5 km enə malikdir. Yarıçmadanın sahəsi 65 km², maksimal hündürlüyü 613 metrdir. Yarımadadan cənubnda Şuten adası yerləşir. Onlar birlikdə Freysinet Milli Parkını təşkil edirlər. Şuten adası yarımadadan eni 1,6 km olan boğazla ayrılır (Schouten Passage). Yarımada şərqdən Tasman dənizi, qərbdən isə Qreyt-Oyster-Bey körfəzi ilə əhatələnir. 1642-ci ildə Abel Tasman yarımada ətrafından keçmişdir.
Gelibolu yarımadası
Gelibolu yarımadası (türk. Gelibolu Yarımadası) - Dardanel boğazının qərb tərəfində, Dardanel ilə Saros körfəzi arasında, cənuba doğru uzanan yarımadadır. Yarımadanın qədim adı Xersonesosdur. Gelibolu yarımadası Çanaqqala əyalətinə daxil olan Gelibolu və Eceabat rayonlarının ərazilərində yerləşməkdədir. Çanaqqala boğazı III geoloji dövrün sonunda meydana gələn çöküntülərlə yaranmışdır. Uzunluğu 65 km-dir. Boğazın ən geniş yeri 5800 m, ən dar yeri isə 1250 kmdir. Ən dərin yeri 106 m-dir. Boğazın çevrəsi dağ xarakterindədir. Türkiyənin şimal-qərbində yer alan yarımada və eyni zamanda Türkiyə Respublikası, Şimal yarımkürəsində, Avropa və Asiya qitələrinin kəsişmə nöqtəsindədir.
Göyçə yarımadası
Göyçə yarımadası Qərbi Azərbaycanda (İndiki Ermənistan ərazisində) Göyçə gölünün şimal-qərbində yerləşir. Suyun səviyəsinin enməsinə qədər yarımada ada olmuşdur. Yarımada tarixi Yeni Bəyazid qəzasının ərazisində yerləşir. Sonrada ərazidə Göyçə mahalı təşkil edilmişdir (Bu zaman yarımada Göyçə yaronu ərasisinə daxil idi). Hal-hazırda rusların ərazini işğalından sonra inşa etdikləri Sevanavank monastrı fəaliyyət göstərir. Üstəlik ermənistan prezidentinin iqamətgahlarından biri ərazidə yerləşir. Burada helikopterlərin sərbəst enməsi uçun meydançada mövçuddur. Yarımadada sahəsi 1,47 h təşkil edən çimərlik salınır. Yarımadanın sahəsi 0,95 km² təşkil etsə də, suyun səviyəsinin ilbəil qalxması ərazisini kiçildir.
Halkidiki yarımadası
Halkidiki və ya Xaldiki (yun. Χαλκιδική) — Yunanıstanın şimal-şərqində, Egey dənizi sahillərində yerləşən yarımada. Yarımadanın adı hələ b.e.ə X əsrdə burada salınmış qədim və böyük yunan şəhəri olan Halkedonun adından götürülmüşdür. Halkidiki adı isə sonradan bütün yarımadaya şamil edilmişdir. Bu yarımada haqqənda ilk məlumatı Heradot vermişdir. Halkidikidə Aristotel anadan olmuşdur. Halkidiki eyni adlı yunan vilayətinin böyük hussəsini əhatə edir. Edey dənizinin daxilinə 120 km daxil olur, öz növbəsində üç yarımadaya bölünür:Kassandra, Sitoniya və Afon. Ərazisi əsasən dağlıqdır. Burada ən yüksək zirvə 2033 metr yüksəkliyə malik Afon dağıdır.
Hat Point yarımadası
Hat Point yarımadası (ing. Hut Point Peninsula) — Eni 4,8 km, uzunluğu 24 km təşkil edir. Cənub-qərbi sıldırımlıdır, Erebus vulkanı və Ross adası onun yaxınlığında yerləşir. Robert Skott 1901-1904-ci illərdə (Diskaveri) əraziyə ilk ekspedisiya təşkil edir. Hat Pointdə xüsusi düşərgə yaradılır. Ernest Seklton əraziyə təşkil etdiyi ekspedisiya zamanı düşərgədən yararlanır (Nimrod). Növbəti dəfə təşkil edilən ekspedisiya zamanı düşərgədən istifadə edilir (Terra Nova 1907-1909). 1914-1917-ci illərdə əraziyə "İmperator transantarktik ekspedisiya" təşkil edilir. Yarımadada MakMedro (ABŞ) və Skott Beys (Yeni Zellandiya) elmi stansiya fəaliyyət göstərir. Antarktida haqqında konvensiyaya görə "Diskoveri" düşərgəsi xüsusi qorunan ərazilərdən biridir.
Hikakos yarımadası
Hikakos yarımadası (isp. Hicacos) — Kubaın şimal sahillərində yerləşən yarımada. İnzibati baxımdan Matansas vilayəti ərazisinə daxildir. Yarımadada kurort şəhəri olan Varadero yerləşir. Yarımada öz adını kaktus bitkisinin növ çeşidliyindən almışdır.
Hindistan yarımadası
Hindistan yarımqitəsi — Asiyanın cənuba doğru regionu,əsasən Hindistan lövhəsində yerləşir və cənub istiqamətində Hind okeanı daxildir. Siyasi elm professoru Tatu Vanhanenə görə,"Cənubi Asiyanın yeddi ölkəsi Hindistan yarımqitəsi ətrafında coğrafi kompakt regionu təşkil edir"; antropoloq John R. Lukacsa görə isə, "Hindistan yarımqitəsi Cənubi Asiyanın əsas quru kütləsini tutur." Chris Brewsterə görə, Hindistan, Pakistan, Banqladeş, Şri-Lanka, Nepal və Butan , Hindistan yarımqitəsin təşkil edirlər; Əfqanıstan və Maldiv daxil olmaqla daha çox yayqın olaraq Cənubi Asiya adlanır. "Hindistan yarımqitəsi" və "Cənubi Asiya" terminləri birbirlərinin yerinə istifadə edilir.
Hindustan yarımadası
Hindustan (hind. हिन्दुस्तान Hindustān, urdu ہندوستان Hindostān fars. Hindū‎ — Hind + stan) — Asiyanın cənubunda yerləşən yarımada. Sahəsi 2 milyon km² yaxındır. Şimal sərhəddi Hind çayının deltasından Qanq çayının deltasına qədər uzanır.. Bəzən yarımadanın ərazisinə bütün platonu və dağları aid edirlər.. Yarımada Hindistannın böyük hissəsi, Pakistan və Banqladeşin bir hissəsi özündə birləşdirir. Qərbdən Ərəbistan dənizi, şərqdən Benqal körfəzi, cənubdan isə Lakkadiv dənizi onun sahillərini yuyur. Yarımadadan cənub-şərqində böyük Şri-Lanka adası yerləşir. Yarımada Hindistan yarımqitəsinin və Hindistan tavasının cənubunda yerləşir.
Hotellneset yarımadası
Hotellneset (norv. Hotellneset) — yarımada 1 x 2 km ölçülərə malik olaraq, Şpitsbergen adalarında yerləşən Lonqyirbyuen şəhərindən şimal-qərbində Adventfiord körfəzində qərarlaşır. Yarımada da yük limanı və Svalbard aeroportu vardır. Ən hündür nöqtəsi Platoberqetdir. Burada üstəlik Şpisbergen peyk stansiyası fəaliyyət göstərir.
Karaburun yarımadası
Karaburun (alb. Gadishulli i Karaburunit) — Albaniyanın ən böyük yarımadasıdır. Yarımada ərazisində həm milli par həmdə hərbi baza yerləşir. Yarımadada məskunlaşma yoxdur. Albaniyanın ən böyük yarımadası olan Karaburun ölkənin cənub-qərbində yerləşir. Yarımadanın uzunluğu 16 km, eni 3-4,5 km, sahəsi isə 64 km² təşkil edir. İnzibati cəhətdən Vlyera dairəsi ərazisinə daxildir. Sahillərini Adriatik dənizinin suları yuyur (Otranto boğazının suları). Sahil sahəsi Karaburun-Sazan milli parkının ərazisinə daxildir. Yarımadadan 5 km şimalda Albaniyanın ən böyük adası olan Sazan adası yerləşir.
Busan ekspresi 2 Yarımada (film, 2020)
== Süjet xətti == Cənubi Koreyada başlayan naməlum virus epidemiyası qısa müddətdə yüz minlərlə insanı zombiyə çevirir. Qonşu ölkələr axının qarşısını almaq üçün yarımadanı blokadaya salır, bütün su və quru sərhədlər ciddi nəzarətə götürülür. Hadisələrdən 4 il ötür. Cənubi Koreya tam olaraq ətrafdan təcrid olunub, şəhərlər və qəsəbələr viran qalıb. Sağ qalanların olub-olmaması heç kimə bəlli deyil. Vaxtında təxliyə olunan, ancaq gəmidə yaşanan fors-major nəticəsində bacısı və bacısı oğlunu itirən kapitan Çon-suk Honkonqda qaçqın statusuyla yaşayır. Bacısının əri də onunla bir düşərgədə qalsa da, ailəsini qoruya bilmədiyi üçün ona nifrət edir. Bir gün yerli mafiya bossu onların hər ikisini çağırtdıraraq, inanılmaz bir təklif edir: o, zombilərlə qaynaşan İnçhondan içi pulla dolu yük maşınını gətirənə 20 milyon dollar mükafat söz verir...

Значение слова в других словарях