YARIM-YARIM
YARIMAC
OBASTAN VİKİ
Aaçim yarımadası
Aaçim — Çukot Muxtar Dairəsinin şimal sahillərində yerləşən və Şərqi Sibir dənizinin suları ilə əhatələnən yarımada. Qərbdən Nolde körfəzi, şərqdən isə Xıçak körfəzi ilə əhatələnir. Şimal qutaracağında eyni adlı burun yerləşir. Yarımadanın sahəsi 150 km², orta hündürlüyü 15-35 metrdir. Yarımada əsasən düzənlikdən ibarətdir. Burada hətta qumlu dyunlar mövcuddur. Termokarst göllərlə zəngindir. Aaçim adı (çuk. ачым) çukotcadan tərcümədə Buxarlı mənasını verir.
Abrau yarımadası
Abrau yarımadası — öz növbəsində cavan alçaq dağlıq olaraq ovalvari formaya malikdir və Qara dənizin daxilinə doğru uzanır. == Coğrafiyası == Yarımadanın təbii sərhədləri Anap buxtası, Qara dəniz və Semes buxtasıdır. Şərq hissədən sərhəd kimi Semes və Naskaqa çaylarının yatağını götürürlər. Yarımadanın sərhədindən Utriş çatı keçir. 5-7 min il öncə neydana gəlmişdir. Ərazisi aktiv zəlzələ zonasında yerləşir. Burada zəlzələnin güçü 8 bala çatır. Abrasiya sayəsində yarımada ırazisində iki yeni yarımada firmakaşır:Böyük Utriş və Kiçik Utriş. Yarımada ırazisində maksimal hündürlük 548,6 metrdir (Aryol). Digər zirvələr: Saxarnaya Qalava 540,0 m, Kobıla 531,6 m, Koldun 440 m, Şaxan 363,0 m.
Abşeron yarımadası
Abşeron yarımadası — Xəzər dənizinin qərb sahilində, Azərbaycan dövləti ərazisində yarımada. Yarımadada Bakı, Sumqayıt və Xırdalan şəhərləri ilə yanaşı, 32 qəsəbə yerləşir. Abşeron yarımadasının sahəsi 2110 km2, əhalisi təqribən 4,6 milyon nəfər təşkil edir. Hesab edilir ki, "Abşeron" sözü fars dilindəki "ab" və "şoran" sözlərindən yaranmış və tərcümədə "duzlu su" mənasını verir. Bu ad əvvəllər Xəzər dənizini bildirmək üçün də istifadə edilmişdir. == Abşeronun tarixi == Abşeronun coğrafi iqlim və geoloji amilləri sayəsində bütün Abşeron yarımadası və Bakı ərazisi 20 000 il bundan əvvəl məskunlaşmışdır. Yeni Suraxanı qəsəbəsinin yaxınlığında qədim insan məskənləri aşkar edilmişdir. Ümumiyyətlə bütün yarımadada qədim insan məskənləri tunc dövrünə və erkən dəmir dövrünə aid kurqanların sayı hesabı yoxdur. Burada həmçinin daşdan yonulmuş, üzərində sujetli rəsmlər çəkilmiş antropomorf fiqurlu qədim qəbristan kompleksləri aşkar edilmişdir — Dübəndi, Türkan, Xaşaxuna, Mərdəkan, Şüvəlan qəsəbələri. Pirallahı adasında, Zığ gölündə, Binəqədidə və Əmircanda qədim insan məskənləri aşkar edilmişdir (e.ə.
Abşeron yarımadası ətrafı adalar
Abşeron yarımadasının ətrafında şm.-da Abşeron və c.-da Bakı arxipelaqlarına daxil olan çoxlu sayda adalar mövcuddur. Pirallahı, Çilov, Böyük Tava, Kiçik Tava və s. adalar Abşeron arxipelaqına, Böyük Zirə, Daş Zirə, Kiçik Zirə (və ya Qum (ada)), Zənbil, Səngi Muğan, Çigil, Gil, Qarasu, Xərə Zirə, Daşlı ada, Qumani,Kür daşı və s. adalar Bakı arxipelaqına aiddirlər. Böyük Zirə, Daş Zirə, Qum və ya Kiçik Zirə adaları bəzən Bakı Körfəzi (buxtası) adaları kimi göstərilir. Ən böyük ada Pirallahı (sahəsi təqr. 15 km2, uz. 12 km, eni 4 km-ə qədərdir.), ən ş.-də yerləşən ada Çilovdur.Abşeron və Bakı arxipelaqları akvatoriyalarında həmçinin çoxlu dayazlıqlar və ya saylar (sualtı adalar) (Abşeron, Balaxnın, Darvin, Neft Daşları, Kür və s.) vardır. Hər iki arxipelaqa daxil olan adaların mənşəyi qədimlərə gedib çıxır. Adların əksəriyyətində rast gəlinən "Zirə" sözü ərəbcə ada mənasını verən "cəzirə" sözündən götürülüb.
Adeleyd yarımadası
Adeleyd yarımadası (ing. Adelaide Peninsula) - Kanadanın şimal-qərbində yerləşən iri yarımada. Bəzən onu Аdelaidа adlandırırlar. Yarımada Nunavut vilayətinin materik hissəsində yerləşir. Ondan qərbdə Kuin-Mod körfəzi yerləşir. Yarımadanı Kinq-Vilyam adasından Simpson boğazı (eni 3,5 km) ayırır. Şərq sahillərini isə Çanti körfəzi yuyur. Cənub hisəsində Şerman körfəzi yerləşir (Sherman Basin). Onun böyük hissəsi su ilə əhatələnmişdir. Dar bərzəx vastəsi ilə materikə birləşir.
Afon (yarımada)
Ayon-Oros və ya Agion-Oros (yun. Άγιου Όρου – müqəddəs dağ) — Yunanıstanda yarımada. Xalkidiki yarımadasının şərq çıxıntısıdır. Meşələri, bağları və üzümlükləri var. Cənub qurtaracağı çoxlu monastırı olan Afon dağıdır.
Akadi yarımadası
Akadi yarımadası (fr. La Péninsule acadienne) — Nyu-Bransuik (Kanada) vilayətinin şimal-şərqində yerləşən yarımada. Şimaldan Şalyor körfəzi, şərqdən isə Müqəddəs Lavrenti körfəzi ilə əhatələnmişdir. Nə zamansa vilayətinin əhalisi balıq ovu ilə məşğul olurdular. Bu hətta sənaye əhəmiyyətinə qədər yüksəlmişdi. Lakin balıq ehtiyatları olduqca azlmışdır. Hazırda yarımada ərazisində turizm inkişaf etmişdir. Turistləri bura dəniz çimərlikləri və akad mədəniyyəti özünə cəlb edir. == Tarixi == Təqribi olaraq 3000 il öncə yarımadada Mikmakilər. 1604-ci ildə yarımada ərazisində ilk fransız koloniyası salınmışdır.
Akamas yarımadası
Akamas yarımadası — Kipr adasının qərbində olan yarımada. Zirvəsi Kiprin ən qərb nöqtəsini təşkil edir. Ən yaxın qəsəbə Polis Xrisoxus bələdiyyəsinin bir hissəsi olan Laçı şəhəridir. Yarımadanın sahəsi 230 km²-dir. Yarımada ehtimal ki, Teseyin oğlu Akamasın adını daşıyır. O, Troya müharibəsindən sonra orada qalmışdı. Akamas bir qoruqdur. Tapılan 530 bitki növündən 35-i endemikdir. Yarımadada Glaucopsyche paphosunun endemik kəpənək növlərinə də rast gəlmək olar. Sini çanaqlı tısbağalar yumurtalarını uzaq Lara çimərliyində qoyur.
Alyaska yarımadası
Alyaska yarımadası (ing. Alaska) — Şimali Amerikanın şimal-qərbində, Sakit okean akvatoriyasına daxil olan Berinq dənizi və Bristol körfəzi onun sahillərini yuyur. Ərazisi Alyaska ştatının cənub-qərbində yerləşir. Uzunluğu 700 km, eni 170 kmdən 10 km qədərdir. Aleut sıra dağları ərazidən keçir. Burada fəaliyyətdə olan Katmay vulkanı(2047 m) vardır. Ən hündür zirvəsi Veniminovadır (2507 m). Yarımadanın ərazisi Dağ Tundra iqlim tipinə uyğundur. Kiçik miqdarda Buzlaq vardır. Şimal-qərb sahilləri laqun və kiçik göllər ilə zəngindir.
Alyaud yarımadası
Alyaud yarımadası — Ukraynanın Nikolayevsk vilayəti ərazisinin şimal-şərqdə yerləşən yarımada. İnqul çayının yatağı onu formalaşdırır. Yarımadanın uzunluğu 5 km, eni isə 500 metr təşkil edir. Ərazisində uşaq internat evi, şəxsi villalar və tarlalar mövcuddur. Cənub hissəsində açılan körpü mövcuddur. Yarımada balıqçılar arasında məşhurdur. Sahilləri sıldırımlıdır. == Xarici keçidlər == Евгений Гомонюк. Забытый Богом "остров" Аляуды: все, что осталось от итальянской деревни // "НикLife". 18.08.2015 (rus.) Дмитро Удовицький.
Apennin yarımadası
Apennin yarımadası (it. Penisola italiana — İtaliya yarımadası; eləcə də it. Penisola appenninica) — Avropanın böyük yarımadalarından biri. Qitənin cənubunda yerləşir və Aralıq dənizinin sahilindədir. Yarımadada İtaliyanın əsas hissəsi, San-Marino Respublikası və teokratik dövlət olan Vatikan yerləşir. Yarımadanın sahəsi 149 000 km²-dir. Uzunluğu təqribən 1100 km, eni 130-dan 300 km-ə qədərdir. Appenin yarımadasının şimal hissəsi Padan ovalığı ilə, qərbdən Tirren dənizi, şərqdən Adriatik dənizi, cənubdan isə İonik dənizi ilə əhatə olunub. Yarımadanı Elba adasından Pombino boğazı, Siciliya adasından isə Messin boğazı ayırır. Yarımadanın adı onun böyük hissəsi boyunca uzanan Appenin dağlarından götürülüb.
Ardanış yarımadası
Ardanış yarımadası — Qərbi Azərbaycan ərazisində (İndiki Ermənistan), Göyçə gölünün şərqində (mərkəz hissədə) yerləşir. Tarixi Göyçə mahalı və Qaraqoyunlu mahalı kimi mahalların Çəmbərək rayonu ərazisinə daxil idi. Yarımada boyunca dağ silsiləsi uzanır və onun şərqində körfəz, qərb qutaracağında isə burun yerləşir. Yarımadanın sahəsi 25 km² təşkil edir. == Flora və faunası == Yarımada hal-hazırda Sevan milli parının ərazisinə daxildir. Ümumilikdə yarımadanı bu baxımında uç yerə bölmək olar: Sahilyanı (meşələr əsasən şam ağacı, ərik kimi ağaclar və bir sıra giləmeyvə kollarından təşkil olunub) Orta hündürlük bölgəsi (20–100 m) (ardıc və qızılgül). Alp bölgəsi (100 m yüksək ərazi) (əsasən alp çəmənlikləri yayılmışdır. Yarımadada boz qaz, ağqanad turpan, qırmızıbaş qaraördək, ağqanad ördək, ala ördək, çöl ördəyi, qu quşu, adi qaşqaldaq, Ermənistan qağayısı, böyük qarabatdaq, kiçik qarabatdaq, ibis və flaminqo kimi quşları qarşılayır. Burada ümumilikdə 250 növ quşa rast gəlinir.
Asuero yarımadası
Asuero yarımadası (isp. Península de Azuero) — Mərkəzi Amerikada Panamanın cənubunda yerləşən yarımada. == Coğrafiya == Yarımada Panama bərzəxinin cənubunda yerləşir. Cənubdan və qərbdən Sakit okean, şərqdən Panama körfəzinin suları ilə əhatələnir. Maryato burnu yarımadanın cənub-qərbində yerləşir və Şimali Amerikanın ən ucqar cənub nöqtəsidir. Panamanın üç vilayətini yarımada ərazinində yerləşir: Errera, Los-Antos, Veraqus. Yarımada Kolumbiyalı siyasətçi və yazıçı Visente Asueronun (isp. Vicente Azuero) şərəfinə adlandırılmışdır.
Avalon yarımadası
Avalon yarımadası — Nyufaundlend adasının cənub-şərq hissəsində yerləşən iri yarımadalarından biri. Sahilləri nisbətən parçalıdır və körfəzlərə əhatələnib. Ərazi Şimali Amerika materikinin avropalı kolonistlər tərəfindən ilk məskunlaşma bölgələrindən biridir. Yarımada ərazisində 250 min nəfər insan məskunlaşmışdır. Yarımadada vilayətin paytaxtı olan Sent-Cons şəhəri yerləşir.
Ayon-Oros (yarımada)
Ayon-Oros və ya Agion-Oros (yun. Άγιου Όρου – müqəddəs dağ) — Yunanıstanda yarımada. Xalkidiki yarımadasının şərq çıxıntısıdır. Meşələri, bağları və üzümlükləri var. Cənub qurtaracağı çoxlu monastırı olan Afon dağıdır.
Ayon-Oros yarımadası
Ayon-Oros və ya Agion-Oros (yun. Άγιου Όρου – müqəddəs dağ) — Yunanıstanda yarımada. Xalkidiki yarımadasının şərq çıxıntısıdır. Meşələri, bağları və üzümlükləri var. Cənub qurtaracağı çoxlu monastırı olan Afon dağıdır.
Balyuzak yarımadası
Balyuzak yarımadası (rus. Полуостров Балюзек) — Rusiyanın Primorsk diyarı ərazisində yerləşən yarımada. 1857-ci ildə Amerika korvetində Nikolay Matveeviç Çixayevin rəhbərliyində kəşf edilmişdir. Yarımada rus diplomatı Lev Fyodoroviç Balyuzakın şərəfinə adlandırılmışdır. Vladimir körfəzini Yapon dənizindən ayırır. qərb sahillərindir. Ərazisi təpəlikdir. Sahilləri girintili-çıxıntılı və sıldırımlıdır. Bərzəxlə materikə birləşir. Bərzəxdə laqun və körfəzlər yardır.
Banks yarımadası
Banks yarımadası (ing. Banks Peninsula) — Yeni Zelandiyanın Cənub adasında yerləşən vulkanik mənşəlli yarımada. Yarımadanın sahəsi 1150 km² təşkil edir. Yarımada ətrafında çoxlu sayda havan, körfəz və buxta vardır. Cənub adasının ən böyük şəhəri olan Kraystçerç yarımadanın şimalında yerləşir. == Torpaq sahəsi == Araşdırmalar göstərir ki, təbii meşələr yarımadanın 98 % əhatə edirdi. Maopri və avropalıların təsərüffat fəaliyyəti sayəsində meşələrin sahəsi 2 % qədər azalmışdır. avropalılar özü ilə burta bir çox yeni ağac növləri gətirmişlər. Son zamanlar isə meşə örtüyünün bərpası işləri aparılır. Bu məqsədlə özəl Hinevai qoruğu təşkil edilmişdir.
Biqa yarımadası
Biqa yarımadası qədim adı ilə Troada və ya Troas Dardanelin ikiyə ayırdığı Anadolu ilə Rumelinin şərq hissəsidir. Dardanelin şimalında Gelibolu yarımadası cənubunda isə Biqa yarımadası yerləşir. Bu gün Çanaqqala ilinin bütün ərazisi Biqa yarımadasını təşkil edir. Bölgə öz adını Cümhuriyət dövründə əvvəl bölgə mərkəzi, lakin günümüzdə Çanaqqalanın ilçəsi olan Biqadan almışdır. Çanaqqala il mərkəzi, Biqa, Ayvacık, Bayramiç, Çan, Ezine, Yengicə və Lapseki rayon mərkəzləri yarımadanın əsas yaşayış məskənləridir. == Adın mənşəsi == Biqa - Yarımada öz adını Çanaqqalanın Marmara dənizi sahillərində Biqa ilçəsindən götürmüşdü. Troada-Troas - Bu adlar bölgədəki dünyaca məşhur Troya kəndindən gəlir. Bu tarixi ad eyni zamanda bölgədəki Makedoniyalı İsgəndər adına qurulan bir kəndin adının digər kəndlərlə qarışmaması üçün istifadə edilir. Bu qədim şəhər İsgəndəriyyə Troas kimi tanınır. == Sərhədləri == Biqa yarımadasının şimalında Dardanel və Marmara dənizi, cənubda Edremit körfəzi, şərqdə Gönen çayı və qərbdə Egey dənizi var.
Borden yarımadası
Borden yarımadası — Baffin Torpağının şimalında yerləşən yarımada. Kanadanın Nunavut vilayəti ərazisinə daxildir. Lankaster boğazının cənubunda qərarlaşır. Yarımadanın şimal-şərq ərazisində Sirmilik Milli Parkı təşkil olunmuşdur. == Coğrafiya == Yarımada 225 km şimala, 169 km şərqə uzanır. Şimala rayonu, o cümlədən Hras dağları kövrək qayalardan ibarətdir. Burada hündürlük 914 mertrə çatır. Admiraliti buxtası yarımadanın qərb sahillərini, Admiraliti Soveti buxtası isə onun şərq sahillərini təşkil edir. Şərqdən Baylot adasından buxta ilə ayrılır. == Əhalisi == Yarımadanın qərb sahillərində inuitlərə aid Arktik-Bey adlı kənd vardır (823 nəf.
Boso yarımadası
Boso yarımadası (yap. 房総半島) Honşu adasının şərqində yerləşən yarımada. Yarımada ərazisinin böyük hissəsində Tiba prefekturası yerləşir. Tokio körfəzini Yapon dənizindən ayırır. Yarımadanın sahəsi 5034 km²-dir. Ən hündür nöqtəsi Ataqo dağıdır (408.2 m).Şimal-qərbində Tiba şəhəri yerləşir. Yarımadada yerləşən Kisaracu şəhəri Kavasaki ilə 14 km uzunluğa malik körpü-tunellə birləşir. Yarımadanın şimal-şərqində Suika-Tsukuba Milli parı yerləşir.
Bozaşi yarımadası
Bozaşı yarımadası (qaz. Бозащы) — Xəzər dənizinin şimal-şərq sahilində Qazaxıstana aid yarımada. Hündürlüyü -5,-25 m, ən hündür yeri isə 61 m təşkil edir. Mangistau yarımadasından şimalda yerləşir. Xəzər dənizinin səviyəsinin tərəddüd etdiyindən ərazisi müvafiq olaraq azalıb-çoxalır. 1980-1990-cı illərdə səviyənin enməsi ilə ərazi böyüyürdü. Yarımadanın şimalı əsasən şoranlıqlarla zəngindir. == Faydalı qazıntıları == Ərazidə əsas faydalı qazıntılar Neft və Qazdır. Bölgədə neft sənayesinin inşafı ilə əlaqədar Hava limanı fəaliyyət göstərir. Əsasən neft avadanlıqları daşınır.
Bozaşı yarımadası
Bozaşı yarımadası (qaz. Бозащы) — Xəzər dənizinin şimal-şərq sahilində Qazaxıstana aid yarımada. Hündürlüyü -5,-25 m, ən hündür yeri isə 61 m təşkil edir. Mangistau yarımadasından şimalda yerləşir. Xəzər dənizinin səviyəsinin tərəddüd etdiyindən ərazisi müvafiq olaraq azalıb-çoxalır. 1980-1990-cı illərdə səviyənin enməsi ilə ərazi böyüyürdü. Yarımadanın şimalı əsasən şoranlıqlarla zəngindir. == Faydalı qazıntıları == Ərazidə əsas faydalı qazıntılar Neft və Qazdır. Bölgədə neft sənayesinin inşafı ilə əlaqədar Hava limanı fəaliyyət göstərir. Əsasən neft avadanlıqları daşınır.
Bransuik yarımadası
Bransuik və ya Bransvik (isp. Península de Brunswick) — Çilinin Maqalyanes-i-la-Antarktik-Çilena vilayətinin ən böyük yarımadasıdır. Uzunluğu 112 kilometr təşkil edir. Cənubi Amerika materikinin cənub qutaracağın yerləşən Frоuаrd burnu yerləşir. Yarımadada yerləşən yeganə şəhər Punta-Arenasdır ki, vilayətin mərkəzini təşkil edir. Yarımada dağlıqdır və ən hündür yeri 1127 metr təşkil edir. Yarımadadan cənub və şərqdə Odlu Torpaq adası yerləşir. Yarımada adadan Magellan boğazı vastəsi ilə ayrılır.
Bretan yarımadası
Bretan yarımadası (fr. Bretagne, bret. Breizh, qallo Bertaèyn) — Fransanın şimal-qərbində, şimaldan La-Manş boğazı, cənubdan Atlantik okeanın Biskay körfəzi suları ilkə yuyulan tarımada. Yarımada tarixi bölgənin və eyni adlı bölgənin əsas hissəsidir. Yarımadanın kiçik bir əraziləri Luara və Aşağı Normandiya bölgələrinə aiddir. Sahəsi təxminən 27 min km²-dir. Uzunluğu 200 km, eni 120 km-ə qədərdir. Bretan yarımadasında Fransanın materik hissəsinin ən qərb nöqtəsi yerləşir (Korsen burnu). Bretan yarımadasının əhəmiyyətli hissəsini Armorikan yaylası təşkil edir. ən yüksək nöqtəsi 391 m-dir (Arre dağı).

Значение слова в других словарях