YATAQBOYU TİRƏ /VAL

iri dənəli allüvidən ibarət yastı tirə. Daşqın zamanı düzənlik çaylarında yataqboyu hissədə əmələ gəlir. Böyük düzənlik çaylarında yataq boyu tirənin hündürlüyü 5-6 metrə, eni isə 4,5-5 metrə çatır /məs: Missisipi çayında/. прирусловый вал natural levee
YATAQBOYU SAY
YATAQYANI DYUNLAR
OBASTAN VİKİ
Tirə
Tirə (rus. гряда, ing. ridge) — müxtəlif mənşəli uzunsov, nisbətən alçaq, müsbət relyef formalarının ümumi adı /mis: moren, oz, qum, sualtı, ada tirələri və s./.
Yataqboyu dyunlar
Resekvent tirə
Resekvent tirə (rus. гряда ресеквентная, ing. resequent ridges) — ikinci dərəcəli antiklinal tirə olub, monoklinal subsekvent dərələrlə sərhədlənir.
Tirə (İzmir)
Tirə (türk. Tire) — İzmir ilinin ilçəsi. İzmirin cənub-şərqində yer alır. İl mərkəzinə uzaqlığı 64 km-dir. İlçənin şərqində Ödəmiş, şimalında Bayındır, qərbində Torbalı və Səlcuq ilçələri, cənubunda isə Aydın ili yerləşir. İlçənin sahəsi 716 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 84,804 nəfərdir.
Tirə ada
Tirə ada (rus. гряда островная, ing. island ridge) — vulkan, yaxud mərcan mənşəli zəncirvari adalar. Sualtı silsilələrin, yaxud xətti yerləşmiş dağların su üzərinə çıxmış zirvələrindən təşkil olunur. Okeanların mərkəzi hissəsində adalar adətən düzxəttli, materiklərin yaxınlığında isə qövsvari yerləşir.
Tirə relyefi
Tirə relyefi (rus. Рельеф грядовый, ing. Ridge relief) — çay dərəsində, dəniz sahilində, yaxud səh­rada akkumulyativ mənşəli tirələrdən ibarət relyef.
Val
Val — sadə fomalı fırlanma səthinə malik olan maşın hissəsi olub fırlanma hərəkətini və qüvvəni ötürmək və həmçinin fırlanan hissələrə dayaq vermək üçün təbiq olunur. == Təsnifatı == eksentrik (dirsəkli) vallar fırlanma hərəkətini irəli-geri hərəkətə çevirmək üçündür.Onlar əsasən mühərriklərdə tətbiq olunurlar. çevik vallar iş zamanı fırlanan element bir başa əl çatmaz yerdədirsə istifadə olunurlar(məsələn, diş həkiminin alətini fırladan val və ya taxometrin valı). hamar vallar üzərindəki hissənin hərəkətli oturmasını təmin edirlər. pilləli vallar müxtəlif ölçülü hissələri götürmək və çəkini azaltmaq baxımından tətbiq olunurlar. işi boş və ya dolu vallar ötürüləcək yükdən asılı olaraq möhkəmlik baxımından tətbiq olunurlar.
Qızılboğaz dağları (tirə)
Qızılboğaz dağları – Babək rayonu ərazisində alçaqdağlıq tirə. Naxçıvan çökəkliyinin şimal-şərq kənarı boyu uzanan Qaracalar-Qızılboğaz tirəsinin 3,5 km uzunluqlu ucqar şimal-qərb parçasıdır. Ən yüksək zirvəsi Qızılboğaz dağıdır (hünd. 1179,7 m.). Üst Oliqosen-Alt Miosenin vulkanogen-çökmə süxurlarından və onları yarıb çıxmış ekstruziv kütlələrdən təşkil olunmuşdur. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyini şimal-şərqdən hüdudlandıran Naxçıvan dərinlik qırılma zonasında yerləşir.
De Val
De Vaal — Şimali Hollandiya əyalətində yerləşən kənd. Den Helder şəhərinin şimalında 15 km aralıqda yerləşir. == Əhali == 2001-ci il statistikasına istinadən bölgədə 188 nəfər yaşayır. 0.06 km2 ərazidə təxminən 78 yaşayış məntəqəsi mövcuddur.
Dirsəkli val
Dirsəkli val bir və ya bir neçə dirsəkdən və yastıq oturdulması üçün eynioxlu boğazlardan ibarət valdır. O, çarxqollu-sürüngəc mexanziminin tərkib hissəsi kimi tətbiq olunaraq sürgü qolundan verilən itələmə hərəkətini fırlanma momentinə çevirir. Dirsəkli valların ilk tətbiqinə qədim Romadakı Hierapolis mişar dəyirmanında rast gəlinir (III əsr). Bu maşın fırlanma hərəkətini sürgü qolu və disrəkli valın köməyi ilə düzxətli hərəkətə çevirirdi. == Quruluşu == Dirsəkli valın dirsəyindəki boğazda sürüngəc oturdulur. Sürüngəcin oxu valın oxuna nisbətən sürüşdürülmüş hazırlanır. Valı gövdədə oturtmaq üçün onun uc hissələrində yastıqaltı səthlərdən ibarət boğazlar nəzərdə tutulur. Sürüngəc və valın birləşdiyi yerlərdə tətbiq olunan sürtünmə yastıqlarında yağlamanın təsirini gücləndirmək üçün dirsəkli valların xarici səthləri ilə təmas səthləri arasında deşiklər açılır. Bəzi hallarda sürüngəc valla diyirlənmə yastığı ilə birləşdirilir. Burada yastıqların təzyiq altında yağlanması məcburi deyil.
La Val
La Val— Bolzano şəhərindən təxminən 45 kilometr şimal-şərqdə İtaliyanın şimalındakı Cənubi Tirol əyalətində bir bələdiyyə. == Coğrafiyası == 30 noyabr 2010-cu il məlumatına görə əhalisi 1307 nəfər və ərazisi 39,0 kvadrat kilometrdir. == Tarixi == Emblem bir əyri budaqdan ibarətdir, iki yarpağı ilə əyilmiş formada təsvir edilmiş, Rü ailəsinin emblemidir. Emblem 1969-cu ildə qəbul edilmişdir. == Cəmiyyət == 2011-ci il əhalinin siyahıya alınmasına əsasən, əhalinin 97.66%-i Ladino dilində, 1.53%-i italyan dilində və 0.81%-i alman dilində birinci dil kimi danışırlar. == İqtisadiyyat == === Turizm === Turizm mərkəzlərində də insanlar ingilis dilində danışırlar. Dini Roma Katolikidir. Kənd turizmin (yürüyüş, alpinizm, dağ velosipedi) və kənd təsərrüfatla yaşayır. Ərazidə xizək turizmi yoxdur, lakin qış servis avtobusları Alta Badia kimi yaxınlıqdakı xizək mərkəzlərinə turistlər gətirir. Qışda yaydan daha çox turist qonaq olur.
Martin Val
Martin Val (dan. Martin Vahl, 10 oktyabr 1749, Bergen – 24 dekabr 1804, Kopenhagen) — Danimarka (Norveç) botaniki və zooloqu. == İstinadlar == Christensen, Carl (1932) Martin Vahl, pp. 85–88 in: Meisen, V. Prominent Danish Scientists through the Ages. University Library of Copenhagen 450th Anniversary. Levin & Munksgaard, Copenhagen. == Xarici keçidlər == Flora Danica. The Royal Copenhagen Porcelain Manufactory’s page on the Flora Danica dinner set. Facsimile of Enumeratio plantarum, Hauniae, 1805–1806.
Paylayıcı val
Paylayıcı val qazpaylayıcı mexanizmin əsas hissəsi olub, daxili yanma mühərrikində qazın verilməsini və çıxışını, həmçinin işçi taktını sinxronizə etməyə xidmət edən dirsəkli valdır. == Quruluşu == Müasir avtomobillərdə paylayıcı val silindr blokunun üst tərəfində yerləşdirilir və dirsəkli valla qayış və ya zəncirlə əlaqələndirilir. Paylayıcı vallar dirsəkli vala nisbətən iki dəfə kiçik sürətlə fırlanır, çünki dirsəkli valın iki dövrü bir iş tsiklini yaradır (dördtaktlı mühərriklərdə). Valın üzərində yerləşən dirsəklərin sayı sorma və xaricetmə klapanların sayına bərabərdir. Beləliklə hər klapana bir dirsək uyğun gəlir, hansı ki, klapan itələyicilərinin dəstəklərinə toxunaraq onu açır. Dirsək klapanı sətbəst buraxdıqda o, güclü geriyə itələmə yayların köməyi ilə sürətlə qapanır. Paylayıcı val mühərrik boyu uzanır. Sorma və xaricetmə dirsəklərində əlavə olaraq, hər silindrdə püskürtmə nasosunu işə salan yanacaq dirsəyi nəzərdə tutulur. İki istiqamətdə fırlanan mühərriklərdə hər bir istiqamət üçün nəzərdə tutulmuş paylayıcı vallar yanaşı yerləşdirilir. Valı şaquli istiqamətdə hərəkət etdirməklə lazımı valı işə salmaq olur.
Devyatı Val adası
Devyatı Val adası (azərb. Doqquzuncu dalğa‎) — Kuril adalarının Kiçik Kuril cərgəsinə daxil olan ada. İnzibati cəhətdən Saxalin vilayətinin Şimali Kuril şəhər dairəsinə daxildir. Adada yaşayış yoxdur. Şikotan adasının cənubunda Ayvazovski buxtasında qərarlaşır. Şikotan adasından 100 metrlik boğaz ayırır. Ayvazovski butasında, adadan cənub-qərbdə Ayvazovski adası yerləşir.
Val-d'Uaz
Val-d'Uaz (fr. Val-d'Oise, hərfən — «Uaza vadisi») — Fransanın şimalında yerləşən, İl-de-Frans regionun departamentlərindən biri. Sıra nömrəsi —95. İnzibati mərkəzi — Pontuaz. Əhalisi — 1 187 836 nəfər (departamentlər arasında 17-ci yer, 2010-cu ilin məlumatları). == Coğrafiyası == Sahəsi — 1246 km². Departamentin ərazisində Sena və Uaza çayları axır. Departamentə 3 rayon, 39 kanton və 185 kommun daxildir. == Tarixi == Val-dd'Uaz — 1968-ci ilin 1 yanvar tarixində keçmiş Sena və Uaza departamentlərinin ərazisində yaradılmışdır.
Val-de-Alkala
Val-de-Alkala (isp. Vall de Alcalá) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Marina-Alta ərazisinin 24,40 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 185 nəfərə çatmışdır. Əyalət paytaxt şəhərindən 80 km uzaqlıqda yerləşir.
Val-de-Ebo
Val-de-Ebo (isp. Vall de Ebo) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Marina-Alta ərazisinin 32,40 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 272 nəfərə çatmışdır. Əyalət paytaxt şəhərindən 110 km uzaqlıqda yerləşir.
Val-de-Laqvart
Val-de-Laqvart (isp. Vall de Laguart) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Marina-Alta ərazisinin 22,96 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 981 nəfərə çatmışdır.
Val-de-Marn
Val-de-Marn (fr. Val-de-Marne, hərfən — «Marna vadisi») — Fransanın mərkəz hissəsinin şimalında yerləşən, İl-de-Frans regionun departamentlərindən biri. Sıra nömrəsi — 94. İnzibati mərkəzi — Kretey. Əhalisi — 1,333,702 nəfər (departamentlər arasında 11-ci yer, 2011-ci ilin məlumatları). == Coğrafiyası == Ərazi — 245 km². Parisin cənub və şərq-cənubuna yerləşən departamentin ərazisində Sena və Marna çayları axır. == Tarixi == Val-de-Marna departamenti 1968-ci il yanvarın 1-də yaradılmış, Sena (29 kommun) və Sena və Uaza (18 kommun) keçmiş departamentlərin tərkibinə daxil edilmişdir. Adı Marna çayından gəlir.
Val-de-Pre
Val-de-Pre (fr. Val-des-Prés, oks. Vau dels Prats) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Brianson. Şimali Brianson kantonuna daxildir. INSEE kodu — 05174. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 502 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 325 nəfərdən (15-64 yaş) 265 nəfəri iqtisadi cəhətdən, 60 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 81.5%, 1999-cu ildə 75.7%). Fəal olan 265 nəfərdən 249 nəfər (138 kişi və 111 qadın) işləyir, 16 nəfər işsizdir (8 kişi və 8 qadın).
Val-de-Qalinera
Val-de-Qalinera (isp. Vall de Gallinera) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Marina-Alta ərazisinin 53,60 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 662 nəfərə çatmışdır. Əyalət paytaxt şəhərindən 95 km uzaqlıqda yerləşir.
Val-de-Şalvan
Val-de-Şalvan (fr. Val-de-Chalvagne, oks. Vau de Chalvanha) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Antrevo kantonuna daxildir. Kommunanın dairəsi — Kastelan. INSEE kodu — 04043. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 65 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 43 yaşda (15-64 yaş arasında) 36 nəfər iqtisadi cəhətdən fəal, 7 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 83,7%, 1999-cu ildə 60.0%). Fəal 36 nəfərdən 35 nəfəri (20 kişi və 15 qadın), 1 nəfər işsiz idi.
Val-d’Uaz
Val-d'Uaz (fr. Val-d'Oise, hərfən — «Uaza vadisi») — Fransanın şimalında yerləşən, İl-de-Frans regionun departamentlərindən biri. Sıra nömrəsi —95. İnzibati mərkəzi — Pontuaz. Əhalisi — 1 187 836 nəfər (departamentlər arasında 17-ci yer, 2010-cu ilin məlumatları). == Coğrafiyası == Sahəsi — 1246 km². Departamentin ərazisində Sena və Uaza çayları axır. Departamentə 3 rayon, 39 kanton və 185 kommun daxildir. == Tarixi == Val-dd'Uaz — 1968-ci ilin 1 yanvar tarixində keçmiş Sena və Uaza departamentlərinin ərazisində yaradılmışdır.
Val Conson hadisəsi
Val Conson hadisəsi (ing. Val Johnson incident) — ABŞ-nin Minnesota ştatının Marşall qraflığında işləyən şerif müavini Val Consonun 1979-cu ildə uçan naməlum obyektlə qarşılaşması iddiasına verilən ad. == Hadisə == Conson verdiyi raportda bildirmişdir ki, 27 avqust 1979-cu il tarixində Minnesota ştatının Stiven şəhəri yaxınlıqlarında patrul çəkirdi. O, saat 02:00 radələrində yolunda üzərində işıq şüası görür. Bu işıq şüası ona doğru sürətlənir, onun avtomobili işığa bürünür və o, şüşənin qırılması səsini eşidir. Conson demişdir ki, o, 39 dəqiqə hüşunu itirmişdi. Hüşunu geri alan zaman o, qol saatının və avtomobil saatının 14 dəqiqə geridə olduğunu görür. Avtomobilin külək şüşəsi parça-parça olub, bir avtomobil fənəri və fövqəladə vəziyyət üçün nəzərdə tutulmuş qırmızı işıq zərər görmüş, avtomobilin radio antenni əyilmişdir. Consonun yardım çağırışına cavab verən polis işçiləri onun avtomobilinin yolun üzərində, yanakı vəziyyətdə olduğunu görmüşdür. Conson bu hadisə əzilmiş və göz qıcıqlanması yaşamışdır.
Val-d'Aran
Val-d'Aran Kataloniyanın şimal-qərb hissəsində yerləşən bir dairədir. Dairənin ərazisi 620.5 km², əhalisi isə 7130 nəfər təşkil edir. Regionun rəsmi dili Aranes dilidir. Paytaxtı isə Vielha e Mijaran şəhəri hesab edilir.