YAXIN-UZAQ

sif.zərf
1. Həm yaxın, həm uzaq, müxtəlif.
Bu xəbəri eşidən yaxınuzaq yerlərdən qəhvəçi dükanına gəlib Qəribin oxumasına qulaq asırdılar. Aşıq Qərib”.

2. Gec-tez.
[Dərviş:] Nədənsə yaxın-uzaq Ruqiyyənin mənə vasil olmasını könlüm mənə anlatmışdı. A.Divanbəyoğlu.

YAXIN
YAXINDA
OBASTAN VİKİ
Çox yaxın, çox uzaq (film, 2005)
Çox yaxın, çox uzaq ( fars. خیلی دور، خیلی نزدیک‎ , Kheili Dour, Kheili Nazdik ) - rejissor Reza Mirkəriminin 2005 -ci ildə çəkdiyi İran dram filmi . Film həmçinin Oskarda ən yaxşı xarici film üçün İran təmsilçisi seçilib. == Süjet == Təkəbbürlü nevropatoloq oğluna əməliyyat olunmayan beyin şişi diaqnozu qoyulanda həyatının mənasını araşdırmalıdır. Oğlunun astronomiya sahəsində səyahətinə yetişmək üçün səhrada gəzintisi onu onun baxışlarına və dəyərlərinə meydan oxuyan bir sıra adi görünən insanlarla qarşılaşmasına gətirib çıxarır.
Uzaq Şərq
Uzaq Şərq - Şərqi Asiyada ərazi. Buraya Rusiya, Çin, Koreya (KDXR və Koreya Respublikası) və Yaponiya ərazilərinin şərqi aiddır.
Yaxın Şərq
Yaxın Şərq — Cənub-qərbi Asiya və Misirin daxil olduğu tarixi-geosiyasi region. Əsas əhali: azərbaycanlılar, ərəblər, ermənilər, assuriyalılar, gürcülər, yunanlar, farslar, yəhudilər, misirlilər, kürdlər və türklər. Yaxın Şərqdə 350–360 milyon müsəlman (türklər, farslar, ərəblər, kürdlər və s.), 20 milyon xristian (ermənilər, yunanalar, gürcülər, aysorlar, qibtilər, marunilər və s.), 7 milyon yəhudi, 1 milyon dürzi, 1 milyon yezidi və s. İqlim əsasən quru, sulama üçün istifadə olunan bir neçə böyük çay var. Yaxın Şərq planetin əhəmiyyətli bir neft istehsal edən bölgəsidir.
Uzaq sahillərdə
Uzaq sahillərdə — rejissor Tofiq Tağızadənin İkinci Dünya müharibəsindən bəhs edən filmi. Dünyanın 100-dən çox ölkəsində nümayiş etdirilmişdir. == Məzmun == Kinolent Azərbaycan xalqının şanlı oğlu, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin İkinci dünya müharibəsi illərində İtaliya və Yuqoslaviyada faşist işğalçılarına qarşı apardığı mübarizəyə həsr edilmişdir. == Festivallar və mükafatlar == Film 1959-cu ildə Kiyevdə Ümumittifaq kinofestivalının diplomuma layiq görülmüş və bəstəkar Qara Qarayevə filmin musiqisinə görə II mükafat verilmişdir. Film həmçinin Daşkənd kinofestivalının qalibi (1959) olmuşdur. == Film haqqında == Film aktyor Nodar Şaşıqoğlunun kinoda ilk işidir. Film aktyor Hacımurad Yagizarovun kinoda ilk işidir. Film İmran Qasımov və Həsən Seyidbəylinin eyniadlı povesti əsasında ekranlaşdırılmışdır. Mehdi Hüseynzadə ilə eyni partizan dəstəsində vuruşan Cavad Həkimli də bu filmdə çəkilmişdir. Prokata çıxdığı zaman filmə 27,5 milyon tamaşaçı baxmışdı.
Cənnətə yaxın
Cənnətə yaxın (ing. Paradise)— Boris Kunzun rejissorluğu ilə çəkilmiş və baş rollarında Kostya Ulmann, Korinna Kirxqoff, Marlen Tançik və İris Berbenin rol aldığı elmi fantastika triller filmidir. Film 24 iyun 2023-cü ildə Netflixdə yayımlanmışdır. == Süjet xətti == Biotexnologiya şirkəti olan AEON, insanlar arasında həyat müddətini transfer edir. Ən yoxsul insanların daha yaxşı həyat yaşamaq ümidi ilə ömürlərinin müəyyən bir hissəsini satmağa dəvət edildiyi və ən varlıların da bundan istifadə etdiyi qarışıq bir sistem yaradılmışdır. Belə bir mühitdə AEON əməkdaşı olan Maks və həyat yoldaşı Yelena həyatlarının dəyişdiyini görürlər.
Uzaq (film, 2002)
Uzaq — 2002-ci ildə rejissor və ssenarist Nuri Bilgə Ceylanın çəkdiyi Türkiyə filmi. == Film haqqında == Yenə Müzəffər Özdemir, Emin Toprak və Nuri Bilge Ceylan triosu Avropanı fəth edir. Bu dəfə "Kann"da "Jüri mükafatı" Nuriyə bu böyük filminə görə təqdim edilir. "Antalya", "İstanbul", "Ankara", "Meksika", "Çikaqo", "Monpelye", "Trieste", "Beyrut" film festivallarında, "Siyad" və "Orhan Anburnu mükafatları"nda qucaq dolusu mükafatlar qazanır. "Uzaq" avtobioqrafiya kimi qeyd olunmasa da Nurinin həyatına bələd olan insan bu filmdə onu asanlıqla görə bilər. Mükəmməl görüntülərlə Avropa rejissorlarına meydan oxudu bu filmi ilə Nuri və illər sonra Kannda yenə alqışlar bir Türk üçün coşdu. Yusuf Güney və Şerif Görenden sonra Nuri Bilge Ceylan vətənini layiqincə təmsil etmişdi. Həm də çox az büdcəsi olan filmlə. Film tənqidçilər tərəfindən də müsbət qarşılandı və hazırda da müxtəlif sorğularda son 20 ilin ən yaxşı 10 filmindən biri kimi qeyd olunur. Nuri bu filmi ilə Kşiştof Keslevski və Tarkovskidən təsirlənib.
Uzaq Sahillərdə (1958)
Uzaq gələcəyin xronologiyası
Gələcək heç vaxt tam dəqiqliklə proqnozlaşdırıla bilməsə də, müxtəlif elm sahələrindəki mövcud anlayışlar, yalnız ən geniş kontekstdə olacağı təqdirdə, uzaq gələcəkdə baş verəcək və ya baş vermə ehtimalı olan hadisələrin təxmin edilməsinə imkan verir. Bu sahələrə planetlərin və ulduzların necə meydana gəldiyini, bir-birinə qarşılıqlı təsir etdiyini və ölməsini ortaya qoyan astrofizika, maddə və radiasiya meydana gətirən ən kiçik hissəciklərin təbiətini öyrənən hissəciklər fizikası, zamanla həyatın necə inkişaf edəcəyini proqnozlaşdıran təkamül biologiyası və qitələrin minilliklər boyu necə dəyişdiyini tədqiq edən plitələr tektonikası daxildir. Yerin, Günəş sisteminin və kainatın gələcəyinə dair bütün proqnozlar entropiya və ya iş üçün lazım olan enerji itkisinin vaxtla artmalı olduğunu ortaya qoyan termodinamikanın ikinci qanununu nəzərə almalıdır. Ulduzlar gec-tez öz hidrogen yanacağını tükəndirəcək və əbədi olaraq sönəcəklər. Cazibə qüvvəsindən asılı olaraq öz ulduz sistemləri ətrafında dövrə vuran planetlər kimi astronomik obyektlər və bu ulduz sistemlərinin içində olduğu qalaktikalar arasında toqquşmalar da qaçınılmazdır. Fiziklər ən sabit maddələrin də subatom hissəciklərinə parçalandığı bildikləri üçün maddənin nəticədə radioaktiv çürümənin təsiri altında olacağını gözləyirlər. Mövcud elmi araşdırmalar kainatın düz bir həndəsəyə (və ya düzə çox yaxın) sahib olduğuna və bu kainat sona çatdıqdan sonra özündə dağılmayacağına və sonsuz gələcək bir sıra kütləvi qeyri-mümkün hadisələrin baş verməsinə, məsələn, Bolsman beyninin əmələ gələcəyinə işarə edir. Burada göstərilən vaxt cədvəli XI minilliyin əvvəllərindən gələcək zamanın ən uzaq nöqtələrində baş verəcək və ya baş vermə ehtimalı olan hadisələri əhatə edir. İnsanların məhv olacağı, protonların çürüməsi və Günəşin qırmızı nəhəngə çevrildiyi zaman yerin yaşayıb-yaşamayacağı kimi hələ də həll olunmamış bir sıra alternativ hadisələr cədvəldə verilmişdir.
Uzaq Şərq bəbiri
Uzaq Şərq bəbiri (lat. Panthera pardus orientalis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin bəbir növünə aid heyvan yarımnövü.
Yaxın Dostlar (teleserial)
ABŞ və Kanada istehsalı olan serialdır. Serial xüsusilə çoxlu erotik səhnələrlə zəngindir və daha çox homoseksual həyatı əks etdirir. == Məzmun == İlk seria bir gey klubunda rastlaşan 4 dostla başlayır. Brayn 35 yaşlı bir gəncdir Castin isə 17 yaşlı yeniyetmə. Bir gün Castinlə sekslə məşğul olan Brayn üçün əvvəllər bu sadəcə həzz idi. Lakin zaman keçdikcə Castinə aşiq olan Brayn, hisslərinin ona qarşı güclü olduğunu görür.
Yaxın Şərq bəbiri
İran bəbiri (lat. Panthera pardus saxicolor) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin bəbir növünə aid heyvan yarımnövü. == Arealı == İran, Zaqafqaziya (Azərbaycan, Gürcüstan, Ermənistan), Türkiyə, Türkmənistan, Özbəkistan, Pakistan, Tacikistan və Əfqanıstan.
Çılğın izdihamdan uzaq
Çılğın İzdihamdan Uzaq (ing. Far From The Madding Crowd) ingilis yazıçı Tomas Hardinin 1874-cü ildə yayımlanmış dördüncü və ən məşhur romanlarındandır. Əsər ilk dəfə Chornhill Magazine adlı jurnalda, aylıq olaraq hissə-hissə yayımlanmış və böyük nailiyyət əldə etmişdir. Müəllif, 1895 və 1901-ci illərdə əsər üzərində əlavə və dəyişikliklər etmişdir. Hardi, romanın adını, ingilis şair Thomas Grayin şeirində keçən 'Far From the madding crowds ignoble strife' cümləsindən götürmüşdür. Müəllifinə böyük şöhrət qazandıran əsər 1915, 1967, 1998 və 2015-ci illərdə filmə də adaptasiya edilmişdir. == Məzmun == Romanın əsas qəhrəmanı Qabriel Oak adlı bir çoban və Bathsheba Everdene adlı bir qızdır. Onların ilk tanışıqlıqları Bathshebanın kasıb bir qız olaraq xalası xanım Hurstun evində qalmağa başladığı vaxta təsadüf edir. Qızı ilk gördüyü andan qəlbən və məntiqən ona yaxınlıq duymağa başlayan çoban Oak, bir gün onunla ailə qurmaq fikrində olduğunu açıqlayır, lakin Bathsheba tərəfindən təklifi rədd edilir. Ardından hadisələr kəskin şəkildə dəyişir.
Ölümə yaxın təcrübələr
Ölümə yaxın təcrübələr (ing. Near-death experience) - Tibbi baxımdan ürəyin dayanması və sonra təkrar işləməsi ilə müşahidə olunan təcrübələrə verilən ad. Ölümə yaxın təcrübələr, xüsusi ilə insanoğlunun ölümündən sonrakı həyata olan marağı səbəbindən tarixən maraq mövzusu olmuşdur.
Monqolların Yaxın Şərq yürüşü
Monqolların Yaxın Şərq yürüşü (1256-1260) - Hülaku xanın komandanlığı altında, ismailli-nizarilərə, Abbasilər xilafətinə, Şam Əyyubilərinə və Misir məmlüklərinə qarşı yürüş. Yürüşün Yaxın Şərq müsəlmanlarına qarşı olmasında Mərkəzi Asiya nestorian xristianlarının böyük rolu olduğundan bəzən(R.Qrusse, Q.V.Vernadski, L.N.Qumilyov) Sarı səlib yürüşü adlandırılır. == Yürüş hazırlığı == 1251-ci ildə Monqol İmperiyasının xaqanı elan edilən Möngkə, Sun İmperiyasına və Yaxın Şərq dövlətlərinə qarşı savaşı davam etdirmək qərarına gəldi. Qəzvin və İranın dağlıq rayonlarının əhalisinin, onlara zərər yetirən ismaillili-nizarilərdən şikayəti bəhanələrdən biri oldu. Fəzlullah Rəşidəddinə görə, "kafirlərin haqsızlıqlarından ədalət axtaran bir çoxlarının, buğa ilində Mönqkə xaqana şikayətlərinə cavab olaraq, o həmin kafirlərə qarşı öz kiçik qardaşı Hülakunu göndərdi". Azərbaycanda və İranın şimalında yerləşən monqol sərkərdəsi Baycu da ismaillilərdən və Abbasilərdən şikayət edirdi. Mönkge Hülakuya ismaillilərin dağ qəsrlərini dağıtmaq, lor və kürdlərin tabe edilməsini, və tabe olmasa, xəlifənin mülklərini də zəbt etməyi əmr etdi. == Qoşunların sayı == Şəmsəddin Cüveyni və onun ardınca Rəşidəddin xəbər verirlər ki, hər ulus Hülaku ordusuna hər on nəfər döyüşçüdən ikisini verməliydi. Lakin bu ancaq, "çox böyük qoşun" anlamında ifadə forması ola bilər, çünki həmin ifadəyə 1246-cı il üçün Cüveynidə, Güyükun İlcidayı ismaillilərə qarşı göndərməsi ilə bağlı, rast gəlmək olar. 15-ci əsr Şəcərət əl-Ətrak (Türklərin şəcərəsi) əsərinin anonim məllifi yazır ki, Mönkge Hülakuya xidmətə yararlı monqolların beşdən birini verdi, və bu 120 min təşkil etdi.
Uzaq sahillərdə (film, 1958)
Uzaq sahillərdə — rejissor Tofiq Tağızadənin İkinci Dünya müharibəsindən bəhs edən filmi. Dünyanın 100-dən çox ölkəsində nümayiş etdirilmişdir. == Məzmun == Kinolent Azərbaycan xalqının şanlı oğlu, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin İkinci dünya müharibəsi illərində İtaliya və Yuqoslaviyada faşist işğalçılarına qarşı apardığı mübarizəyə həsr edilmişdir. == Festivallar və mükafatlar == Film 1959-cu ildə Kiyevdə Ümumittifaq kinofestivalının diplomuma layiq görülmüş və bəstəkar Qara Qarayevə filmin musiqisinə görə II mükafat verilmişdir. Film həmçinin Daşkənd kinofestivalının qalibi (1959) olmuşdur. == Film haqqında == Film aktyor Nodar Şaşıqoğlunun kinoda ilk işidir. Film aktyor Hacımurad Yagizarovun kinoda ilk işidir. Film İmran Qasımov və Həsən Seyidbəylinin eyniadlı povesti əsasında ekranlaşdırılmışdır. Mehdi Hüseynzadə ilə eyni partizan dəstəsində vuruşan Cavad Həkimli də bu filmdə çəkilmişdir. Prokata çıxdığı zaman filmə 27,5 milyon tamaşaçı baxmışdı.
Uzaq İspaniya (Roma əyaləti)
Uzaq İspaniya (latın dilində:Hispania Ulterior) - qədim Roma respublikasının Pireney yarımadasında, müaasir İspaniyanın Əndəlus və Qvadalkvivar və Qalisiya ərazilərində və İspaniya ərazisində yerləşən əyaləti. == Haqqında == İkinci Pun müharibəsi ərəfəsində İspaniyada karfagenlilərin hakimiyyəti altında olan ərazilərin əsas hissəsi romalılar tərəfindən Uzaq İspaniya adlandırılmışdır. İkinci Pun müharibəsinin gedişində romalılar tərəfindən bu ərazilər işğal edilmişdi. Kantabriya müharibələri nətcəsində Pireney yarımadası romalılar tərəfindən tamamilə işğal edildikdən sonra Uzaq İspaniya Luzitaniya və Betika əyalətlərinə bölündü. Uzaq İspaniyanın müasir Qalisiya ərazisindəki əraziləri Tarrakon İspaniyası əyalətinin tərkibinə daxil edildi. Uzaq İspaniya əyaləti pretor tərəfindən idarə olunurdu. Poma imperatorları Trayan, Adrian, I Feodosi İspaniyada anadan olmuşlar.Qonarinin hakimiyyəti döbründə İspaniya vestqotlar tərəfindən işğal olundu. == Mənbə == == Литература == Tilmann Bechert u. a. (Hrsg.): Orbis Provinciarum.
Uzaq Şərq Federal Dairəsi
Uzaq Şərq federal dairəsi — Rusiya Federasiyası federal dairələrindən biri. Rusiya Federasiyasının ucqar şərq hissəsini tutur. Tərkibinə Saxa (Yakutiya) respublikası, Yəhudi muxtar vilayəti, Çukotka muxtar mahalı, Primorye və Xabarovsk diyarları, Amur, Kamçatka (Koryak muxtar mahalı ilə), Maqadan və Saxalin vilayətləri daxildir. Sahəsi 6215,9 min km.-dir. == Coğrafiyası == Uzaq Şərqin əsas təbii xüsusiyyətləri onun Asiya qitəsinin şərq qurtaracağında yerləşməsilə müəyyənləşir. Və buna birbaşa Sakit okeanın və onun dənizlərinin təsiri daha çox özünü büruzə verir. Uzaq Şərq sahillərini Çukot, Berinq dənizləri yuyur. Oxot və Yapon dənizləri, bəzi yerlərdə Sakit okean suları Uzaq Şərq sahillərinə təsir edir. Materik daxillərinə onların təsiri az olsa da, Uzaq Şərq böyük quru sahəsi cənub-qərb istiqamətindən şimal-şərq istiqamətə doğru 4500 km məsafədə uzanır. Materik zolağından başqa, Uzaq Şərqə Saxalin, Şantar adası (Oxot dənizi daxilində), Kuril adaları, ona qonşu olan Kamçatka yarımadası və Karagin və Kamçatka adaları daxildir.
Uzaq şərq mavi quşu
Uzaq Şərq Mavi quşu və ya Sialia sialis – açıq meşə, əkin və bağlarda aşkar olunan kiçik qaratoyuqa bənzər, şəhər ərafında məskunlaşan quş. Missuri və Nyu-York da bu quşlar şəhər simvolu olaraq qorunur.
Yaxın dayan (serial, 2021)
Stay Close (Yaxın dayan) — Yazıçı Harlan Kobenin 2012-ci ilde nəşr etdirdiyi eyni adlı romanı əsasında çəkilən və Red Product Company tərəfindənt Netflix üçün istehsal edilmiş Britaniya miniserialıdır. Səkkiz epizoddan ibarət serial 31 dekabr 2021-ci ildə yayımlanıb == Süjet xətti == Meqan Piers Livingston şəhərinin kənarında yaşayan və qaranlıq keçmişini gizlədən anadır. O, sevdiyi şəxs Deyv və üç uşağı ilə xoşbəxt həyatını yaşayır. Rey Levin bir vaxtlar istedadlı sənədli fotoqraf olub . Sevdiyi qadını itirməsi onu çox dəyişir. İndi o heç bir karyera yüksəlişi olmayan işlə məşğuldur: kirayəlik paparazzi, varlıların sosial şəbəkədə məşhur olan uşaqlarının şəkillərini çəkir. Maykl Brum on yeddi il əvvəl baş verən krıiminal hadisən barədə hələ də düşünən detektivdir. Yerli sakinlərdən biri Stüart Qrin 17 il əvvəl heç bir iz olmadan yoxa çıxıb. Qrinin həyat yoldaşı hələ də Stüartın qayıtmasını gözləyir. Stüartın yoxa çıxmasının ildönümündə başqa bir adam itkin düşür, Brum şübhələrindən qurtulmaq üçün bu işlə məşğul olmağı qərara alır.
Yaxın dostlar (teleserial, 2000)
ABŞ və Kanada istehsalı olan serialdır. Serial xüsusilə çoxlu erotik səhnələrlə zəngindir və daha çox homoseksual həyatı əks etdirir. == Məzmun == İlk seria bir gey klubunda rastlaşan 4 dostla başlayır. Brayn 35 yaşlı bir gəncdir Castin isə 17 yaşlı yeniyetmə. Bir gün Castinlə sekslə məşğul olan Brayn üçün əvvəllər bu sadəcə həzz idi. Lakin zaman keçdikcə Castinə aşiq olan Brayn, hisslərinin ona qarşı güclü olduğunu görür.
Yaxın İspaniya (Roma əyaləti)
Yaxın İspaniya (latın dilində:Hispania Citerior) - qədim Roma respublikasının Pireney yarımadasında, müasir İspaniyanın şimal-şərqində, Ebro (latın dilində:Iberus) çayının (sonralar bütün yarımada əarzisi bu çayın adı ilə İberiya adlandırılmışdır) sahilində yerləşən əyaləti. Əyalətin mərkəzi Tarrako şəhəri idi. == Haqqında == Kantabriya müharibələri nətcəsində Pireney yarımadası romalılar tərəfindən tamamilə işğal edildikdən sonra Yaxın İspaniya Uzaq İspaniya əyalətinin bir hissəsi olan Qalisiya (latın dilində: Gallaecia) ilə birləşdirildi. Bu hadisədən sonra yeni Tarrakon İspaniyası (latın dilində:Hispania Tarraconensis, ispan dilində: Tarraconense) adlanan yeni əyalət yarandı. == Mənbə == Géza Alföldy: Fasti Hispanienses. Senatorische Reichsbeamte und Offiziere in den spanischen Provinzen des römischen Reiches von Augustus bis Diokletian. Steiner, Wiesbaden 1969 (S. 3-130, 230—252 zu den Beamten der Hispania citerior) Tilmann Bechert: Die Provinzen des römischen Reiches. Einführung und Überblick.
Yaxın Şərq Tekniki Universiteti
Orta Şərq Texniki Universiteti ya da qısaca ODTÜ (türk. Orta Doğu Teknik Üniversitesi) - Birləşmiş Millətlər Təşkilatının yardımı ilə Türkiyənin baş naziri Adnan Menderes və Türkiyə Dövlət Avtomobil Yolları Baş direktoru Vəcdi Dikər, həmçinin İstanbul Texniki Universitetinin bir qrup professorları tərəfindən 15 noyabr 1956-cı ildə yaradılan dövlət universitetidir. 2014-cü ildə açıqlanan nəticələrə görə dünyanın ən yaxşı 85-ci universitetidir. == Tarix == Orta Şərq Texniki Universiteti Türkiyə və digər Orta Şərq ölkələrinin inkişaflarını dəstəkləmək, xüsusilə fən elmləri və sosial elmlər sahələrində mütəxəssis yetişdirmək üzrə 15 Noyabr 1956 tarixində "Orta Şərq Yüksək Texnologiya İnstitutu" (Orta Doğu Yüksek Teknoloji Enstitüsü) adıyla təhsil fəaliyyətinə başlamışdır. Universitet ilk açıldığı illərdə Kızılay Meydanında Emekli Sandığına aid kiçik bir bina ilə Türkiyə Böyük Millət Məclisi yaxınlarındakı olan baraklarda keçirdikdən sonra, 1963-cü ildə bu gün xidmət etdiyi müasir kampusa daşınmışdır. == Fakültələr və Kafedralar == ODTÜ Ankara Kampusunda başlıca 5 fakültə və bunlara bağlı 41 kafedra vardır: == Həmçinin bax == Türkiyə universitetlərinin siyahısı == Xarici keçidlər == Orta Doğu Teknik Universiteti ODTÜ Haber | ODTÜdən Xəbərlər...
Çox uzaq körpü (film)
Çox uzaq körpü (ing. A Bridge Too Far) — 1977-ci ildə İkinci Dünya müharibəsi zamanı Müttəfiqlərin uğursuz Hollandiya əməliyyatını təsvir edən ABŞ və Birləşmiş Krallıq epik müharibə filmi. Tarixçi Kornelius Rayanın eyniadlı qeyri-bədii kitabı əsasında çəkilən filmin rejissoru Riçard Attenboro və ssenaristi Vilyam Qoldmandır. Rollarda Dirk Boqard, Ceyms Kaan, Maykl Keyn, Şon Konneri, Edvard Foks, Elliott Quld, Cin Hekman, Entoni Hopkins, Hardi Krüger, Lourens Olivye, Rayan O'Nil, Robert Redford, Maksimilian Şell və Liv Ulmann. Prodüserliyi Riçard və Cozef Levin tərəfindən müstəqil olaraq edilən film "Ən uzun gün"dən (1962) sonra Rayanın kitabı əsasında ekrana uyğunlaşdırılan ikinci film idi. Bu, "Bu, onların şöhrətidir" (1946) filmindən sonra İkinci Dünya müharibəsində uğursuzluğa düçar olmuş Hollandiya əməliyyatının hadisələri əsasında çəkilən ikinci film idi. Film Niderlandda çəkilmişdir. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Goldman, William, William Goldman's Story of a Bridge Too Far, Coronet Books, 1977, ISBN 978-0-340-22340-6 [NB: Book has no page numbers] == Əlavə ədəbiyyat == == Xarici keçidlər == Çox uzaq körpü — IMDb səhifəsi Çox uzaq körpü Box Office Mojo-da Çox uzaq körpü AllMovie saytında Çox uzaq körpü TCM Movie Database saytında Çox uzaq körpü Amerika Film İnstitut kataloqunda "A Bridge Too Far". at British Cinema Greats. 2008-03-29 tarixində arxivləşdirilib.
Uzaq Şərq federal dairəsi
Uzaq Şərq federal dairəsi — Rusiya Federasiyası federal dairələrindən biri. Rusiya Federasiyasının ucqar şərq hissəsini tutur. Tərkibinə Saxa (Yakutiya) respublikası, Yəhudi muxtar vilayəti, Çukotka muxtar mahalı, Primorye və Xabarovsk diyarları, Amur, Kamçatka (Koryak muxtar mahalı ilə), Maqadan və Saxalin vilayətləri daxildir. Sahəsi 6215,9 min km.-dir. == Coğrafiyası == Uzaq Şərqin əsas təbii xüsusiyyətləri onun Asiya qitəsinin şərq qurtaracağında yerləşməsilə müəyyənləşir. Və buna birbaşa Sakit okeanın və onun dənizlərinin təsiri daha çox özünü büruzə verir. Uzaq Şərq sahillərini Çukot, Berinq dənizləri yuyur. Oxot və Yapon dənizləri, bəzi yerlərdə Sakit okean suları Uzaq Şərq sahillərinə təsir edir. Materik daxillərinə onların təsiri az olsa da, Uzaq Şərq böyük quru sahəsi cənub-qərb istiqamətindən şimal-şərq istiqamətə doğru 4500 km məsafədə uzanır. Materik zolağından başqa, Uzaq Şərqə Saxalin, Şantar adası (Oxot dənizi daxilində), Kuril adaları, ona qonşu olan Kamçatka yarımadası və Karagin və Kamçatka adaları daxildir.
Uzaq yaşıl ada (film, 2004)

Значение слова в других словарях