YEDDİİLLİK

1. семилетка; 2. семилетний;
YEDDİGÜNLÜK
YEDDİKİLOQRAMLIQ
OBASTAN VİKİ
Yeddiillik müharibə
Yeddiillik müharibə (1756–1763) — Böyük Britaniyanın və Fransanın Şimali Amerika və Ost-Hindistanda müstəmləkəçilik rəqabəti, və Prussiyanın aqressiv xarici siyasətinin Rusiya və Avstriyanın xarici maraqları ilə toqquşmasından yaranan müharibə. Böyük Britaniya — Fransanın müstəmləkələrini zəbt etmək və dənizdə mütləq ağalığa nail olmağa, Prusiya — Saksoniyanı özünə qatmaq və Polşanı vassal etməyə, Avstriya — Mərkəzi Avropada onun rəqibi olan Prussiyanı zəiflətmək və 1740-cı ildə işğal olunan Sileziyanı qaytarmağı çalışırdılar. Fransa ingilis kralının Avropadakı irsi mülkü olan Hannoveri tutmaq, Amerika və Ost-Hindistandakı müstəmləkələrini qorumaq və Prussiyanın güclənməsinin qarşısını almaq istəyirdi; İsveç — prus Pomeraniyasını işğal etmək; Rusiya — Prussiyanın təzyiqini azaltmaq və Qərbdə ərazilərini artırmaq istəyirdilər. Maraqların və ziddiyətlərin qəliz düyünü iki qarşıduran koalisiyanın yaranmasına gətirdi: Hannover, Hessen-Kassel, Braunşveyq və bir neçə başqa alman kyazlıqlarının da qoşulduğu ingilis-prus, və İsveçin, Saksoniyanın, və Müqəddəs Roma imperiyasına daxil olan əksər alman knyazlıqlarının qoşulduğu fransız-avstriyalı-rus ittifaqı. Müharibə Prussiyanın Saksoniyaya hucumu ilə başladı. Bu Fransa və İsveçin zamin olduqları Vestfaliya sülhünü pozdu. II Fridrixin 95 minlik prus ordusu 17 avqust 1756-cı ildə qəflətən Saksoniyaya soxulub, 18 minlik Saksoniya ordusunu mühasirəyə salır və oktyabrın 4-də onu təslim olmağa məcbur edir. Fransız- Avstriya-rus koalisiyasının ordularının (300 min adam) hazır olmaması və planlarının koordinasiya olmamasından (Fransa yazda, Rusiya isə yayda döyüş əməliyatlarına başladı) yararlanan II Fridrix, 1757-ci il kampaniyasında öncə Avstriya üzərinə yeridi. 192 minlik prus ordusu dörd istiqamətdən Praqa üzərinə təmərküzlü hucuma başladı. Aprelin 25-də prus ordusu feldmarşal M. Braunun 60 minlik avstriyalı ordusunu məğlub edərək, onu Praqada qapatdı, lakin feldmarşal L. Daunun komandanlığı ilə köməyə yetişən 50 minlik avstriyalı ordusu iyunun 7-də prusları Koline yaxınlığında məğlub edərək, onları Çexiyadan çəkilməyə məcbur etdi.
Yeddiillik müharibədə Şimali Amerika cəbhəsi
Fransız-hindu müharibəsi — 1754-1763 illəri arasında Şimali Amerikada İngiltərə ilə Fransa arasında müharibə idi. Müharibə yeddiillik müharibənin Şimali Amerika hissəsini əhatə edirdi. Müharibə Britaniya Amerikası müstəmləkələri ilə Yeni Fransa müstəmləkələrinin qarşı-qarşıya gəlməsi ilə başladı. Hər iki tərəfdə - Böyük Britaniya və Fransa qüvvələri və Amerikan Hindi müttəfiqlərinin hərbi qüvvələri tərəfindən dəstəkləndi. Müharibənin əvvəlində Fransanın Şimali Amerika koloniyalarında təxminən 60.000 mühacir və ingilislərin Şimali Amerika koloniyalarında 2 milyon mühacir var idi. Sayları az olan fransızlar xüsusilə hindilərə bağlı idi. 1756-cı ildə Avropa ölkələri bir-birlərinə müharibə elan etdilər, aylarla davam edən yerli qarşıdurmalardan sonra müharibəni qitələrarası münaqişə ilə regional bir məsələyə çevirdilər.

Digər lüğətlərdə