YEDDİİLLİK

1. семилетка; 2. семилетний;
YEDDİGÜNLÜK
YEDDİKİLOQRAMLIQ
OBASTAN VİKİ
Yeddiillik müharibə
Yeddiillik müharibə (1756–1763) — Böyük Britaniyanın və Fransanın Şimali Amerika və Ost-Hindistanda müstəmləkəçilik rəqabəti, və Prussiyanın aqressiv xarici siyasətinin Rusiya və Avstriyanın xarici maraqları ilə toqquşmasından yaranan müharibə. == Yeddillik müharibənin səbəbləri == Böyük Britaniya — Fransanın müstəmləkələrini zəbt etmək və dənizdə mütləq ağalığa nail olmağa, Prusiya — Saksoniyanı özünə qatmaq və Polşanı vassal etməyə, Avstriya — Mərkəzi Avropada onun rəqibi olan Prussiyanı zəiflətmək və 1740-cı ildə işğal olunan Sileziyanı qaytarmağı çalışırdılar. Fransa ingilis kralının Avropadakı irsi mülkü olan Hannoveri tutmaq, Amerika və Ost-Hindistandakı müstəmləkələrini qorumaq və Prussiyanın güclənməsinin qarşısını almaq istəyirdi; İsveç — prus Pomeraniyasını işğal etmək; Rusiya — Prussiyanın təzyiqini azaltmaq və Qərbdə ərazilərini artırmaq istəyirdilər. Maraqların və ziddiyətlərin qəliz düyünü iki qarşıduran koalisiyanın yaranmasına gətirdi: Hannover, Hessen-Kassel, Braunşveyq və bir neçə başqa alman kyazlıqlarının da qoşulduğu ingilis-prus, və İsveçin, Saksoniyanın, və Müqəddəs Roma imperiyasına daxil olan əksər alman knyazlıqlarının qoşulduğu fransız-avstriyalı-rus ittifaqı. == 1756–1757-ci illər kampaniyası == Müharibə Prussiyanın Saksoniyaya hucumu ilə başladı. Bu Fransa və İsveçin zamin olduqları Vestfaliya sülhünü pozdu. II Fridrixin 95 minlik prus ordusu 17 avqust 1756-cı ildə qəflətən Saksoniyaya soxulub, 18 minlik Saksoniya ordusunu mühasirəyə salır və oktyabrın 4-də onu təslim olmağa məcbur edir. Fransız- Avstriya-rus koalisiyasının ordularının (300 min adam) hazır olmaması və planlarının koordinasiya olmamasından (Fransa yazda, Rusiya isə yayda döyüş əməliyatlarına başladı) yararlanan II Fridrix, 1757-ci il kampaniyasında öncə Avstriya üzərinə yeridi. 192 minlik prus ordusu dörd istiqamətdən Praqa üzərinə təmərküzlü hucuma başladı. Aprelin 25-də prus ordusu feldmarşal M.Braunun 60 minlik avstriyalı ordusunu məğlub edərək, onu Praqada qapatdı, lakin feldmarşal L.Daunun komandanlığı ilə köməyə yetişən 50 minlik avstriyalı ordusu iyunun 7-də prusları Koline yaxınlığında məğlub edərək, onları Çexiyadan çəkilməyə məcbur etdi.

Digər lüğətlərdə

батра́ческий воспроизвести́ вы́прячь зонтикови́дный кальцини́рование карати́стский на слу́х напе́рник па́девый перш просортирова́ть растопи́ться растра́чивание втя́гивать заболта́ться информбюро́ неэкологи́чно пронести́ кусок мимо рта стя́гивание синус basso decommissioning ringtail toffy эстакада