II Yekaterina
II Yekaterina, Böyük Yekaterina (rus. Екатерина Великая; 2 may 1729[…], Şetsin – 6 (17) noyabr 1796, Sankt-Peterburq[…]) 9 iyul 1762-ci ildən Rusiya imperiyasının uzurpator imperatriçəsi, Şlezviq-Holştayn-Qottorf hersoginası. 1793-cü ildən Yever hakimi. "Böyük" adını tarixə yazdırmış ilk qadın imperatriça.
== Həyatı ==
II Yekaterina Şetsində, 1729-cu ildə Anhalt-Çerbst şahzadə Sofiya Avqust Friderik kimi, Ştettində doğulmuşdur. O, Prusiya imperiyasına aid Anhalt-Çerbstin knyazı Xristiyan Avqustun qızıdır.
Hersoq Xristiyan Avqust von Anhalt-Çerbest bir oqədər də zəngin olmadığından, Yekaterina evdə təhsil almışdır. O, ingilis, fransız və italyan dillərinə, rəqs, musiqi, tarix, coğrafiya, ilahiyyat üzrə biliklərə yiyələnir. Yekaterina uşaqlıqda şıltaq, ərköyün, həyasızcasına hər şeylə maraqlanan, nadinc, oğlanlar qarşısında özünü öyən qız olmuşdur. Anası onu uşaqlıqda Fiqxen (alm.