YELLİ
YELLİ
OBASTAN VİKİ
Emil Yellineki
Emil Yellinek, 1903-cü ildən sonra Emil Yellinek-Mersedes (6 aprel 1853, Leypsiq, Saksoniya – 21 yanvar 1918, Cenevrə) — 1900-cü ildə Daimler Motoren Gesellschaft (DMG) şirkəti ilə ilk müasir avtomobil -Mercedes 35 hp-in istismara verilməsindən məsul olan məşhur avropalı sahibkar. Yellinek 1902-ci ildə öz qızı Mersedes Yellinekin şərəfinə Mersedes maşın markasını yaratdı.Marka sonradan Mersedes-Benz kimi inkişaf elədi və daha sonra dünyanın ən böyük maşın brendinə çevrildi.Yellineki Avstriyanın Vyana şəhərində yaşamışdır, sonradan Lacivərd sahildə yerləşən özünün də Avstriya-Macarıstanın General konsulu kimi işlədiyi Nitsa şəhərinə köçmüşdür.
Mersedes Yellinek
Adriana Manuela Ramona Yellinek (alm. Adriana Manuela Ramona Jellinek‎; ləqəbi Mersédes (isp. Mercédes) olub; 16 sentyabr 1889, Vyana – 23 fevral 1929, Vyana) — Avstriyalı iş adamı Emil Yellinekin qızı, "Mersedes" avtomobil markası onun şərəfinə adlandırılıb. Ailəsinin üçüncü uşağı idi. Anası Raxel Qoqqman Senrobert (Rachel Goggmann Cenrobert, 1854–1893) əlcəzairli Səfərad yəhudilərindən idi. Onun babası Adolf Yellinek Vyana şəhərinin baş ravvini olmuşdur. Onu evdə "Mersedes" (Ladino dilində "şəfqət", "məlahət" deməkdir) çağırırdılar. Avstriyalı bankir və Qotlib Daymlerin avtomobil firmasının təsisçisi olan atası müəssisədə buraxılan avtomobil markasını qızının şərəfinə adlandırmışdır. "Mersedes" "Daymler"in əvvəlki modellərinin elementləri əsasında hazırlanmışdır, onun texniki yenilikləri ştamplanmış rama və giriş klapanlarının mexaniki ötürücüsü idi, amma sonradan şirkət onlardan imtina etməli oldular. Maşının idarə edilməsi qeyri-adi dərəcədə asan və ən əsası istismarda etibarlı idi.
Yellibulaq (Qoşaçay)
Yellibulaq (fars. يلي بلاغ‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 19 nəfər yaşayır (4 ailə).
Yellicə
Yellicə (Kəlbəcər) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. Yellicə (Vedi) — Vedi rayonunda kənd. Yellicə (Ərdəbil) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd.
Yellicə (Kəlbəcər)
Yellicə — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Yellicə kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Kəlbəcər rayonunun Yellicə kəndi Keşdək kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Yellicə kənd Soveti yaradılmışdır. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının imzaladığı üçtərəfli bəyənatdan sonra kənd 25 noyabr 2020-ci ildə boşaldıldı. Yaşayış məntəqəsini XIX əsrdə qonşu Keşdək kəndindən köçmüş ailələr Yellicə adlı binə yerində saldığı üçün belə adlanmışdır. Oykonim "yelli, küləkli yer" mənasındadır. Kənd dağətəyi ərazidə yerləşir.
Yellicə (Ərdəbil)
Yellicə (fars. يلوجه‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 252 nəfər yaşayır (55 ailə).

Значение слова в других словарях