YERSİZ

sif.
1. Yeri, məkanı olmayan, yeriyurdu olmayan. Yersiz adam.
// İs. mənasında.
Yersiz gəldi, yerli qaç. (Məsəl).

2. Torpaqsız. Yersiz kəndlilər.
3. Yerində, məqamında olmayan; uyğunsuz, namünasib, münasibətsiz. Yersiz söz. Yersiz söhbətlər. Yersiz danlaq.
[Şərifzadə] Mehribanı boşadığı üçün olduqca darılmış, [Zeynalın] belə yersiz hərəkətindən dolayı acıqlanmışdı. S.Hüseyn.

// Zərf mənasında. Yersiz danlamaq.
– Ev sahibinin qəribə bir ilhamla dediyi sözlər də mənə yersiz görünürdü. M.Hüseyn.
Kazım müdirin hirslənməsini yersiz görüb təəssüfləndisə də, çıxıb getdi və güman etdi ki, məsələ bununla qurtardı. Mir Cəlal.

4. Təsirsiz.
Müxbirin təklifi yersiz qalmadı. Mir Cəlal.

5. Nahaq, əbəs, əsassız. Yersiz nigarançılıq. Yersiz ehtiyat. Yersiz (z.) narahat olmaq.
[Rüstəm:] Xeyr, şahım, aldırma! Yersizdir bu iztirab; Rüstəm dursun, onlara; Səyavuş verir cavab. H.Cavid.
[Soltan:] Sənin atan da, əmilərin də yersiz inadkarlıqdan həmişə zərər çəkiblər. İ.Hüseynov.

6. Vəzifəsi, yeri olmayan; vəzifəsiz, işsiz. Yersiz (z.) qalmaq.

Синонимы

  • YERSİZ 1. YERSİZ, EVSİZ-EŞİKSİZ (yeri, məkanı olmayım), MƏSKƏNSİZ, YERSİZYURDSUZ 2. yersiz bax 1. əbəs; 2. mənasız I
  • YERSİZ torpaqsız
  • YERSİZ nahaq — əbəs — əsassız
  • YERSİZ vəzifəsiz — işsiz
  • YERSİZ təsirsiz
  • YERSİZ uyğunsuz — namünasib

Антонимы

  • YERSİZ YERSİZ – MÜNASİB Ramizin yersiz sözü müəllimi lap haldan çıxardı (M.İbrahimov); Neyləyim, münasib bildiyim budur; Yazmasam da özün hiss edəcəksən
YERSARMAŞIĞI
YERSİZ-YERSİZ

Значение слова в других словарях

ге́тманство наседа́ние неизобрази́мый педанти́чно полускрыва́ть сла́достный завяда́ть изю́м коротковолнови́к разве́дывание юстирование зебра отвага чуждый assaultive awake Belgian consistently R factor Rochelle salt saliency think-tanker аэрозоль бант смещаться