YEVROPİUM

сущ. хим. европий (химический элемент)
YETMİŞYAŞLI
YEY
OBASTAN VİKİ
Yevropium
Evropium (Eu) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 63-cü element. İlk dəfə Kruks, sonralar isə Lekok de Buabodran(1892) evropiuma aid olan spektral xəttləri müşahidə etmişdilər. 1896-cı ildə samariumun torpağında Demarse elementin spektrini aşkar etdi. 1901-ci ildə isə ayrılmağına nəsib olaraq təsvir etdi və onu Avropanın şərəfinə evropium adlandırdı. Adı, simvolu, nömrəsi Evropium, Eu, 63 Atom kütləsi (molyar kütləsi) 151,964 a.k.v.(q/mol) Elektron konfiqurasiyası 4ƒ76s2 Atom radiusu 199 pm Digər lantanoidlər kimi, Eu təmiz halda yumşaq, gümüşü-ağ metaldır. Dövrü sistemdə qonşuları olan qadolinium və samariumla müqayisədə evropiumum çox aşağı sıxlığa(5,243q/sm3) əritmə temperaturuna (8260C) və qaynama tempera - turuna (14400C) malikdir. Evropiumun f-elektron rabitəsi tam yarısı dolduğu üçün metal rabitənin əmələ gəlməsində nüvə tərəfindən cazibəsi zəif olan 2 elektron iştirak edir ki, bu da atom radiusunun artmasına səbəb olur.Analoji hadisələr itterbium atomunda da müşahidə olunur. Normal şəraitdə qəfəsinin sabiti 4,581Å olan Eu kub həcm-mərkəzli qəfəs əmələ gətirir.Yüksək təzyiqdə kristallaşanda Eu kristalik qəfəsin yeni iki modifikasiyasını əmələ gətirir. Qeyd etmək lazımdır ki, modifikasiyaların ardıcıllığı təzyiq artdıqca digər lantanoidlərin ardıcıllıqlarından fərqlənir.Birinci faza keçidi 12,5GPa-dan çox olan təzyiqdə baş verir və evropium parametrləri a=2,41Å və c=5,45Å olan heksaqonal kristallik qəfəs əmələ gətirir. Təzyiq 18GPa olanda Eu daha sıx yerləşmiş analoji heksaqanal kristallik qəfəs əmələ gətirir.