YEVXARİSTİYA

priçastiye (7 xristian ayinlərindən biri).
YEVANGELİST
YEZUİT
OBASTAN VİKİ
Yevxaristiya
Yevxaristiya (yunan dilindən şükür) - həmçinin Rəbbin Süfrəsi kimi bilinən bu ayin xristianlıqda ən mühüm müqəddəs mərasimlərdən biridir. Katolik, pravoslav və anqlikan kilsələrində İsa Məsihin inananlarla birlikdə olmağını və inananların Onun qurbanında iştirakını ifadə edir. Təqdis edilmiş çörək və şərab bu ayində İsanın bədəni və qanının rəmzləri olaraq inananlara paylanır. Əhdi-Cədidə görə həmin ayin sonuncu şam yeməyində təsis edilmişdir. Foma Akvinalı və xüsusilə katolik kilsəsinə mənsub olan digər ilahiyyatçılara görə, yevxarastiyada möcüzəvi bir surətdə çörək İsanın bədəninə, şərab isə qanına çevrilir, lakin bu fikir xristianların əksəriyyəti tərəfindən qəbul olunmur. Həvari Pavel Korinflilərə 1-ci Məktubda (11:23-25) yazdığı kimi, İsa ələ verildiyi gecə çörək götürdü və şükür edib, onu parçaladı və dedi: "Alın, yeyin. Bu, Mənim sizin üçün qırılan bədənimdir; bunu Məni anmaq üçün edin". Eləcə də, axşam yeməyindən sonra kasanı götürüb dedi: "Bu kasa Mənim qanımla gerçəklənən Əhdi-Cədiddir; bunu, içdiyiniz hər zaman, Məni anmaq üçün edin".
Yevxaristiya sirri tabernaklı
Yevxaristiya sirri tabernaklı (it. Tabernacolo del Sacramento eucaristico) — Florensiya sənətkarı Donatello tərəfindən mərmər üzərində yonma üsulu ilə, 1432-1433-cü illər Roma səfəri zamanı hazırlanmış tabernakldır. 228 sm hündürlüyə və 125,4 m enə malik olan əsər hazırda Müqəddəs Pyotr bazilikasının xəzinə muzeyində saxlanılır. Əsərin hazırlanmasında, ehtimal ki, o zaman Donatellonun emalatxanasında çalışmış Mikeloçço di Bartolomeo da iştirak etmişdir. Böyük mərmər parçasından hazırlanmış sənət əsərinin bugünkü funksiyası onun ilkin funksiyasından fərqlənir. İlkin olaraq o, içərisində hostiya (müqəddəs çörək) saxlanan kivorinin yerləşdirilməsi üçün baldaxin kimi istifadə edilmişdir. Bu gün isə onun içində XIV əsrə aid olan, möcüzəvi gücü olması inancı ilə əlaqədar həm də "Hərarət Madonnası" kimi tanınan "Madonna və körpə" ikonası yerləşdirilmişdir. Əsəri, Venesiyalı Roma papası IV Yevgeni Apostol sarayında yerləşən və sonradan Fra Ancelikanın freskoları ilə bəzədilmiş kiçik kapella üçün sifariş etmişdi. 1538-ci ildə ətraf mühitin yenidən modifikasiya edilməsi, tabernaklın Antonio da Sanqalla (kiçik) tərəfindən altarı dizayn edilmiş və daha sonra Perino del Vaqa tərəfindən freskalarla bəzədilmiş (1542) bazilikaya verilməsinə səbəb oldu. XVII əsrə kimi əldən-ələ keçmiş əsər, Vazari tərəfindən qeyd edilməsinə baxmayaraq, demək olar ki, Donatellonun əsərləri sırasına daxil edilmirdi.