Qaqauz dilində arğın sözü “zəif” mənasında işlədilir. Arqımaa feili isə arıqlamaq kimi açıqlanıb. Deməli, arıq və arğın sözləri eyni kökdən əmələ gəlib. Bizdə aşıq adlanan sümük (aşıq-aşıq oyunun yada salın) qaqauzlarda arşıq kimi işlədilir. Görünür, o da arğın kəlməsi ilə eyni kökə malikdir, “arıq (ətsiz)” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)