yosunlu nohur

ру водорослевый пруд en algal pool de Algenteich fr étang de culture d'algue es estanque de algacultura it stagno d'algacultura
yol işarəsinə əsasən nəzarət
yuxarı tərəf
OBASTAN VİKİ
Nohur
Nohur (rus. пруд, ing. pond, pool) — sahəsi 1 km²-dən böyük olmayan süni su hövzəsi, kiçik çay dərələrində, qobularda, yarğanlarda qazma və bənd tikmə yolu ilə yaradılır. Səth və ya yeraltı sularla dolur. Nohur su təchizatı, suvarma, balıqyetişdirmə və su quşlarının çoxaldılması üçün, eləcə də sanitar və idman məqsədilə yaradılmış süni su hövzəsidir.
Nohur (Bostanabad)
Nohur (fars. نهر‎‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 159 nəfər yaşayır (45 ailə).
Nohur (dəqiqləşdirmə)
Nohur
Nohur bulağı
Nohur bulağı — Azərbaycanın Qazax rayonunun Ağköynək kəndində bulaq. Qonaqlar üçün bura görməli yerlər marşrutunda olur.
Nohur gölü
Nohur gölü və ya Nohurqışlaq su anbarı — Qəbələ şəhərindən 3 km şərqdə, Nohurqışlaq kəndindən 1 km şimalda, Güllüburun, Göydağ və Yumuru dağların arasındakı təbii çuxurda, dəniz səviyyəsindən 700 m hündürlükdə yerləşir. 1949-cu ilə kimi təbii göl kimi mövcud olan Nohur gölünün ətrafı sıx qamışlıq və su bitkiləri ilə örtülü bataqlıq, mərkəzi hissəsindəki dərin çuxurluqda isə sarı-yaşıl rəngdə suyu olan göl yerləşirdi. 1949-cu ildə bu gölün cənub hissəsində — Güllü burun dağı ilə Yumuru dağ arasında uzunluğu 850 m, hündürlüyü 8–10 m, eni 4–6 m olan torpaq bənd çəkilərək su anbarı yaradılmışdır. Su anbarının hazırda uzunluğu 1925 m eni 1355 metr, sahəsi 240 hektardır. Maksimum dərinliyi 24 m-ə, suyunun həcmi isə 16 milyon m³-ə çatır. Nohurqışlaq su anbarına Dəmiraparan (70%) və Vəndam (30%) çaylarının suyu axıdılır. Nohurqşılaq su anbarı qeyd olunan çayların suyunu tənzimləməklə yanaşı Qəbələ, Ağdaş, Göyçay və Ucar rayonlarının təsərrüfatlarının suya olan təlabatını ödəmək məqsədi daşımasına görə mühüm əhəmiyyət kəsb edir. Digər tərəfədən əhalinin sıx məsgunlaşıdığı bölgə, Qəbələ İsmayıllı – Bakı avtomabil yolunun kənarında yerləşən bu sututar yerli əhalinin, turist və qonaqların ən çox maraq göstərdikləri istirahət zonalarından biridir. Nohurqışlaq su anbarından göl balıqçılarının (akvakultura) və idmanın (avarçəkmə) inkişaf etdirməsi baxımından da əhəmiyyəti böyükdür. Hazırda su anbarının şimal, cənubi qərb və şərq sahillərində istirahət zonaları fəaliyyət göstərir.