Sərbəst eniş (film, 2013)
Sərbəst eniş (alm. Freier Fall) — rejissor Ştefan Lakantın 2013-cü ildə, dram janrında çəkilmiş filmi. Baş rolda Hanno Koffler, Maks Rimelt və Katarina Şüttler oynamışdırlar. Filmin təqdimatı ilk dəfə Almaniyada 23 may 2013-cü ildə baş tutmuşdu.
Sərbəst eniş rejissor və ssenari müəllifi Ştefan Lakantın ilk genişmetrajlı filmidir və 2013-cü ilin payız aylarında SWR-də nümayiş olunmuşdur. Ümumilikdə, film Baden-Vürtembergin Filmproduktionsfirma və Südwestrundfunk tərəfindən yarıyacan maliyyələşdirilmişdi. Buna görə də, filmin çəkilişlərinin hansı Bundeslandda cərəyan edəcəyi artıq məlum idi. Film Lüdviqsburqun ətrafında, 2012-ci ilin yay aylarında çəkilmişdir və 2013-cü ilin fevral ayında, Berlinale Film festivalının "Perspektiv Alman Kinosu" bölməsində açılışı təşkil edilmişdi.
Ümumilikdə, "Sərbəst eniş" filminə kinotənqidçilər müsbət rəy vermişlər. 2013-cü ildə Rotten Tomatoes saytı tərəfindən 87% Təsdiq edilmiş freş səs qazanmışdı.