YUN
YUNANCA
OBASTAN VİKİ
Frigiya-yunan fərziyyəsi
Frigiya-yunan fərziyyəsi — Hind-Avropa dil qrupunun fərziyyəvi qolu. Bu qrup qədim yunan (müxtəlif dialektləri ilə birlikdə) və Frigiya dillərini birləşdirir. Yunan dili erməni (erməni-yunan; ari-yunan), qədim makedon və messap dilləriylə də uyğunlaşdırılmışdır. Ermənicə istisna olmaqla, bu dillər bəzən "yunan" qrupu altında sinifləşdirilir. Çexiya dilşünası Vatslav Blajek bu iki dilin qədimliyi və həmin dillərdə yazılmış mətnlərin az olmasından onların sinifləşdirilməsinin doğru olmadığını deyir. Klod Briks qədim yunan və frig dillərində digər dillərdə olmayan bənzərliklərin olduğunu deyir. == Biblioqrafiya == Blajek, Vatslav. "On the internal classification of Indo-European languages: survey" (PDF). Linguistica Online. noyabr 2005.
Qədim yunan dili
Qədim yunan dili (ἡ Ἑλληνικὴ γλῶσσα) — hind-avropa dil ailəsinə aid olan dil, yunan dilinin ilk variantı. Bizim eradan əvvəl ikinci minilliyin sonundan bizim eranın V əsrinə qədər yunan dili arealında yayılmışdı. Dilin inkişafının aşağıdakı dövrlərini ayırırlar: proyunan (e.ə.XX əsr - e.ə.XVII əsr), miken (e.ə.XVI əsr- e.ə.XII əsr), postmiken (e.ə.XI əsr - e.ə.IX əsr, arxaik (e.ə. VIII əsr - e.ə.VI əsr), klassik (e.ə.V əsr - e.ə.IV əsr), ellinist (e.ə. III əsr - e.ə.IV əsr); dilin inkişafının hər mərhələsində əhəmiyyətli dialektləri mövcud idi. Qədim yunan dilində Homerin məşhur «İliada» və «Odissey»i, həmin dövrün filosoflarının və yazıçılarının digər əsərləri yazılıb. O dildə Makedoniyalı İskəndərin imperiyasında danışırdılar, o Roma imperiyasının ikinci rəsmi dili idi, Orta əsrlərdə Bizantiyanın ədəbi dilinə çevrildi. Müasir yunan dili bu dildən törəmişdir. == Əlifbası == Αα — Alfa, Ββ — Beta, Γγ — Qamma, Δδ — Delta, Εε — Epsilon, Ζζ — Dzeta, Ηη — Eta, Θθ — Teta, Ιι — Yota, Κκ — kappa, Λλ — lyambda, Μμ — Myu, Νν — Nyu, Ξξ — Ksi, Οο — Omikron, Ππ — Pi, Ρρ — Ro, Σσς — Siqma, Ττ — Tau, Υυ — İpsilon, Φφ — Fi, Χχ — Xi, Ψψ — Psi, Ωω — Omeqa. == Ədəbiyyat == Лингвистический энциклопедический словарь, М., 1990.
Qədim yunan fəlsəfəsi
Yunanlar fəlsəfədə kainatın təbiəti haqqında hər bir ağlabatan sualı cavablandırmağa, həqiqət problemini və həyatın məqsədi və mənasını tapmağa çalışmışdılar. Fəlsəfədə bu günə qədər ən çox müzakirə edilən mövzu yunanların qərarlarının həqiqiliyi barədə olmuşdur. Bu fakt onların nailiyyətlərinin böyüklüyünü təsdiq edir. Antik fəlsəfə fəlsəfənin ayrıca bir fənn kimi meydana gəlməsini ifadə edir. "Antik fəlsəfə" anlayışı altında Qədim Yunanıstanda və Qədim Romada yaranan fəlsəfə nəzərdə tutulur. Yunan fəlsəfəsi yunan mifologiyasının təsiri altında formalaşmışdır. Yunan mifologiyası isə, öz növbəsində, Homerin "İliada" və "Odisseya", Hesiodun (e.ə. VIII–VII əsrlər) epik əsərlərində öz əksini tapmışdır. Qədim Yunan fəlsəfəsi bizim eradan əvvəl VI əsrin birinci yarısında Elladanın Kiçik Asiya hissəsində, İoniyada – Milet şəhərində yaranmışdır. Bu səbəbdən ilk yunan fəlsəfi məktəbi Milet məktəbi adlanır.
Yunan
Yunanlar (yun. Έλληνες — ellines) — Cənub-Şərqi Avropada etnos. Ümumi sayı 14–19 milyon nəfərdir. Əsasən Yunanıstanda və Kiprdə yaşayırlar. Əksəriyyət yunan dilini ana dili sayır. Aralıq dəniz yanı ölkələrdə, həmçinin Amerika Birləşmiş Ştatlarında, Almaniyada, Kanadada və Avstraliyada böyük yunan icmaları mövcuddur. Yunanların əksəriyəti məşriqi məsihiliyə etiqad edir, lakin aralarında müsəlmanlar və aləmi məsihilər də var. == Yazıları == Yunanlılar Finikiya əlifbasını qəbul etməzdən əvvəl Girit və Kipr kimi iki növ yazı mövcud idi. Bununla birlikdə, hər iki növ də zamanla dəyişdirildi, qəbul edildi və dəyişdirildi (samitləri ifadə edən bir sıra hərflərin fonetik mənası səsli səslərə dəyişdirildi) Finikiya yazısı ilə. Vahid Yunan əlifbası olduqca gec ortaya çıxdı — uzun müddət bir neçə əlifba var idi — İon (İonya), Afina (Attica), Argos (Argolis), Korint.
Rəsul Yunan
Rəsul Yunan Şair, yazıçı, tərcüməçi. Yunan 1969 ilində Urmu gölünə yaxın bir kənddə doğuldu. Rəsul Yunan əsərlərini Azərbaycan və Fars dillərində yazır. Rəsul yunan farsca dilində minimal yazıları üçün tanınmışdır. Yunanənən şe'rlərindən Tehranda Ərməni dilinə tərcümə olubdur. İndilikdə Rəsul Yunan Tehranda yaşayır. == Əsərləri == Camaka(جاماکا) (Azərbaycanca) Taksi (تاکسی)(Azərbaycanca) Sənin xoş iyin(بوی خوش تو)(Azərbaycan Respublikasının müasir şeiri-Fars dilinə tərcümə) Duel(oyun)(Azərbaycanca) == Yaradıcılığı == Sənə düşünmək Sənə düşünmək Həyata düşünməkdir Torpaq altında Dar-düdük bir qəbirdə Günəşə düşünməkdir Qarlı gecəde. Qıfıllanmamış qapılara Qaçmağa düşünməkdir həbsxanada Sənə düşünmək dəyərlidir Ən azı Adamın qəlbindən Bir bulaq coşar Bir at gələr orada su içər Bir quş gələr urada oxuyar...
Sfinks (yunan)
Sfinks (yun. Σφίγξ "canalan, canboğan") yunan mifologiyasında Tifondan törənmiş qadın başlı, quş qanadlı, bəbir ya şir bədənli əcaib bir heyvan, Ximeranın bacısı. == Sfinks və Edip == Lay çar taxtına oturduqdan sonra İokastaya evlənir. İllər keçsə də onların uşağı olmur. Çar Delfi peyğənbərinə müraciət edir. peyğənbər ona evladsız qalmağı məsləhət görür. Oğlu olarsa öldürüb onun taxtına sahib olacağını deyir. Bundan qorxan Lay Iokasta ilə yatmaqdan ehtiyat edir, lakin bir dəfə İokasta layı içirdərək yatağına salır ki, nəticədə onların oğlu dünyaya gəlmiş olur. Lay uşağın hər iki ayağını deşərək qandalın qızıl həlqəsinə keçirdir və Kiferon dağının ətəyinə atmağı inandığı bir çobana tapşırır. Çobanın uşağa yazığı gələrək, kimliyini bildirmədən Korinfa çarı Polibin mehtərinə verir.
Yunan (Azərbaycan)
Yunan — Azərbaycanda qədim şəhər. Mil düzündə idi. IX–X əsr ərəb mənbələrində adı çəkilir. Bərdə ilə Beyləqan arasında, hər iki şəhərdən təqribən 7 fərsəng məsafədə olduğu göstərilir. Bəzi tədqiqatçılar Yunanı Strabonun "Coğrafiya" əsərində adı çəkilən Enian şəhəri ilə eyniləşdirirlər. Yeri müəyyənləşdirilməmişdir. == Mənbə == Јунан // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. V ҹилд: Италија—Куба. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев.
Yunan (dəqiqləşdirmə)
Yunan
Yunan dili
Yunan dili (yun. Ελληνικά — Elliniká) — Yunanıstan və Kiprin rəsmi dili. Yunanıstanda ölkə əhalisinin 99,9%-i, Cənubi Kiprdə isə 82%-i bu dildə danışır. 4000 illik tarixi vardır. Hind-Avropa dil ailəsinin Qreko-Qrabar qoluna aiddir. Müasir dünyada 13 milyondan çox insan yunan dilində danışır. == Başlıca ləhcələri == === Dimotiki / (Δημοτική) === Müasir yunancadır. Kilsə yazışmaları xaric, müasir dövrdə xalqın istifadə etdiyi ləhcədir. === Kathareuousa / (Καθαρεύουσα) === 1821-ci ildə müstəqilliyini qazandığı dövrdən 1976-cı ilə kimi dövlətin rəsmi dili bu ləhcədə olmuşdur. 19-cu əsrdə Adamantios Koraisin təşəbbüsü ilə bu ləhcə yaradılıb.
Yunan dilləri
Yunan dilləri — Hind-Avropa dil qrupunun bir qolu. Əsas üzvü yunan dilidir. Eyni zamanda, yunan qrupu qədimdən bəri ən yaxşı öyrənilmişdir. Hal-hazırda qrupun əsas funksiyası, dil funksiyalarının tam dəsti ilə uzun və mürəkkəb bir tarixi olan Yunanıstanın dilidir. Yunan qrupu alban və erməni ilə yaxınlaşır, həm də hər biri bir dil ilə təmsil olunur. Eyni zamanda əvvəllər başqa yunan dilləri və çox təcrid edilmiş dialektlər var idi ki, onlar ya ölən, ya da assimilyasiya nəticəsində tükənmə şəraitindədirlər. == Yunan qrupunun dil və dialektlərinin siyahısı == Qrupun tərkibi daim dəyişir. Qədim dövrlərdə yunan qrupu üç şöbəyə bölünüb: Qərb şöbəsi Dorian dialekti Şimal-qərb dialekti Açıq dialekti Köhnə Makedoniya dili Mərkəzi şöbəsi Aiol dialekti Arcadian dialekti Şərq söbəsi Attik dialekti İoniya dialekti Attik dialekti əsasında qədim yunan dili Koine formalaşdırılmışdır. Bir çox dəyişikliklərdən sonra Koine orta əsrli yunan dilinə çevrildi. XV əsrdə orta əsr yunan dili əsasında Yeni Yunan dili, Pontiv dili və Kapadok dili quruldu.
Yunan güyəməsi
Yunan güyəməsi (lat. Periploca graeca) — Periploca cinsinə aid bitki növü. Periploca graeca L. Hündürlüyü 15–25 m olan, dırmaşan kol liandır. Gövdə digər ağaclara sarmaşaraq hündürə qalxır. Qabığı çəhrayımtıl-boz rəngdədir, ziyilli mərciməklidir. == Yarpaq == Yarpaqları qarşı-qarşıyadır, qalın dərilidir, yumurtaşəkilli, yumurtaşəkilli-neştərvari və yaxud neştərvaridir, orta damarı seçiləndir, çılpaq və qısa saplaqdadır; aşağı yarpaqlar adətən küt, yuxarı yarpaqlar isə sivridir. == Çiçək == Çiçəklər 2–7 sayda çiçəkdən ibarət seyrək yarımçətirlərdə toplanmış və budağın sonunda yerləşir. Çiçək altlığı və saplağı seyrək tüklüdür. Tac qonurtəhər-yaşılımtıldır, diametri 1,5–2 sm-dir, hissələri uzunsovdur, kütdür, kənarları və qaidə hissəsi ağ tüklüdür; bölümləri qısa sapşəkillidir, tacın payları ilə növbələşir. Toxumları tünd-qonur rəngli, milşəkilli və uzunluğu 10–12 mm-dir, bir tərəfində uzun fır vardır, sonunda parlaq, ağ ipəyəoxşar kəkili vardır.
Yunan lavandası
Yunan lavandası (lat. Lavandula stoechas) - dalamazkimilər fəsiləsinin lavanda cinsinə aid bitki növü. == Sinonim == Lavandula approximata Gand. Lavandula corsica Gand. Lavandula debeauxii Gand. Lavandula fascicularis Gand. Lavandula incana Salisb. Lavandula olbiensis Gand. Lavandula stoechadensis St.-Lag. [Spelling variant] Lavandula stoechas var.
Yunan mifologiyası
Qədim yunan mifologiyası — qədim yunanların tanrı və qəhrəmanları, dini və ritual təcrübələri, həyat fəlsəfələri ilə bağlı mif və folklor toplusu. == Hesioda görə Teoqoniya == Qədim yunan mifologiyasının tanrıları: Zevs Poseydon Artemida Demetra Hera Aid Eos Hermes Hefest Afrodita Helios Hiperion Teya Nerey Pan Tanat Persefona Hipnos Afina Avart (mifologiya) Keyk (Traxin çarı) Kirena (nimfa) == İstinadlar == Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Yunan mətbəxi
Yunan mətbəxi — Yunanıstanın milli mətbəxidir. Yüzlərlə illik Yunan mədəniyyətinin varisi (Qədim Yunanıstan və Bizans daxil olmaqla) mətbəxdir. Balkan və Aralıq dənizi mətbəxinin bir hissəsidir. O, həmçinin Girit mətbəxini əhatə edir. Zeytun yağlı qidalar üstünlük təşkil edir. Qərbi Anadolu Türk mətbəxi ilə böyük oxşarlıqlar daşıyır.
Yunan parlamenti
Yunan parlamenti (yun. Βουλή των Ελλήνων) — Yunanıstanda fəaliyyət göstərən parlament.
Yunan qozu
Yunan qozu (lat. Juglans regia L.) – Buna bəzən yunan qozu, adi qoz, girdəkan, cövüz və cəviz də deyirlər. Hündürlüyü 25–30 m-ə və diametri 150–200 sm-ə qədər olan, ağacdır. Bəzən 80–100 yaşlı ağaclarının boyu 35 m, gövdəsinin diametri 2 m, nadir hallarda isə 4 m-ə çatır. Cavan ağacların qabığı açıq-boz rəngli, hamar və ya azacıq çatlı, yaşlı ağaclarda qabıq tünd-boz vədərin uzunsov-çatlıdır. Açıqlıqda bitən ağacları çox qollu-budaqlı çətirə malik olur. Sərbəst duran ağacların çətiri iri və sıxdır, adətən günbəzşəkilli və yaçadıraoxşardır. Cavan budaqların özəyi boş nərdivanaoxşar arakəsmələri vardır. Çiçəkləməsi: Aprel-May, yarpaqların açılmağa başlama dövründə. Meyvə verməsi: Avqust-Sentyabr == Yarpaq == Tumurcuqları yumurtavari-dəyirmi, parlaq yaşımtıl-qonur rəngdə, uzunluğu 3–6 mm-dir.
Yunan quşarmudu
Yunan quşarmudu (lat. Sorbus graeca) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü. == Təbii yayılması == Kiçik Asiyada və Balkan yarmadasında yayılıb. İlk dəfə Albaniyadan təsvir edilib. == Botaniki təsviri == Hündürlüyü 12 m çatan orta boylu ağac və ya koldur. Yarpaqları uzunsov ellipisvari və ya yumurtavari, çılpaq, altdan isə ağ keçətükcüklüdür. May-iyun aylarında çiçəkləyir. Meyvəsi avqust ayında yetişir. == Ekologiyası == Torpağa az tələbkar, şaxtaya davamlıdır. == Azərbaycanda yayılması == Naxçıvanda MR-da yuxarı dağ qurşağında qayalıqlarda bitir.
Yunan rəqəmləri
Yunan rəqəmləri və ya Yunan sayları, sayların Yunan əlifbasındakı hərflərdən istifadə edərək yazılmasını təmin edən bir say sistemdir.
Yunan salatı
Yunan salatı (yun. χωριάτικη σαλάτα) — yunan mətbəxində salat növü.
Yunan soyqırımı
Yunan soyqırımı və ya Osmanlı yunanlarının etnik təmizlənməsi (yun. Γενοκτονία των Ελλήνων, Genoktonia ton Ellinon; türk. Rum soykırımı) — əsasən Birinci Dünya müharibəsi və ondan sonrakı dövrlərdə (1913–1923) Anadolunun xristian Osmanlı yunan əhalisinin dini və etnik mənsubiyyətinə görə sistematik şəkildə məhv edilməsi. Bu, Gənc türklər üçlüyünün başçılıq etdiyi Osmanlı imperiyası hökuməti və Mustafa Kamal Atatürkün başçılıq etdiyi Böyük Millət Məclisi hökuməti tərəfindən imperiyanın yerli yunan əhalisinə qarşı törədilmişdir. Soyqırımda qətliamlar, Suriya səhrasına ölüm yürüşləri kimi məcburi deportasiyalar, edamlar və şərqi ortodoks mədəniyyət, tarixi və dini abidələrinin dağıdılması halları baş vermişdir. Yunan soyqırımı Pont yunan soyqırımını (yun. Γενοκτονία των Ελλήνων του Πόντου) da özündə ehtiva edirdi. Bu dövrdə bir neçə yüz min Osmanlı yunanı həlak olmuşdur. Məcburi köçkünlərin və sağ qalanların əksəriyyəti Yunanıstana qaçmışdır. Bəziləri, xüsusən də imperiyanın şərq vilayətlərində yaşayanlar qonşu Rusiya imperiyasına sığınmışdılar.
Yunan tapınağı
Qədim yunan məbədi (yun: Ναός; Rom: Naos) qədim Yunanıstanda müqəddəs İlahların heykəllərinin yerləşdiyi tikililər idilər. Məbədin daxili hissələri görüş yeri kimi xidmət etmirdi, çünki müvafiq ilaha həsr olunmuş qurbanlar və ayinlər onlardan kənarda həyata keçirilirdi. Yunan məbədlərinin əksəriyyəti astronomik yönümlü idilər.
Yunan tavernası
Yunan tavernası (yun. ταβέρνα) — Yunan mətbəxinə xidmət edən kiçik bir Yunan restoranı. Taverna Yunan mədəniyyətinin ayrılmaz bir hissəsidir və Yunanıstana baş çəkən digər ölkələrdən olan insanlar, həmçinin ABŞ və Avstraliya kimi ölkələrdə qürbətçi yunanlar tərəfindən tavernaların qurulması ilə tanış olmuşdur. == Tarixi == Yunan restoranının və ya tavernanın ən qədim dəlilləri Afinanın Qədim Aqorasında 1970-ci illərin əvvəllərində Amerika Klassik Tədqiqatlar Məktəbi tərəfindən aparılan arxeoloji qazıntılar zamanı aşkar edilmişdir. Tavernada çox sayda klassik yunan yemək, yemək əşyaları və müxtəlif qablar tapıldı. Bundan əlavə, stridya, midyə, murex qabığı və iri balıq kimi klassik Yunan tavernasının menyu xüsusiyyətlərini əks etdirən çox miqdarda balıq sümükləri və qabıqlı balıq qalıqları aşkar edilmişdir. Afina Aqoranın yaxınlığında yerləşən şərab mağazası taverna ilə birlikdə yerli Attik şərabı, habelə Xios, Mende, Korinf, Samos və Lesbosdan gətirilən çox sayda şərab xidmət edilirdi . == Mətbəxi == Taverna üçün menyu, aşağıdakı maddələrin bir çoxunu əhatə edir: Çörək, həmçinin çörək dilimləri Quzu, donuz və mal əti Yunan salatı kimi salatlar iştaha artırıcılar cacıq (qatıq, sarımsaq və xiyar dibi),melitzanosalata (badımcan daldırma), tirokafteri (isti bibər və zeytun yağı ilə qarışdırılmış feta pendiri),spanakopita və dolmade və ya dolmadakia - (nanə və cəfəri və bəzən şam qoz-fındıq kimi təzə otlar ilə düyü qarışığı - və bəzi bölgələrdə qiymə ət zərif üzüm yarpaqları ilə sıx bağlanır və qalın və qaymaqlı, limon sousu ilə verilir) Avgolemono (yumurta-limon şorbası) və fasolada (lobya şorbası) kimi şorbalar Spaqeti napolitano, pastitsio kimi makaron (qalın makaron və bişmiş ət qarışığının bükülmüş qat qarışığı) Bişmiş təzə balıq kimi balıq və dəniz məhsulları, skordaliya (sarımsaq sousu) ilə qızardılmış duz cod, qızardılmış kalamar və körpə ahtapot Moussaka (badımcan və ya balqabaq, kıyılmış ət və béchamel sousu) kimi müxtəlif mövsümi tərəvəz yeməkləri daxil olmaqla bişmiş yeməklər (magirefta). Souvlaki kimi ızgara yeməkləri Retsina, mavrodafni və digər yunan qırmızı / ağ şərab növləri daxil olmaqla şərab Pivə Ouzo, tsipouro və Metaxa brendi Meyvə Paxlava, qalaktoboureko və s. kimi desertlər == Əməliyyatlar == Tavernes ümumiyyətlə 12:00-da açılır, axşam yeməyi saat 20:00-da başlayır və 22: 00-da zirvəyə çatır.
Yunan əlifbası
Yunan əlifbası – qədim və çağdaş Yunanıstanda istifadə olunan əlifba. E.ə IX əsrdə, bəzi məlumatlara görə isə XI əsrdə Finikiya əlifbası əsasında yaranmışdır. Yunan hərflərindən çox zaman riyazi simvollar kimi istifadə olunur. Hazırda yunan əlifbasından bir çox sahələrdə istifadə olunur. Yunanlar finikiyalıların əlifbalarının Avropada yayılmasında əsas vasitəçi olmuşlar. Dövrümüzə gəlib çatmış yunan yazısının erkən nümunələri Finikiya əlifbasının əksər xüsusiyyətlərini özündə saxlamaqdadır. Arxaik yunan yazısında Finikiya yazısında olduğu kimi saitlər, eləcə də "xi" və "psi" samit hərfləri yox idi. Finikiya yazısında yazı sağdan sola yazılırdı. Yunanlar finikiyalılardan alınmış yazını tədricən təkmilləşdirmiş və ona əlavələr etmişlər. Sait səsləri ifadə edən hərflərin meydana gəlməsi yunan yazısında böyük nailiyyət idi.
Yunan orfoqrafiyası
Yunan orfoqrafiyası — köklərini, güman olunur, e.ə. IX əsrdə yunan əlifbasının qəbul olunmasından alan yazı sistemi. Bu dövrədək yunan dilinin əski formalarından olan Miken yunancası Xətti B yazı sistemi ilə işlənmişdir, baxmayaraq, Miken yunancasının yazılmasının sonlanıb yunan orfoqrafiyasının istifadəsinə başlanılması arasında bir neçə əsr fərq var idi — bu dövrdə yunan qaranlıq çağı yaşanmışdı. Yunan əlifbasındakı ilkin yunan yazıları fonemik və hər diyalektdə fərqli idi. Attik yunanca üçün ionik variantın e.ə. 403-də qəbul edilməsindən bəri yunan orfoqrafiyası, əsasən, mühafizəkar və tarixi olmuşdur. Orfoqrafiyada qədimdən qalma qoşa samitlər də mövcuddur, hansı ki, Kipr yunancası istisna olmaqla yunan dilində bunlar tək samitlərlə eyni cür tələffüz olunur.
Yunan alovu
Yunan alovu (Yunan odu, Bizans alovu, Bizans odu, Roma odu, Roma alovu, Qrejua, Qrejua alovu, Qrejua odu, Rum alovu, Rum odu, Vəhşi od, Vəhşi alov, Maye alov, Maye od) — isti kömür, kükürd və qır qarışığından hazırlanmış olan bu silahdan ilk dəfə Peloponnes müharibəsi zamanı istifadə edilmişdir. Sonralar eramızın 660-cı illərində yunan odu qır, qatran, kükürd, naftalin, əhəng və kalium nitrat ilə zənginləşdirilmişdir. Ona su əlavə olunduqca alovu artırdı. Eramızın VII əsrində onun effektiv təsirini inkişaf etdirmək və artırmaq işi Suriyalı bir mühacir olan Heliopollu Kallinik tərəfindən həyata keçirilmişdir. == Birinci dəfə istifadə edilməsi == Farslar Yunanıstanı işğal edərkən baş tutmuş olan dəniz döyüşü zamanı ilk dəfə istifadə edilmişdir. Öz dövrünün güclü ordularından biri hesab edilən fars ordusu gəmilərinin yanmasının qarşısını ala bilməmişdir. Həm quruda, həm də suda asanlıqla yanmaq qabiliyyəti var. Onun üstünə su töküldükdə sönmür, əksinə, alovu artır. Dəniz müharibələrində gəmilərin keçməsinin qarşısını almaq məqsədi ilə onlardan istifadə olunmuşdur. Bu yanğına məruz qalan bütün insanlar ölümə məhkumdurlar, çünki bu alovu söndürmək mümkün deyildir.
Amil Yunanov
Amil Əzim oğlu Yunanov — (doğum 6 yanvar 1993, Tovuz) - Azərbaycan Premyer Liqasında çıxış edən "Şamaxı FK"-da çıxış edir .
Antik yunan fəlsəfəsində tərbiyə
Tərbiyə sözü ərəbcə "əl-tərbiyə" sözünün "rəbb" kökündən əmələ gəlib.O üç mənanı ifadə edir: "Rəba"- doğri yol göstərmək;"Rəbi"-bəsləmək,yetişdirmək,böyütmək,tamamlamaq;"riba"-çoxaltmaq. Tərbiyə işi insan cəmiyyətinin yarndığı ilk dövrlərdən meydana gəlmiş,şəxsiyyətin formalaşması,onkişafı,davranışı prosesidir. Tərbiyə yaşlı nəslin əldə etdiyi bilik,bacarıq və təcrübənin məqsədyönlü,planlı,mütəşəkkil şəkildə gənc nəslə aşılanmasıdır. == Sparta tərbiyə sistemi == Qədim yunan filosofu Aristotelə görə,Sparta vətəndaşlarının tərbiyəsində daha çox hərbi icma üzvləri hazırlamaq məqsədi əsas yer tuturdu.Tərbiyənin əsas vəzifəsi davamlı hərbçilər,gələcək quldarlar yetişdirməkdən ibarət idi.Ona görə də quldar övladlarının fiziki cəhətdən sağlam olmasına ciddi fikir verilirdi. Plutarx yazırdı ki,"yeni doğulan uşaqları ağsaqqallar nəzərdən keçirirdilər.Əgər o,(uşaq) möhkəm və ahəngdar quruluşlu olardısa,onu tərbiyə etmək üçün atasına qaytarar,zəif və eybəcər uşaqları Tayqet yanındakı uçurumdan atardılar.Onlar zənn edirlər ki,belə uşağın həyatı nə onun özünə,nə də cəmiyyətə mənfəət verə bilməz.Çünki təbiət ona əvvəldən qüvvət və yaxşı bədən quruluşu verməmişdir". == Tərbiyə sisteminin mərhələləri == Spartalılar 7 yaşa qədər ailədə məşhur dayələrin himayəsində tərbiyə alırdılar.Lakin sonralar dövlət gənc nəslin tərbiyə və təlim vəzifəsini öz üzərinə götürdü.Belə tərbiyə uzunmüddətli olub üç mərhələni əhatə edirdi: a) 7 yaşdan 14 yaşadək; b) 14 yaşdan 20 yaşadək; c) 20 yaşdan 30 yaşadək. Dövlət tərbiyə müəssisəsi olan məktəbə aqellam deyilirdi.Bu məktəblərə hakimiyyətə məlum olan adamlar rəhbər tayin olunurdu ki,onlara pedanom deyilirdi. === I mərhələ === Birinci mərhələdə uşaqlar pedanonum-tərbiyəçinin rəhbərliyi altında tərbiyə alırdılar.Onlar birlikdə yaşayır,oxu və yazı vərdişlərinə yiyələnirdilər.Fiziki hazırlığa isə xüsusi yer verilirdi,belə ki,oğlanların bədəni möhkəmləndirilir,habelə onlara soyuğa,aclığa,ağrılara və susuzluğa tab gətirmək aşılanırdı.Gənc spartalılar qaçmağa,hoppanmağa,əlbəyaxa vuruşma zamanı müxtəlif vasitələrdən istifadə etməklə yanaşı,hərbi mahnılar oxumağa da hazırlanırdılar.Spartalılara əxlaqi və siyasi tərbiyə müsahibələr yolu ilə verilirdi.Onları müxtəsərliyə,öz fikrini qısa və yığcam söyləməyə alışdırırdılar. === II mərhələ === Tərbiyənin ikinci mərhələsində uşaqların savad təliminə musiqi və nəğmə məşğələləri də əlavə edilirdi.Tərbiyə üsulları getdikcə sərtləşirdi.Gənclərin əxlaqi və siyasi tərbiyəsi dövlət başçılarının bilavasitə onlarla söhbətləri zamanı həyata keçirilirdi.Gənclərə yaşlılar tərəfindən pis meyllərdən uzaq olmaq təlqin edilirdi,lakin onların cinsi həyat sahəsindəki fəaliyyəti heç bir qadağa ilə məhdudlaşdırılmırdı və bu hal qüsur da hesab edilmirdi. Yaşlılar tərəfindən pis hərəkətlər kəskin şəkildə mühakimə edilir və onların qarşısı sərt cəza tədbirləri ilə alınırdı.Əfsanəvi qanunverici Likurq spartalıları sərxoşluqdan qorumaq üçün "ayıqlıq dərsləri" təşkil etmişdi.Bu "dərslərdə" qullar içməyə məcbur edilirdi ki,spartalılar sərxoşluğun nə qədər iyrənc və çirkin bir iş olduğunu gözləri ilə görsün və buna şəxsən əmin olsunlar Uşaqların tərbiyəsindəki mühüm məsələlərdən biri onların tikanlı,lakin zərif formada və bir neçə sözdə çox şeyi ifadə etməyə qabil olan nitqə yiyələndirilmələri idi.Yeniyetmələrə verdikləri cavablarda dəqiq və müxtəsər olmaq öyrədilirdi ki,buna "lakonik nitq" deyilirdi.
Aya Triyada Yunan Ortodoks Kilsəsi (İstanbul)
Aya Triyada Yunan Ortodoks kilsəsi (Yunanca: Ιερός Ναός Αγίας Τριάδος, Ierós Naós Agías Triádos, Türkcə: Aya Triada Rum Ortodoks Kilisesi. Aya Triyada Azərbaycan dilində "Müqəddəs Üçlü" deməkdir. Türkiyədə həmçinin Ayiya Triyas olaraq da bilinir) — İstabuldakı ən böyük yunan ortodoks məbədidir. Kilsə, İstanbul, Beyoğlunda, Taksim Meydanının cənub-qərbində, Meşəlik Küçəsi, İstiqlaliyyət küçəsi və Sıraselvilər küçəsi ilə kəşisdiyi yerdə yerləşən bir ortodoks kilsədir. == Adı == Ümumiyyətlə Şərq Xristiyanlığında kilsələrin rahib və rahibə adlarına həsr olunmalarına qarşı, İstanbul Arxiyepiskopuna aid olan Aya Triyada və ya Ayiya Triyasın adı, Yunan dilində Müqəddəs Üçlü yəni daha geniş şəkildə istifadə edildiyi şəkildə Təslis mənasını verməkdədir. == Tarixi == Kilsənin yerləşdiyi mülk, əvvəllər bir yunan Ortodoks qəbiristanlığı və xəstəxanasının yeri olmuşdur. Bu mülk, kilsəni inşa etmək üçün dağıdılmışdır. Osmanlı memarı P. Kampanaki'nin dizaynlarına əsaslanan kilsənin, 1876-cı ilin Avqust ayının 13-də tikintisinə başlanmış və 1880-ci ilin Sentyabr ayının 14-də tamamlanmışdır. Kilsə, Bazilika elementləri ilə birlikdə Yeni-Barokko tərzində, əlavə olaraq iki zəng qülləsi, böyük bir günbəz və yeni-qotik bir fasad ilə inşa edilmişdir. 1839-cu ildə, Tanzimat olaraq bilinən bir dövrdə, kilsələrdə günbəzlərin tikilməsinə icazə verilən zamanda, günbəz kimi memarlıq elementlər kilsəyə əlavə edildi.
Azərbaycan-Yunanıstan futbol matçlarının siyahısı
Azərbaycan və Yunanıstan əsas milli komandaları indiyədək görüşməsə də digər yığmalar üz-üzə gəlib. U-21 Avro-2009-un seçmə mərhələsində hər iki oyunda (1:4, 0:2) rəqiblərinə uduzubsa, U-16 Avro-1999-un seçmə oyununda qolsuz heç-heçəyə sevinib. Bu qarşılaşmalardan başqa iki ölkə arasında futbolçu keçidləri də olub. Millimizin futbolçusu Anatoli Ponomaryov vaxtilə "Ksanti" klubunun şərəfini qoruyub. Aleksios Mixalidis və Xaris Komesidis 2008/09 mövsümünün birinci dövrəsində "Bakılı"da oynamaqla, çempionatımızın ilk yunanları olub. == Kişilər == === Əsas milli komanda === === U-21 === 02.06.2007 Afina AÇSO Yunanıstan - Azərbaycan 4:1 08.09.2007 Bakı AÇSO Azərbaycan – Yunanıstan 0:2 === U-19 === 13.10.2010 Laquş, Portuqaliya AÇSO Yunanıstan - Azərbaycan 1:0 12.01.2013 Sankt-Peterburq BT Azərbaycan - Yunanıstan 0:1 04.01.2014 Sankt-Peterburq BT Azərbaycan - Yunanıstan 1:1 07.10.2020 Kişinyov, Moldova AÇSO, Azərbaycan - Yunanıstan -:- === U-17 === 12.03.2013 Xalkida, Yunanıstan YO Xalkida - Azərbaycan (U-17) 1:3 15.03.2013 Xalkida, Yunanıstan BT Yunanıstan – Azərbaycan 1:0 13.11.2019 Patra, Yunanıstan AÇSO, Yunanıstan – Azərbaycan 6:1 11.11.2020 Yunanıstan AÇSO, Yunanıstan - Azərbaycan -:- === U-16 === 22.10.1998 Zalfelden, Avstriya AÇSO Yunanıstan - Azərbaycan 0:0 20.01.2014 Türkiyə, BT Yunanıstan - Azərbaycan 0:0 14.04.2015 Bakı, Azərbaycan. UEFA-nın İnkişaf turniri. Azərbaycan – Yunanıstan 3:0 23.04.2018 Antalya, Türkiyə, BT Yunanıstan - Azərbaycan -:- === Klublar === 16.07.2013 Tirol, Avstriya YO Olimpiakos - Simurq 2:1 19.07.2012 Bakı, Azərbaycan UEFA AL İnter Bakı - Asteras Tripolis 1:1 26.07.2012 Tripolis, Yunanıstan UEFA AL Asteras Tripolis - İnter Bakı 1:1 pen. 4:2 20.08.2015 Bakı, Azərbaycan UEFA AL Qəbələ - Panatinaykos 0:0 27.08.2015 Afina, Yunanıstan UEFA AL Panatinaykos - Qəbələ 2:2 17.09.2015 Bakı, Azərbaycan UEFA AL Qəbələ - PAOK 0:0 26.11.2015 Saloniki, Yunanıstan UEFA AL PAOK - Qəbələ 0:0 20.10.2016 Bakı, Azərbaycan UEFA AL Qarabağ - PAOK 2:0 03.11.2016 Saloniki, Yunanıstan UEFA AL PAOK - Qarabağ 0:1 27.07.2017 Afina, Yunanıstan UEFA AL Panatinaykos - Qəbələ 1:0 03.08.2017 Bakı, Azərbaycan UEFA AL Qəbələ - Panatinaykos 1:2 21.07.2021 Pirey, Yunanıstan UEFA ÇL Olimpikos - Neftçi 1:0 28.07.2021 Bakı, Azərbaycan UEFA ÇL Neftçi - Olimpiakos 0:1 06.10.2022 Pirey, Yunanıstan UEFA AL Olimpikos - Qarabağ 0:3 13.10.2022 Bakı, Azərbaycan UEFA AL Qarabağ - Olimpiakos 0:0 19.07.2023 Tirol, Avstriya YO Olimpiakos - Sabah 1:1 08.11.2023 Qəbələ, Azərbaycan, UEFA GL, Qəbələ (U-19) - Olimpiakos (U-19) 0:3 29.11.2023 Pirey, Yunanıstan, UEFA GL, Olimpiakos (U-19) - Qəbələ (U-19) 4:0 == Qadınlar == === Əsas milli komanda === === U-21 === === U-19 === === U-17 === 13.10.2007 AÇSO Yunanıstan - Azərbaycan 1:2 28.04.2023 Buxarest, Rumıniya BT Yunanıstan - Azərbaycan 3:0 === U-16 === 19.04.2015 Bakı BT Azərbaycan – Yunanıstan 1:1 pen. 4:2 === Klublar === == Futzal == === Əsas milli komanda === 02.02.2021 Afina, Yunanıstan AÇSO Yunanıstan – Azərbaycan 0:3 14.04.2021 Bakı, Azərbaycan AÇSO Azərbaycan – Yunanıstan 4:0 11.10.2022 Afina, Yunanıstan DÇSO Yunanıstan – Azərbaycan 0:7 03.03.2023 Bakı, Azərbaycan DÇSO Azərbaycan – Yunanıstan 5:2 25.03.2023 Şiroki Briyeq, Bosniya və Herseqovina AÇSO Azərbaycan (U-19) – Yunanıstan (U-19) 3:11 === Klublar === 28.11.2020 Afina, Yunanıstan UEFA ÇL AEK – Araz-Naxçıvan 3:3 (pen.
Azərbaycan yunanları
Azərbaycan yunanları - Azərbaycanda milli azlıqlardır. Onların sayı Cənubi Qafqaz ölkələri arasında ən az saylısıdır. Əsasən Pont yunanlarının törəmələridirlər. Onlar vaxtı ilə Osmanlı imperiyasını tərk edərək bölgəyə gəlmişlər. Azərbaycanda son siyahıya alınma nəticəsində cəmi 535 yunan yaşadığı məlum olmuşdur. Cəmi 176 ailədən ibarətdirlər. Onlar əsasən Azərbaycanın Bakı şəhərində məskunlaşmışlar. Bununla belə az miqdarda da olsa Sumqayıt, Qax, Gəncə, Quba və Xaçmaz şəhərlərində yaşayırlar. == Tarixi == === Rusiya imperiyası === Azərbaycanda ilk yunanlar Qarabağın Mehmana kəndində məskun olmuşlar. Kənd Tərtər çayının sahilində yerləşir.
Azərbaycan–Yunanıstan futbol matçları
Azərbaycan və Yunanıstan əsas milli komandaları indiyədək görüşməsə də digər yığmalar üz-üzə gəlib. U-21 Avro-2009-un seçmə mərhələsində hər iki oyunda (1:4, 0:2) rəqiblərinə uduzubsa, U-16 Avro-1999-un seçmə oyununda qolsuz heç-heçəyə sevinib. Bu qarşılaşmalardan başqa iki ölkə arasında futbolçu keçidləri də olub. Millimizin futbolçusu Anatoli Ponomaryov vaxtilə "Ksanti" klubunun şərəfini qoruyub. Aleksios Mixalidis və Xaris Komesidis 2008/09 mövsümünün birinci dövrəsində "Bakılı"da oynamaqla, çempionatımızın ilk yunanları olub. == Kişilər == === Əsas milli komanda === === U-21 === 02.06.2007 Afina AÇSO Yunanıstan - Azərbaycan 4:1 08.09.2007 Bakı AÇSO Azərbaycan – Yunanıstan 0:2 === U-19 === 13.10.2010 Laquş, Portuqaliya AÇSO Yunanıstan - Azərbaycan 1:0 12.01.2013 Sankt-Peterburq BT Azərbaycan - Yunanıstan 0:1 04.01.2014 Sankt-Peterburq BT Azərbaycan - Yunanıstan 1:1 07.10.2020 Kişinyov, Moldova AÇSO, Azərbaycan - Yunanıstan -:- === U-17 === 12.03.2013 Xalkida, Yunanıstan YO Xalkida - Azərbaycan (U-17) 1:3 15.03.2013 Xalkida, Yunanıstan BT Yunanıstan – Azərbaycan 1:0 13.11.2019 Patra, Yunanıstan AÇSO, Yunanıstan – Azərbaycan 6:1 11.11.2020 Yunanıstan AÇSO, Yunanıstan - Azərbaycan -:- === U-16 === 22.10.1998 Zalfelden, Avstriya AÇSO Yunanıstan - Azərbaycan 0:0 20.01.2014 Türkiyə, BT Yunanıstan - Azərbaycan 0:0 14.04.2015 Bakı, Azərbaycan. UEFA-nın İnkişaf turniri. Azərbaycan – Yunanıstan 3:0 23.04.2018 Antalya, Türkiyə, BT Yunanıstan - Azərbaycan -:- === Klublar === 16.07.2013 Tirol, Avstriya YO Olimpiakos - Simurq 2:1 19.07.2012 Bakı, Azərbaycan UEFA AL İnter Bakı - Asteras Tripolis 1:1 26.07.2012 Tripolis, Yunanıstan UEFA AL Asteras Tripolis - İnter Bakı 1:1 pen. 4:2 20.08.2015 Bakı, Azərbaycan UEFA AL Qəbələ - Panatinaykos 0:0 27.08.2015 Afina, Yunanıstan UEFA AL Panatinaykos - Qəbələ 2:2 17.09.2015 Bakı, Azərbaycan UEFA AL Qəbələ - PAOK 0:0 26.11.2015 Saloniki, Yunanıstan UEFA AL PAOK - Qəbələ 0:0 20.10.2016 Bakı, Azərbaycan UEFA AL Qarabağ - PAOK 2:0 03.11.2016 Saloniki, Yunanıstan UEFA AL PAOK - Qarabağ 0:1 27.07.2017 Afina, Yunanıstan UEFA AL Panatinaykos - Qəbələ 1:0 03.08.2017 Bakı, Azərbaycan UEFA AL Qəbələ - Panatinaykos 1:2 21.07.2021 Pirey, Yunanıstan UEFA ÇL Olimpikos - Neftçi 1:0 28.07.2021 Bakı, Azərbaycan UEFA ÇL Neftçi - Olimpiakos 0:1 06.10.2022 Pirey, Yunanıstan UEFA AL Olimpikos - Qarabağ 0:3 13.10.2022 Bakı, Azərbaycan UEFA AL Qarabağ - Olimpiakos 0:0 19.07.2023 Tirol, Avstriya YO Olimpiakos - Sabah 1:1 08.11.2023 Qəbələ, Azərbaycan, UEFA GL, Qəbələ (U-19) - Olimpiakos (U-19) 0:3 29.11.2023 Pirey, Yunanıstan, UEFA GL, Olimpiakos (U-19) - Qəbələ (U-19) 4:0 == Qadınlar == === Əsas milli komanda === === U-21 === === U-19 === === U-17 === 13.10.2007 AÇSO Yunanıstan - Azərbaycan 1:2 28.04.2023 Buxarest, Rumıniya BT Yunanıstan - Azərbaycan 3:0 === U-16 === 19.04.2015 Bakı BT Azərbaycan – Yunanıstan 1:1 pen. 4:2 === Klublar === == Futzal == === Əsas milli komanda === 02.02.2021 Afina, Yunanıstan AÇSO Yunanıstan – Azərbaycan 0:3 14.04.2021 Bakı, Azərbaycan AÇSO Azərbaycan – Yunanıstan 4:0 11.10.2022 Afina, Yunanıstan DÇSO Yunanıstan – Azərbaycan 0:7 03.03.2023 Bakı, Azərbaycan DÇSO Azərbaycan – Yunanıstan 5:2 25.03.2023 Şiroki Briyeq, Bosniya və Herseqovina AÇSO Azərbaycan (U-19) – Yunanıstan (U-19) 3:11 === Klublar === 28.11.2020 Afina, Yunanıstan UEFA ÇL AEK – Araz-Naxçıvan 3:3 (pen.
Azərbaycan–Yunanıstan münasibətləri
Azərbaycan–Yunanıstan münasibətləri — Azərbaycan Respublikası ilə Yunanıstan arasındakı mövcud ikitərəfli əlaqələr. == Tarixi == === AXC dövrü === Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakıda Qoqolevskaya və Molokanskaya küçələrinin tinində Yunanıstanın nümayəndəliyi yerləşmiş, nümayəndəliyə konsul Kusis rəhbərlik etmişdir. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin aprel ayının 2-də qurulmuşdur. == Parlamentlərarası əlaqələr == Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Yunanıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Bu işçi qrupu 5 dekabr 2000-ci il tarixində yaradılmış və ilk rəhbəri Hadi Rəcəbli olmuşdur. 4 mart 2016-cı il tarixindən də Hadi Rəcəbli işçi qrupunun rəhbəridir.
Azərbaycan–Yunanıstan voleybol matçları
== Kişilər ==
Azərbaycan–Yunanıstan voleybol matçlarının siyahısı
== Kişilər ==
Ermənistan–Yunanıstan münasibətləri
Ermənistan–Yunanıstan münasibətləri — Ermənistan Respublikası və Yunanıstan arasındakı mövcud ikitərəfli münasibətlər. İki xalq arasında güclü siyasi, mədəni və dini bağlar (ermənilərin və yunanların böyük əksəriyyəti Şərq xristian inancını qəbul edir) sayəsində Ermənistan və Yunanıstan bu gün mükəmməl diplomatik münasibətlərə malikdirlər. Bizans və Osmanlı İmperiyası dövründə dini və mədəni köklərə, birlikdə yaşamalarına görə həm emosional, həm də tarixən həmişə güclü münasibətlərdə olmuşlar. Ermənistanın hər üç prezidentinin Yunanıstana rəsmi səfəri olub və iki ölkə arasında yüksək səviyyəli əlaqələr qurulub. Yunanıstan 1996-cı ildə rəsmi olaraq Erməni soyqırımını, 2015-ci ildə isə Ermənistan rəsmi olaraq Yunan soyqırımını tanımışdır. == Tarixi == Qədim sivilizasiyalar olmaqla, ermənilər və yunanlar əsrlər boyu bir yerdə olublar. Yunan tarixçilərinin ermənilərin köklərinə işarə edən qədim qeydləri var. Ermənilər haqqında ən erkən məlumat 525-ci ildə Yunan tarixçisi Miletli Hekatey tərəfindən edilmişdir. XX əsrdə dilçilər tərəfindən irəli sürülən fərziyyəyə görə, erməni və yunan dillərinin ortaq bir əcdadı olmuşdur. Bu Proto-Hind-Avropa dilini tanıyan yunan-erməni dilinin təklifinə səbəb olur.
Fessaliya və Mərkəzi Yunanıstan
Fessaliya və Mərkəzi Yunanıstan (yun. Αποκεντρωμένη Διοίκηση Θεσσαλίας — Στερεάς Ελλάδας) — Yunanıstanın 7 desentralizasiya idarələrindən biri, tərkibinə Fessaliya və Mərkəzi Yunanıstan periferiyaları daxildir. İnzibati mərkəzi Larisa şəhəridir. Baş katib (koordinator) — Nikolaos Ditoras (Νικόλαος Ντίτορας). == İstinadlar == == Ədəbiyyat == Ministry of Interior. Structure and operation of local and regional democracy. // Council of Europe (January 2013).
Gürcüstan yunanları
Gürcüstan yunanları (gürc. ბერძნები საქართველოში) — Gürcüstan Respublikasının ərazisində yaşayan etnik yunanlara verilən ad. Cənubi Qafqazda Ermənistan və Azərbaycanla müqayisədə ən çox etnik yunanın Gürcüstanda yaşadığı məlumdur. Gürcüstan xüsusi ilə Qafqaz yunanları olaraq tanınmış xalqın əsas vətəni sayılır. Pont yunanları olan, Gürcüstan yunanlarının sayı 15 min, 20 min və 100 min kimi müxtəlif rəqəmlərlə ifadə olunmaqdadır. 1989-cu ilin məlumatına əsasən bu say 100 mindən aşağı olmuşdur. 1991-ci ildə Sovet Sosialist Respublikaları İttifaqının dağılmasından və Gürcüstanın təkrar müstəqillik qazanmasından sonra Gürcüstanda yaşayan etnik yunanlar müxtəlif səbəblərdən ölkəni tərk etməyə başlamışdır. Yunanıstanın, etnik yunan olan şəxsləri öz ölkəsinə dəvət etməsi ölkədəki yunan icmasının azalmasının əsas səbəbi kimi göstərilə bilər. 1991-ci ildən sonra icmanın əhəmiyyətli dərəcədə böyük bir hissəsi isə Rusiyanın Stavropol diyarında məskunlaşmışdır. Günümüzdə Tbilisi şəhərində Yunan birliyi adlı diaspora təşkilatı və mədəniyyət mərkəzi fəaliyyət göstərməkdədir.
I Georq (Yunanıstan kralı)
I Georgi (yun. Γεώργιος A', Βασιλεύς των Ελλήνων; 24 dekabr 1845[…], Kopenhagen – 18 mart 1913[…], Saloniki) — Yunanıstan kralı. == Həyatı == I Georq 1845-ci il dekabrın 24-də Danimarkanın paytaxtı Kopenhagendə dünyaya gəlib. Danimarka kralı IX Kristianın ikinci oğludur. 1863-cü ildə 17 yaşında Yunanıstan kralı seçilib. I Georq başda olmaqla kral ailəsi Böyük Britaniya və Rusiyaya ilə geniş əlaqələrə malik idi. Belə ki, I Georqun doğma bacısı Aleksandra Böyük Britaniya kralı VII Eduardın həyat yoldaşı və gələcək kral V Georqun anası idi. Digər bacısı Mariya isə Rusiya çarı III Aleksandrın həyat yoldaşı, gələcək çar II Nikolayın isə anası idi. I Georqun özü isə II Aleksandrın yaxın qohumu Olqa Konstantinovna ilə evlənmişdi. 1912-1913-cü illər Birinci Balkan Müharibəsində türklərin Balkandakı torpaqları hesabına Yunanıstanın ərazisi iki dəfə genişləndi.
Kardiya (Qədim Yunanıstan koloniyası)
Kardiya (q.yun. Καρδία, lat. Cardia) — eramızdan əvvəl III əsrdə Lisimax tərəfindən dağıdılan qədim şəhər. O, Saros körfəzindəki Frakiya Xersonesosu yarımadasının şimal-qərb sahilində miletiyalılar və klazomenlər tərəfindən qurulmuşdur. Tarixçi İyeronim Kardiyalı və diadoxlardan biri Evmen Kardiyalı bu şəhərdən idilər. == Coğrafiyası == Bu qədim yunan koloniyasının yaranmasının təxmini tarixi barədə məlumat yoxdur, çünki bu məsələyə aid məlumat verən yazılı mənbələr yoxdur. Qədim yunan coğrafiyaçıların əsərlərində bu bölgə təsvir olunarkən həmişə Kardiya xatırlanır, belə ki Skilak "Məskun dənizin Peripli" əsərində bu koloniyanın adını çəkir. Strabon isə Kardiyanı Frakiya Xersonesosu yarımadasının ən böyük şəhəri adlandırır. == Tarixi == Başlanğıcda Kardiya ərazisi miletiyalılar və klazomenlər tərəfindən müstəmləkələşdirildi. Bununla birlikdə, Miltiadın dövründə məskunlaşma daha aktiv oldu, çünki o, Afinadan bu bölgəyə mühacirləri cəlb etməyi bacardı.
Kipr yunanları
1973 ilinde Kipr adasında etnik xəritəsi sarı region Kipr rumları Kipr adasının ən böyük etnik qrupudur.
Klassik Yunanıstan
Klassik Yunanıstan (E.ə. V—IV əsrlər) — polis qurumunun ən yüksək inkişaf dövrü. Yunanların memarlıq, heykəltəraşlıq, vaza rəssamlığı, zərgərlik, poeziya, teatr sənəti, elm (astronomiya, həndəsə, fizika, zoologiya, tibb, psixologiya, məntiq, siyasətşünaslıq, sənət tarixi, ritorika, iqtisadiyyat, tarix, coğrafiya) sahələri üzrə nailiyyətləri bu dövrdə o qədər böyük oldu ki, onları təqlid etmək və nümunə götürmək istəyi yarandı. Buna görə bu dövr "klassik" adlanır, yəni təqlid etməyə layiq olan. == Hərbi-siyasi tarixi == Yunan-Fars müharibələrində (e.ə. 500-449) yunanların qələbəsi nəticəsində Afina şöhrət qazandı və Delos liqası (Afinanın rəhbərliyi ilə) yaradıldı. Afinanın ən qüdrətli dövrü, siyasi həyatının ən çox demokratikləşməsi və mədəniyyətin çiçəklənməsi Periklın hakimiyyətinə (e.ə. 443—429) təsadüf edir. Afina və Sparta arasında Yunanıstanda hegemonluq və ticarət yolları uğrunda mübarizə nəticəsində Afina və Korinf arasında yaranan ziddiyyətlər Afinanın məğlubiyyəti ilə sona çatan Peloponnes müharibəsinə (e.ə. 431—404) səbəb oldu.
Qırğızıstan–Yunanıstan münasibətləri
Yunanıstan–Qırğızıstan münasibətləri — Yunanıstan Respublikası ilə Qırğız Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. Hər iki ölkə 1992-ci ildə diplomatik münasibətlər qurmuşdur. Hər iki ölkə beynəlxalq təşklatlar səviyyəsində bir-biri ilə əməkdaşlıq edir. Yunanıstan Qırğızıstanda Astanadakı səfirliyi vasitəsilə təmsil olunur. Qırğızıstan Yunanıstanda Bişkekdəki qeyri-rezident səfir vasitəsi ilə təmsil olunur (xarici işlər nazirliyində). Yunanıstandakı Qırğızıstanın maraqlarını Qazaxıstanın Afinadakı səfirliyi təmsil edir. İndiki Qırğızıstan ərazisi İskitlər tərəfindən məskunlaşmış və Makedoniyalı İskəndər tərəfindən fəth edilmişdir. Bu yunanlar ilə bu regionun əhalisi arasında ilk əlaqələ olmuşdur. == Rəsmi ziyarətlər == 2002-ci ildə Qırğızıstan Xarici İşlər Nazirinin müavini Asanbek Osmonaliyev ikitərəfli siyasi əməkdaşlıq perspektivlərini və Qırğızıstan Prezidenti Əsgər Akayevin Yunanıstana rəsmi səfərinin təşkili imkanlarını müzakirə etmək üçün Yunanıstana səfər edir. 31 oktyabr-2 noyabr 2004-cü il tarixlərində Qırğızıstan Prezidenti Əsgər Akayev Yunanıstan Prezidenti Konstantinos Stefanopulos ilə görüşmək üçün Yunanıstana rəsmi səfər edir.
Qızıl Şəfəq (Yunanıstan)
Qızıl Şəfəq (yun. Λαϊκός Σύνδεσμος – Χρυσή Αυγή) - Yunanıstanda fəaliyyət göstərən ultra millətçi, faşist və neo-nasist meyilli siyasi partiya.
Qədim Yunanıstan
Qədim Yunanıstan (yun. Αρχαία Ελλάδα) — Balkan yarımadasının cənub hissəsində, Egey dənizi arasında, Frakiya sahilində, Kiçik Asiyanın qərb sahilində yaranmış dövlətlər qrupunun ümumi adı; təsir dairəsi Appenin yarımadasının cənub sahilinə, Siciliyanın qərbində, Mərmərə, Qara və Aralıq dənizləri sahillərinə də yayılmışdı. Yunanıstan ərazisinin məskunlaşması orta paleolitə aid edilir. Neolit dövründə (e.ə. 7-ci minilliyin ortaları-e.ə. təqr. 2800) Yunanıstan əhalisi əkinçilik və maldarlıqla məşğul olur, oturaq həyat keçirirdi. Yunanıstanın ilk sakinləri qədim yunanlar (onları pelasgilər, karilər adlandırırdılar) yəqin ki, hind-avropalı olmamışlar. E.ə. 2800 və 2000-ci illər arasında şimaldan yunanlar hücum edib Attika, Şimal-Sərqi Peloponnesi, axaylar isə Peloponnesin böyük hissəsini, eoliyalılar Fessaliya və Orta Yunanıstanı tutdular.
Qədim yunan lirikası
Qedim yunan lirikası — qədim yunan ədəbiyyatının mühüm bir mərhələsidir. Bu dövrdə lirika deyil, melos sözü işlənirdi. Lirika sözü sonralar musiqi alətinin adından (lira) yaranmışdır. Qədim yunan lirikasını üç qola ayırırlar: Elegiya Yamb Melika == Elegiya == Müəyyən hüznlü bir hadisənin təsiri ilə yazılan elegiyalar, sonralar siyasi fikirlərin ifadəsinə çevrildilər. Siyasi məzmunu ilə seçilən elegiyalara Solonun elegiyalarını da aid edə bilərik. == Yamb == Satirik məzmunlu şeirlər olmuşdur. Ən görkəmli nümayəndəsi Arxiloxdur. == Melika == Lirik məzmunlu nəğmələrdir və iki növü vardır: monodik və xor nəğmələri. Monodik melikanın ən görkəmli nümayəndələri Alkey, Sapfo və Anakreont olmuşlar və daha çox məhəbbət mövzulu əsərlər yazmışlar. Xor nəğmələrinin epiqram, epinikya kimi növləri vardır.
Qədim yunan mifologiyası
Qədim yunan mifologiyası — qədim yunanların tanrı və qəhrəmanları, dini və ritual təcrübələri, həyat fəlsəfələri ilə bağlı mif və folklor toplusu. == Hesioda görə Teoqoniya == Qədim yunan mifologiyasının tanrıları: Zevs Poseydon Artemida Demetra Hera Aid Eos Hermes Hefest Afrodita Helios Hiperion Teya Nerey Pan Tanat Persefona Hipnos Afina Avart (mifologiya) Keyk (Traxin çarı) Kirena (nimfa) == İstinadlar == Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Qədim yunan məbədi
Qədim yunan məbədi (yun: Ναός; Rom: Naos) qədim Yunanıstanda müqəddəs İlahların heykəllərinin yerləşdiyi tikililər idilər. Məbədin daxili hissələri görüş yeri kimi xidmət etmirdi, çünki müvafiq ilaha həsr olunmuş qurbanlar və ayinlər onlardan kənarda həyata keçirilirdi. Yunan məbədlərinin əksəriyyəti astronomik yönümlü idilər.

Значение слова в других словарях