YURDÇU

i. d.d. child*; heir

YURD-YUVASIZ
YURDDAŞ
OBASTAN VİKİ
Yurdçu
Yurdçu — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda kənd. Arxeoloji araşdırmalar Yurdçunun qədim yaşayış məntəqələrindən biri olduğunu təsdiq edir. Yurdçunun qədim abidələri 1983-cü ildə kəndin şimal-qərbində su anbarı tikilərkən aşkar olunmuşdur. Bu abidələr içərisində ən qədimi Tunc dövrünün müxtəlif mərhələlərinə aid Yurdçu nekropoludur. Onlar içərisində ən qədim abidələr Orta Tunc dövrünün erkən mərhələsinə aiddir. Araşdırmalar zamanı müəyyən olunmuşdur ki, onlar üzəri torpaq və daş qarışıq kurqanla örtülmüş daş qutu tipli qəbirlərdən ibarət olmuşdur. Tаpıntılаr içərisində bоyаlı küpə yüksək sənətkаrlıqlа hаzırlаnmаsı ilə diqqəti cəlb еdir. Оnun аğzının kənаrı хаricə qаtlаnаrаq dəyirmiləşdirilmişdir. Bоğаzı qısа və silindrik, gövdəsi qаbаrıqdır. Üzəri qırmızı bоyа ilə örtülmüş, gövdəsinin yuхаrısı qırmızı bоyа üzərindən qаrа rənglə ştriхlənmiş üçbucаqlаrlа nахışlаnmışdır.
Yurdçu dəfinəsi
Yurdçu dəfinəsi — Kəngərli rayonunun Yurdçu kəndi ərazisindən tapılmış müxtəlif dövrlərə aid gümüş və miss sikkə dəfinəsi. Dəfinədən aşkarlanmış numizmatika məmulatından 328 ədədi AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunda tədqiq edilmişdir. Dəfinədən aşkarlanmış sikkələrdən ən qədimi Bizans imperatoru I Yuanın (969-976) adına kəsilmiş dirhəmdir. Yurdçu dəfinəsi içərisində Səlcuq sultanlarından II Toğrulun, Məsudun, Arslan şahın adına kəsilmiş dirhəmlər də vardır. Dəfinənin əksər sikkələri Azərbaycan Atabəylər dövləti hökmdarlarının adından kəsilmişdir.
Yurdçu kurqanları
Yurdçu kurqanları — Kəngərli rayonuun Yurdçu kəndinin qərbində yerləşən son antik dövrə aid olan arxeoloji abidə. Abidə bir qədər hündürdə olan uzunsov təpənin üstündə yerləşir. 1985-ci ildə ərazidə su anbarının tikintisi zamanı kurqanların çoxu dağıdılmışdır. Tədqiqatlar zamanı 17 qəbir abidəsi öyrənilmişdir. Kurqanların diametri 3- 5 metrdir. Qəbirlər quyu formasında olub dairəvi formadadır. Üzəri qalın kül təbəqəsi ilə örtülmüşdür. Qəbirlərdən çəhrayı, boz, sarı rəngli gil qab qırıqları, çay daşları, heyvan sümükləri, bıçaq, daş qəlib, qırmızı əqiqdən hazırlanmış muncuq, iki çıraq və daş mehrab, həmçinin çoxlu digər maddi mədəniyyət nümunələri aşkar olunmuşdur. Gil qablar və bəzək əşyaları dəfn prosesində müəyyən ayinlərin icra edildiyini göstərir. Dəfn başa çatdıqdan sonra qəbrin üzərində od yandırılır, çox güman ki, qurban da kəsilirmiş.
Yurdçu nekropolu
Yurdçu nekropolu — Kəngərli rayonunun Yurdçu kəndi yaxınlığında Tunc və İlk Dəmir dövrlərinə aid arxeoloji abidə. 1983-cü ildə ərazidə aparılan tikinti işləri zamanı bir nçə daş qutu qəbir dağıdılmış, dağıdılmış qəbirlərdən zəngin maddi mədəniyyət nümunələri aşkarlanmışdır. Qəbirlərin üzəri daş və kurqan qarışıq kütlədən kurqan şəklində düzəldilmişdir. Kurqanların diametri 4 – 8 metr, hündürlüyü 0,2 – 0,5 metrdir. Dağıdılmış qəbirlərdən beşinin materialları toplanmışdır. Arxeoloji məmulatlar boyalı küpə, kasa,çaydan tipli gil qablar, tunc nizə ucu, sırğa, üzük, sancaq və digər bəzək əşyalarından ibarətdir.
Yurdçu sərdabəsi
Yurdçu sərdabəsi — Kəngərli rayonunun Yurdçu kəndinin şimal-qərbində yerləşən Dəmir dövrünə aid arxeoloji abidə. Abidə dördkünc formalı olub, şimal-cənub istiqamətində yönəlmişdir. Divarlar boyunca gil məhlul istifadə olunmadan altı cərgə üst-üstə iri sal daşlar hörülmüşdür. Sərdabənin uzunluğu 3 metr, eni 1,6 metr, hündürlüyü 1,8 metrdir. Şərq və qərb divarlarının hərəsində iki, şimal divarında isə 40x40x40 ölçüdə bir taxça vardır. Giriş yolu xaricdən bütöv daş pilitə ilə qapadılmışdır. Sərdabənin içərisindəki skelet sağ böyrü üstə, yarı bükülü, sağ əli başının altına doğru qatlanmış vəziyyətdə idi. Skeletin arxasında boz, qırmızı, qonur rəngli 4 ədəd küp yerləşdirilmişdir. Qablardan arxada heyvan sümükləri var. Sərdabədən tunc və gümüşdən yüksək sənətkarlıqla hazırlanmış bəzək əşyaları (üzük, sırğa, bilərzik, sancaq, pilək, asma, müxtəlif minerallardan düzəldilmiş muncuqlar), silahlar (nizə ucluqları, dəmir xəncər) və sair tapılmışdır.
Yurdçu yaşayış yeri
Yurdçu yaşayış yeri — Kəngərli rayonu rayonu ərazisində, Yurdçu kəndindən cənub-qərbdə ilk Dəmir dövrünə aid arxeoloji abidə. Abidənin sahəsi 2 hektardır. Yaşayış yeri 1983-cü ildə qeydə alınmışdır. Yerüstü tapıntılar gil qab sınıqlarından və daş alətlərdən ibarət olub iki dövrə bölünür. Birinci dövrə ilk Dəmir dövrünə xas olan gil məmulatı və əmək alətləri daxildir. Axtarışlar zamanı tapılmış yerüstü materiallar dən daşı, çəhrayı və boz rəngli gil qab qırıqlarından ibarətdir. Yurdçu yaşayış yerinin e.ə. X – VIII əsrlərə aid olması ehtimal edilir. Abidədə arxeoloji qazıntı və ciddi tədqiqat işləri aparılmamışdır.
Yurdçu arxeoloji abidələr kompleksi
Yurdçu arxeoloji abidələr kompleksi – Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonu Yurdçu kəndi ərazisində yerləşən arxeoloji abidələr kompleksi. Yurdçu arxeoloji abidələr kompleksinə 5 arxeoloji abidə daxildir: Yurdçu yaşayış yeri — Yurdçu kəndindən cənub-qərbdə İlk Dəmir dövrünə aid arxeoloji abidə. Yurdçu dəfinəsi — Yurdçu kəndi ərazisindən tapılmış müxtəlif dövrlərə aid gümüş və miss sikkə dəfinəsi. Yurdçu kurqanları — Yurdçu kəndinin qərbində son antik dövrə aid olan arxeoloji abidə. Yurdçu nekropolu — Yurdçu kəndi yaxınlığında Tunc və İlk Dəmir dövrlərinə aid arxeoloji abidə. Yurdçu sərdabəsi — Yurdçu kəndinin şimal-qərbində yerləşən Dəmir dövrünə aid arxeoloji abidə.

Значение слова в других словарях