YƏSƏVİLİK

tanınmış sufi təriqətlərindən birinin ardıcıllarıdırlar. Bu təriqətin adı türk soylu Əhməd Yəsəvi (562/1166-cı ildə vəfat etmişdir) ilə bağlıdır. O, tanınmış sufi Yusif Həmədaninin tələbəsi olmuşdur. Yəsəvi Mərkəzi Asiyada türk ellərinin İslamı qəbul etməsində böyük səylər göstərmişdir. Ənənəvi İslamla sufilərin mənəvi yolu arasındakı qarşıdurmaları aradan qaldırmağa çalışmışdır. Əhməd Yəsəvi Türküstanda, Müasir Qazaxstanın Çimkənt şəhərinin yaxınlığında doğulmuş, təhsilini Buxarada almışdır. Onun türk dilində hikmətli şeirlər toplusu olan “Divani- Hikmət” əsəri günümüzə gəlib çatmışdır. Bundan başqa Əhməd Yəsəvinin bir çox əsərləri də olmuşdur. O, çoxsaylı tələbələr yetişdirmişdir. Onların arasında türk soylu Süleyman Ata və Mənsur Ata kimi sufilər də olmuşdurlar. İlk dövrlərdə Əhməd Yəsəvinin təriqəti Mavərənnəhr və Xarəzmdə, sonra isə Qafqaz, Anadolu və Balkanlarda yayılmışdır. Bu təriqət Mərkəzi Asiyada günümüzə qədər mövcuddur. Yəsəvilər və nəqşibəndilər arasında çoxlu bənzərliklər vardır. Yəsəvi mənəviyyat təliminində daha çox insanın öz nöqsanları və nəfsi ilə mübarizə aparmaq ideyaları önəm daşımışdır. Bunu edə bilən insan, zikrlərin vasitəsi ilə saflaşıb nəfsindən qurtula bilər. Yəsəvilər zikrləri uca səslə deyərlər (cəhridir). Mənəvi inkişaf yolunda yəsəvilər xəlvətə çəkilməyə də üstünlük verirlər. Təriqətin müridləri şeyxin buyuruqlarını sual vermədən yerinə yetirirlər.
YƏSƏVİ ƏHMƏD
YƏSRİB
OBASTAN VİKİ
Yəsəvilik
Yəsəvilər — sufi təriqəti Bu sufi təriqəti əslən türk olan Əhməd Yəsəvinin (vəfatı: 1166-cı il) adı ilə bağlıdır. O, məşhur sufi Yusif Həmədaninin davamçılarından olmuş və Mərkəzi Asiyada türk xalqlarının İslamı qəbul etmələri prosesində böyük rol oynamışdır. Dünyagörüşü və hüquqi məsələlərdə hənəfi məzhəbinə mənsub olan Yəsəvi, ənənəvi İslamla sufilikdəki mənəvi təcrübə arasındakı ziddiyyətləri aradan qaldırmağa çalışmışdır. Əhməd Türküstanda (müasir Qazaxıstanın Çimkənt şəhərinin yaxınlığında) anadan olmuş, təhsilini Buxarada almış və təsəvvüf yoluna qədəm qoymuşdur. Sonra o Yasiyə (Türküstana) gedərək ömrünün sonuna qədər orada yaşamışdır. Onun qələmə aldığı çoxsaylı kitablar arasında türk dilində ibrətamiz şeirlər toplusu olan «Divani Hikmət» əsəri dövrümüzədək gəlib çatmışdır. Bundan başqa o, tədrislə məşğul olaraq çoxlu tələbələr yetişdirmişdi. Onların sırasında türk soylu Süleyman Hakim Ata və Mənsur Ata kimi sufi xadimləri də olmuşdur. İlk vaxtlar Əhməd Yəsəvinin təriqəti Məvarənnəhr və Xarəzmdə məşhurlaşmışdır. Sonra isə bu təriqət Qafqazda, Anadoluda və Balkanlarda yayılmışdır.

Digər lüğətlərdə