ZƏLİL ƏRƏB

Həqir, yazıq, bədbəxt, xar. (“Koroğlu” dastanının lüğəti)

Flektivlik baxımından zəlalət sözü ilə eyniköklüdür.

Koroğluyam, məlul düşdüm,

Qürbət eldə zəlil düşdüm,

Möminəyə dəlil düşdüm,

Tərlan olmaz sar, nə deyim?

                (“Koroğlunun Dərbənd səfəri”)

ZƏQQUM ƏRƏB
ZƏMBUR
OBASTAN VİKİ
Ərəb
Ərəblər — Afrika və Asiya qitələrində kompakt şəkildə yaşayan , dünyanın ən böyük xalqlarından biri. Səudiyyə Ərəbistanında, Suriyada, İordaniyada, İraqda, Yəməndə, Omanda, Misirdə, Sudanda (əhalisinin 1/2-ni təşkil edirlər), Əlcəzairdə, Liviyada, Tunisdə və s. əhalinin əksəriyyətini təşkil edirlər. Dünyada sayları təxminən 354.503 milyon nəfərdir. Hazırda dünyada 21 müstəqil ərəb dövləti var. Ərəblər ana dilləri ərəbcə olan, başlıca Ərəb yarımadası və şimali Afrikada yerləşmiş olan sami xalqdır. Aralıq dənizinin cənubunda Afrikada Böyük Səhra və Sudana, şərqində İraqa və Ərəb yarımadasına qədər uzanan bir coğrafiyada yaşayırlar. Əhalisinin əksəriyyəti ərəblərdən ibarət olan və ərəbcə danışılan ölkələr ərəb ölkələri olaraq adlanırlar. Bu ölkələrdə, ərəbcədən əlavə olaraq Şimali Afrikada bərbərcə, İraqda kürdcə və türkməncə, Cənubi Ərəbistanda isə müxtəlif yerli dillər danışılır. == Ərəblərin soyu == İbrahim peyğəmbərin İsmayıl və İshaq adında iki oğulu olmuşdur.
Şəttül-Ərəb
Şəttül-Ərəb (ərəb. شط العرب‎, hərf. Ərəb axını) və ya Ərvəndrud (fars. اروندرود‎, hərf. Ərvənd çayı) — Dəclə və Fərat çaylarının İran Körfəzinə tökülməzdən əvvəl Əl-Kurna məntəqəsi yaxınlığında qovuşmaları nəticəsində yaranan çay. Uzunluğu təxminən 195 km-dir. Böyük hissəsi İraq ərazisindən axsa da, cənub hissəsi İranla İraq arasında təbii sərhəd təşkil edir. Eni dəyişkəndir, Bəsrə yaxınlığında 230 metr olub, mənsəbində 800 metrədək çatır. Çayın üzərində İranın Abadan və Xürrəmşəhr, İraqın Bəsrə kimi əhəmiyyətli sənaye və liman şəhərləri yerləşir. == Ərazi anlaşıqmazlıqları == 17 sentyabr 1980-ci ildə İraq prezidenti Səddam Hüseyn Şəttül-Ərəb çayının statusu ilə bağlı 1975-ci il Əlcəzair razılaşmasını denonsasiya edərək çayın şərq sahillərini İraq ərazisi elan edir və Əbu Musa, Böyük və Kiçik Tonb adalarının İran ordularından təmizlənməsi tələbini irəli sürür. Bu hadisə İran-İraq müharibəsinin başlanması üçün formal səbəblərdən biri olmuşdur.
Ərəb (Ağdaş)
Ərəb — Azərbaycan Respublikasınınnın Ağdaş rayonunun inzibati ərazi vahidində kənd. Bəzi qaynaqlarda adı Ərəb Kükəl olaraq da qeyd edilir. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 951-IIQ saylı Qərarı ilə Ağdaş rayonunun Ərəb kəndi Kükəl kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Ərəb kənd inzibati ərazi vahidi yaradılmışdır. == Toponimikası == == Tarixi == Kəndin yaxınlığında XVIII əsrə aid Surxay qalasının qalıqları aşkar edilmişdir. 1913-cü ildə Yelizavetpol quberniyasının inzibati-ərazi bölgüsünə əsasən kənd Ərəş qəzasının Xosrov kənd cəmiyyətinə tabe idi. 1926-cı ildə Azərbaycan SSR-in inzibati-ərazi bölgüsünə əsasən kənd Ərəş qəzasının Hacıəlili dairəsinə aid edilirdi. 1929-cu ildə inzibati bölgü və qəzalar ləğv edildikdən sonra Azərbaycan SSR-in Ağdaş rayonunda Kükəl kənd şurası yaradılmışdır. 1961 və 1977-ci illərin İnzibati bölgüsünə əsasən Ərəb kəndi Azərbaycan SSR Ağdaş rayonunun Kükəl kənd sovetinə daxil idi. 2014-cü ildə Ərəb kənd inzibati ərazi vahidi ləğv edilmiş, kənd Kükəl kənd inzibati ərazi vahidinin tərkibinə daxil edilmişdir. === Tarixi abidələri === Yaxınlığında XVIII əsrə aid Surxay qalasının qalıqları var.
Ərəb (Laçın)
Ərəb — Azərbaycan Respublikasının Laçın rayonu Fətəlipəyə kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Kənd dağətəyi ərazidədir. Yaşayış məntəqəsinin Bağırbəyli tayfasına mənsub ailələr Ərəbdüzü adlanan yerdə salmışlar. Yaşayış məntəqəsi özündə ərəb etnonimini əks etdirir. VII əsrdən ərəb işğallarının başlaması ilə əlaqədar Xilafətin tərkibinə daxil olan ərazilərə, o cümlədən Azərbaycana xeyli ərəb tayfası köçürülmüşdü. Mənbələrin məlumatına görə, təkcə xəzər-ərəb müharibələri dövründə Hişam ibn Mərvan 731-ci ildə Şimal sərhədlərini qorumaq üçün Azərbaycanda Şamdan (Suriya) gəlmiş 40 min ərəb ailəsi yerləşdirmışdi. Ərəblərin Azərbaycana köçürülməsi sonralar kütləvi hal almışdı. Gələn ərəblərin əksəriyyəti İam, Mosul, Diar, Rəbiə, Yəmən, Xeybər, Xillə, Kufə, Bəsrə və s. dairələrdən idi. XIX əsrə aid məlumata görə, Zaqafqaziyada ərəb komponentli kənd adlarının 29-undan 19-u Bakı quberniyasında idi.
Ərəb (Masallı)
Ərəb — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 1106 nəfərdir. == Toponimiyası == Yaşayış məntəqəsi özündə ərəb etnonimini əks etdirir. VII əsrdən ərəb işğallarının başlaması ilə əlaqədar Xilafətin tərkibinə daxil olan ərazilərə, o cümlədən Azərbaycana xeyli ərəb tayfası köçürülmüşdür. Mənbələrin məlumatına görə, təkcə xəzər-ərəb müharibələri dövründə Hişam ibn Mərvan 731-ci ildə şimal sərhədlərini qorumaq üçün Azərbaycanda Şamdan (Suriya) gəlmiş 40 min ərəb ailəsi yerləşdirmişdir. Ərəblərin Azərbaycana köçürülməsi sonralar kütləvi hal almışdır. Gələn ərəblərin əksəriyyəti Şam, Mosul, Diar, Rəbiə, Yəmən, Xeybər, Xillə, Kufə, Bəsrə və s. dairələrdən idi. XIX əsrə aid məlumata görə, Zaqafqaziyada ərəb komponentli kənd adlarının 29-undan 19-u Bakı quberniyasında idi.
Ərəb (Xaçmaz)
Ərəb — Azərbaycan Respublikası Xaçmaz rayon inzibati-ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 969 (2009) nəfərdir. Əsas etnik qrup azərbaycanlılardır. == Təhsil == Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2018-ci il tarixli Sərəncamı ilə Xaçmaz rayonu Ərəb kənd 40 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması üçün 260 000 manat vəsait ayrılmışdır.
Ərəb (dəqiqləşdirmə)
Ərəb (Ağdaş) — Azərbaycanın Ağdaş rayonunda kənd. Ərəb (Masallı) — Azərbaycanın Masallı rayonunda kənd. Ərəb (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunda kənd. Ərəb (Laçın) — Laçın rayonu Fətəlipəyə kənd inzibati ərazi dairəsində kənd. Digər Ərəb — Asiyada millət.
Ərəb Baharı
Ərəb ölkələrində etiraz dalğası — 2010-cu ilin dekabrından ərəb ölkələrində işsizlik, ərzaq qiymətlərinin yüksəlməsi, söz azadlığı, bürokratik əngəllər və aşağı həyat səviyyəsi ilə əlaqədar başlayan etiraz nümayişləridir. İlk qiyam 18 dekabrda Tunisdə başlamış və 1987-ci ildən hakimiyyətdə olan dövlət başçısı Zeynalabdin ben Əlinin ölkəni tərk etməsi və onun qurduğu siyasi sistemin çökməsi ilə nəticələnmişdir. Tunis İnqilabının qələbəsi digər ərəb ölkələrində — Misir, Yəmən, Əlcəzair və İordaniyada da nümayişlər dalğasına səbəb olmuşdur.
Ərəb Bank
Ərəb Bankı – 1930-cu ildə yaradılmış, may ayının 21-də qeydiyyatdan keçmiş təşkilat. == Haqqında == Ərəb Bankı 1930-cu ildə Yerusəlimdə təsis edilib. Zamanla banklar şəbəkəsi ərəb ölkələrinin böyük hissəsini əhatə etmişdir. Bankın baş ofisi 1948-ci ildə İordaniyanın Amman şəhərinə köçürülmüşdür. Ərəb Bank 1962-ci ildə ərəb banklarının beynəlxalq maliyyə bazarında yayılmasının əsasını qoymuşdur. Hal-hazırda 7 şöbəsi, köməkçi bankları və filialları dünyanın əsas maliyyə mərkəzlərində fəaliyyət göstərir. Bankın 40-dan çox ölkədə 350-dən çox şöbəsi fəaliyyət göstərir. Bank öz tərkibində 30 dövləti birləşdirir. Ərəb Bank Əmman birja fondunda qeydiyyatdan keçmiş ictimai səhmdar təşkilatdır. Bank Yaxın Şərqdə və Şimali Afrikada ən iri iqtisadi mühərrik rolunu oynayır.
Ərəb Birliyi
Ərəb Dövlətləri Liqası (ƏDL) (ərəb. جامعة الدول العربية‎; Cəmiyyət əd-Düval əl-Ərəbiyyə) və ya sadəcə Ərəb Liqası (ərəb. الجامعة العربية‎; əl-Cəmiyyə əl-Ərəbiyyə) — ərəb dövlətlərinin beynəlxalq təşkilatı. Hal-hazırda təşkilata 22 dövlət daxildir. Təşkilat Misir, İraq, İordaniya, Livan, Səudiyyə Ərəbistanı, Suriya və Yəmən tərəfindən 22 mart 1945-ci ildə yaradılmışdır. Təşkilatın mərkəz-qərargahı Qahirə şəhərində yerləşir, indiki baş katibi Əmir Musadır. Türkiyə təşkilatda daimi müşahidəçi statusuna malikdir. == Təsis olunması == ƏDL-in yaradılması, Osmanlı imperiyasının keçmiş ərəb vilayətlərində Birinci Dünya Müharibəsindən sonra yaranan ərəb birliyi hərəkatının ən nəzərə çarpan nəticəsi olmuşdur. Ərəb millətçiləri bu ərazinin beş ayrı suveren dövlətə parçalanmasına qarşı çıxırdılar. Fransa və Böyük Britaniyanın mandat sistemi və Fələstində yəhudi dövlətinin yaradılması, daha çox narazılığa səbəb olmuşdur.
Ərəb dənizi
Ərəbistan dənizi (ərəb. بحر العرب‎, fars. دریای عرب‎, urdu بحیرہ عرب, hind. अरब सागर, somali Bada Carbeed, ing. Arabian Sea)— Hind okeanının bir regiondur ki, şimal tərəfindən Pakistan və İran, cənub tərəfindən Somalinin şimal şərqi, şərq tərəfindən Hindistan və qərb tərəfindən Ərəbistan yarımadası ilə həmsərhəddir. Ərəb dənizi səthinin sahəsi (1,491,130 kvadrat mil) təxminən3,862,000 km²-dir.
Ərəb jasmini
Ərəb jasmini (lat. Jasminum sambac) — zeytunkimilər fəsiləsinin jasmin cinsinə aid bitki növü. == Təbii yayılması == Cənub və Cənub-şərqi Asiyanın yerli bitkilərindəndir. Filippinin milli gülüdür və orada "sampaguita" adlanır. Həmçinin, İndoneziyanın üç milli gülündən biridir və orada "melati putih" kimi tanınır. == Botaniki təsviri == Cəlbedici və şirincəsinə ətirli gülləri üçün geniş şəkildə becərilir. == Ekologiyası == == Azərbaycanda yayılması == == İstifadəsi == Gülləri ətriyyat və çay hazırlanması üçün istifadə olunur. == Ədəbiyyat == Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri. Bakı: Elm, 2014, 380 səh.
Ərəb köpgəröküzü
Ərəb köpgəröküzü (lat. Oryx leucoryx) — köpgəröküz cinsiə aid heyvan növü.
Ərəb körfəzi
İran körfəzi həmçinin Ərəb körfəzi ve ya Bəsrə körfəzi (türk.Basra Körfezi; fars. خلیج فارس - Xəlic-e Fars; ərəb. الخليج العربی‎ - əl-Xəlicül-ərəbı, əl-Xəlic əl-ərəbı) — İran və Ərəbistan yarımadası arasında körfəz. Hörmüz boğazı vasitəsilə Oman körfəzi, Ərəbistan dənizi və Hind okeanı ilə birləşir. Bu körfəzin adı ilə bağlı İranla ərəb ölkələri arasında gərginlik var.İranlılar bu körfəzin adının Fars körfəzi olduğunu təkid edirlər, lakin ərəb ölkələri bu körfəzin adını Ərəb körfəzi hesab edirlər.Bu körfəz türkcə Bəsrə körfəzi də adlanır.Bu ad tarixi köklərə malikdir və Osmanlı İmperiyası dövründə bu adla tanınıb.Azərbaycanda bu körfəz İran körfəzi adlanır ki, bu yanlış addır və heç bir tarixi əsası yoxdur. Körfəzin sahilində yerləşən ölkələr Oman, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Qətər, Bəhreyn, Küveyt, İraq və İrandır. Dəclə və Fərat çaylarının qovuşması nəticəsində yaranan Şəttül-Ərəb çayı Ərəb körfəzinə tökülür. Hidroloji, hidrokimyəvi və digər xüsusiyyətlərinə görə Ərəb körfəzi dənizlərlə oxşardır. Körfəzin sahəsi 239 000 km², uzunluğu 926 km, eni 180–320 km, orta dərinliyi 50 metrdən az, maksimal dərinliyi 102 metrdir. == Mübahisəli adlandırma == Mənbələrdə körfəz müxtəlif cür adlandırılır.
Ərəb milliyətçiliyi
Ərəb milliyətçiliyi (ərəb. القومية العربية, al-Qawmiyya al-`arabiyya‎) — Ərəblərin bir millət olduğunu və ərəb xalqının birliyini təbliğ edən, ərəb sivilizasiyasını, ərəb dilini və ədəbiyyatını qeyd edən, ərəb dünyasında cavanlaşma və siyasi birliyə çağırış edən millətçi ideologiya. Onun mərkəzi məqsədi Atlantik okeanndan Hind okeanına qədər ərəb dünyasının xalqları ümumi etnik, linqvistik, mədəni, tarixi, milliyyətçi, coğrafi və siyasi oxşarlıqları ilə ümumi bir millət yaratmaqdır. Ərəb millətçiliyinin əsas hədəflərindən biri ərəb dünyasında qərbin təsirinin sona çatmasıdır, ərəb gücünün "nemesisi" kimi qəbul edilən və bu ərəb hökumətlərinin qərb gücündən asılı olduğu hesab olunur. XX əsrin əvvəllərində Osmanlı İmperiyasının zəifləməsi və məğlubiyyəti ilə meydana gəlmişdir. Firkin təsiri Altıgünlük müharibədə ərəb ordusunun məğlubiyyətindən sonra azalmışdır. Ərəb millətçiliyinə əlaqədar olan şəxslər və təşkilatlara İraq kralı I Feysəl, Misir prezidenti Camal Əbdül Nasir, Ərəb Milliyyətçi Hərəkatı, Libya lideri Muəmmər Qəddafi, İraqda bir neçə il hakimiyyətə gələn və hal-hazırda Suriyada haimiyyətdə olan Ərəb Sosialist BƏƏS Partiyası və onun qurucusu olan Mişel Əflaqı aid etmək olar. Ərəbçilik fikridə bu fikrə oxşar bir ideologiyadır. == Terminologiya == Ərəblərin özləri bu anlayış anlayışı üçün iki sözdən birini istifadə edə bilərlər: "Kəvmiyyə" (ərəb. قومية‎, "qəbilə" mənasını verən bir sözdən gəlir və daha çox "qan millətçiliyi" deməkdir) və "Vətəniyyə" (ərəb.
Ərəb mətbəxi
Ərəb mətbəxi – ərəb dünyasını şərqdən qərbə qədər əhatə edən mətbəxlərdən biri. Ərəb mətbəxinə Levant, Türkiyə, Kopt və digər xalqların mətbəxləri təsir göstərmişdir. == Tarixi == Ərəblər erkən orta əsrlərdən ədviyyatlara xüsusi önəm vermişlər.Ərəb mətbəxində aşağıdakı maddələrə diqqət yetirilir: Ət-quzu və toyuq ətindən çox istifadə olunur.Dəvə ətindən xüsusi qonaqlıqlarda istfadə edilir.Sahil tərəfdə yaşayan əhali daha çox balıq ətinə üstünlük verir. Süd məhsulları - geniş yayılmışdır, əsasən yoğurt və ağ pendir, yumurta və krem də geniş istifadə olunur . Otlar və Baharatlar - Nanə və kəklikotu geniş yayılmışdır, demək olar ki, bu gün ənçox bu bitkilərdən istifadə olunur.Ədviyyat hind mətbəxindən daha az istifadə olunur. Ədviyyatların miqdarı və çeşidi regiondan regiona dəyişir. İçkilər: İsti içkilərə nisbətən soyuq içkılərdən istifadə olunur.qəhvə menyuda birinci təqdim olunur daha sonra çay (xüsusilə Sri Lanka çayı) üstünlük təşkil edir. Taxıl bitkiləri: buğda bulqur düyü ərəb mətbəxinin əsasını təşkil edir. paxlalılar - mərcimək lobya, noxud geniş istifadə olunur . Tərəvəz və meyvələr: xiyar, badımcan, bamİya və soğan ,əncir nar və zeytun ərəb mətbəxinin ayrılmaz tərkib hissəsidir .
Ərəb qanqalı
Ərəb qəhvəsi
Ərəb qəhvə ağacı (lat. Coffea arabica) — qəhvə ağacı cinsinə aid bitki növü. Qəhvə bütün dünya xalqları tərəfindən çox qədimdən qida kimi istifadə olunan təbii nemətdir. O, başqa yeyinti məhsullarından fərqli olaraq, insan üçün daha faydalıdır. Onun üstünlüyü orasındadır ki, o, lazımi miqdarda (0,2 q) qəbul etdildikdə, orqanizmin qüvvəti və fəaliyyəti xeyli artırır, eyni zamanda fiziki və zehni yorğunluq götürülür, insanda bir növ yüngüllük, xoş əhvali – ruhiyyə və əmək gümmrahlığı yaranır. Məhz bu xassəsinə görə də qəhvədən çox qədim vaxtlardan bəri bütün dünyada, xoş ətirli və dadlı qida kimi geniş istifadə olunmaqdadır. Çoxlarımızın tanıdığı və istifadə etdiyi qəhvə – poroşok halına salınmış qəhvə ağacının toxumlarıdır. Bu ağacın isə əsil vətəni Həbəşistan və ərəb ölkələridir. Bu ölkələrdə vaxtilə qəhvə ağacları təbii halda çox geniş yayılmışdır. Bu qiymətli bitki çox qədimdən Hindistanda və Yava adalarında geniş becərilir.
Ərəb rəqəmləri
Ərəb rəqəmləri — rəqəmlərin ənənəvi dəsti: 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9; bir çox ölklərdə istifadə edilən onluq sisteminin rəqəmləri. Hazırda istifadə edilən rəqəmlər Hindistandan gəlib və Avropa xalqları bu rəqəmlərlə ərəblərin sayəsində tanış olmuşlar. İlk dəfə XVI əsrdə yeni nömrələmə geniş şəkildə yayılmağa başlamışdır. Ərəb sistemi olan onluq say sistemi istənilən qədər böyük ədədi yazmağa imkan verir.
Ərəb salatı
Ərəb salatı və ya Ərəbistan salatı, ərəb ölkələrinə, ümumilikdə Ərəb mətbəxinə məxsus olan yemək növüdür. Müxtəlif meyvə və ədviyyatların qarışığından ibarət olub, çox vaxt məzə kimi süfrəyə verilir. Ərəb salatları siyahısına Əlcəzair mətbəxindən "Əlcəzair salatı" (Salata Jaza'iriya) və "Qara zeytun və narıngi salatı" (Salatat Zaytoon), Tunis mətbəxindən "Salata Maçviya" (qovrularaq bişirilmiş bibər, pomidor, sarımsaq, soğan, zeytun və tunes balığı), Suriya və Livandan "Artişok salatı" (Salataf Khurshoof) və "Çuğundur salatı" (Salatat Shamandar), Fələstin və İordaniyadan "Avokado salatı" kimi salatlar daxildir. Ərəb dünyasında yeyilən digər məşhur Ərəb salatlarına Fatuş və Tabuli aiddir. Woman's Day (Qadınlar Günü) jurnalında verilmiş salat reseptinə xırda doğranmış pomidor, xiyar və soğan daxildir . Əksər hallarda salata cəfəri qatılır, yeni sıxılmış limon suyu və zeytun yağı əlavə olunur. Ərəb salatına heç vaxt kahı qatılmır. Soğan istisna olmaqla, ərəb salatlarına qatılan heç bir tərəvəzin qabığı təmizlənmir, hazırlanmış salat dərhal süfrəyə verilir. Salatın yanında süfrəyə ərəb çörəyi pide, eləcə də limon suyu və yağ qarışığına sumax qatılaraq verilə bilir . Fələstinlilər arasında bu salat Salatat əl-Bundura ("pomidor salatı") adı ilə tanınır və süfrəyə adətən düyü yeməkləri ilə yanaşı verilir .
Ərəb səhrası
Ərəb səhrası və ya Ərəbistan səhrası — Qərbi Asiyada yerləşən səhra. Bu geniş səhra Yəməndən İran körfəzi, Oman,İordaniya və İraqa qədər uzanır. 330,000 km2 sahəsi ilə Ərəbistan yarımadasının əksəriyyətin əhatə edir. Onun mərkəzində Rub əl-Xali, dünyanın ən böyük fasiləsiz qum orqanlarının biri yerləşir.
Ərəb tarı
Ərəb tarı (lat. Arabitragus jayakari) — boşbuynuzlular fəsiləsinin keçilər yarımfəsiləsinə aid heyvan növü. == Təsviri == Ənənəvi olaraq Ərəb tarı Tarlar cinsinin üç növündən biridir. Bu cinsə Ərəb tarından başqa Himalay və Nilqirian tarlarıda daxildir. Digər tarlar kimi ərəb tarı da keçilər yarımfəsiləsnin qalan növlərinə bənzərliyi ilə seçilir. Bununla belə çəkisi 23 kiloqramı keçmir ki, bu da ərəb tarlarını tarlar arasında ən kiçik növə çevirir. Yığcam bədən qruluşauna sahibdir. Güclü ayaqları qayalara dırmanmaq üçün uyğun gəlir. Heyvanın bel sütunu boyunca sıx uzun tükləri quyruq istiqamətində uzanır. Həm erkək, həm də dişilər arxaya əyilmiş bir cüt buynuza sahib olurlar.
Ərəb üsyanı
Ərəb üsyanı (ərəb. الثورة العربية, Al-Thawra al-`Arabiyya‎, türk. Arap İsyanı/Ayaklanması, ing. Arab Revolt) — Yaxın Şərqdə müstəqil ərəb dövlətlərinin formalaşmasına səbəb olan 1916-1918-ci illərdə baş vermiş azadlıq hərəkatı. == Arxa plan == Osmanlı İmperiyasının vilayətlərindən biri olan Hicaz, valilər tərəfindən idarə olunurdu. Vilayətin idarəçiyilində, validən başqa Peyğambər soyundan və məhdudi səlahiyyətlərə sahib olan bir əmir mövcud idi. Bu əmirlərdən sonuncusu olan Şərif Hüseyn vəzir rütbəsiylə Dövlət Şurasının bir üzvü olmasına baxmayaraq, Şərif Abdi Lillah Paşanın 1908-ci ildə birdən vəfatı üzərinə Məkkə əmiri tituluna layiq görülmüş və oraya göndərilmişdir. Şərif Hüseyn, II Ədbulhəmidin iqtidarı zamanı etibarsız görülərək İstanbulda saxlanılmış və Dövlət Şurasının üzvü olmuşdur. İttihad və Tərəqqi partiyası rəhbərliyə gəldikdən sonra bu vəziyyət üzərinə onu Məkkə əmiri tituluna layiq görmüşdür. Məkkə əmiri Şərif Hüseyn və bölgənin Osmanlı valisi Vəhib paşa arasındakı anlaşılmazlıq üsyanın təməllərindən biri idi.
Ərəb İraqı
Cənubi Mesopotamiya və ya Aşağı Mesopotamiya — Mesopotamiyada tarixi region. İraqın Həmrin dağlarından Bəsrə körfəzi yaxınlığındakı Fao yarımadasına qədər allüvial düzənliyində yerləşir. Orta əsrlərdə bu region həm də Səvad və əl-Cəzirə əl-sfliyə ("Aşağı Cəzirə") kimi tanınırdı. Növbəti dövrlərdə region "Əcəm İraqı" adlanan Cibaldan fərqli olaraq əl-İraq əl-Ərəbi ("Ərəb İraqı") adlanmışdır. Cənubi Mesopotamiya Şumer və Babilistanın vətəni idi.
Ərəb əlifbası
Ərəb əlifbası — Suriya, İordaniya, İraq, Ərəbistan yarımadası ölkələri, Misir, Sudan, Somali, Eritreya, İran, Əfqanıstan, Pakistan, Mərakeş, Əlcəzair, Mavritaniya, Tunis, Liviya və s. ölkələrin əlifbası.