Zəmanət Haqqı

ilkin sifarişin yerinə yetirilməsi prosesində, sifarişdən mümkün ola bilən imtinanın qarşısını almaq məqsədilə həyata keçirilən, müştəri tərəfindən sifarişin ümumi dəyərindən bir hissəsinin əvvəlcədən, ilkin olaraq ödənilməsidir.
Zəmanət Fondu
Zəmanət Kapitalı
OBASTAN VİKİ
Zəmanət
Zəmanət və qarant — zəmanət verən şəxs; dövlət, təşkilat, müəssisə, fərd ola bilər. Subyekt hər hansı öhdəliklərə və ya bir şeyin keyfiyyət və xüsusiyyətlərinə görə müəyyən məsuliyyət (öhdəlik) elan edir və öz üzərinə götürür. Zamin duran şəxsə zəmanətçi və ya qarantçı deyilir. Dövlət vətəndaşlara və ya hüquqi şəxslərə hər hansı öhdəlikləri yerinə yetirmək üçün təminatlar verə bilər. Məsələn, dövlət zəmanəti dövlətin vətəndaşlar və ya hüquqi şəxslər qarşısında maddi və ya qeyri-maddi nemətlərin verilməsini nəzərdə tutan öhdəliyidir. Hüquqi təminatlar isə qaydalar toplusudur ki, onlara əsasən dövlət şəxsə məxsus bütün qanuni hüquqlara hörmət etməlidir. Zəmanətin subyekti təsərrüfat subyekti ola bilər. Məsələn, bank zəmanəti borclunun (əsas verənin) tələbi ilə bankın, digər kredit təşkilatının, sığorta təşkilatının və ya digər kommersiya təşkilatının (zəmanətçinin) verdiyi öhdəliklərin yerinə yetirilməsini təmin etmək üsullarından biridir. kreditora (faydalanan şəxsə) onun ödənilməsi tələbi ilə onlara pul məbləği ödəmək öhdəliyi. Marketinq vasitəsi kimi zəmanət məhsulun satışa çıxarılan istehlak xüsusiyyətlərinə uyğunluğunun göstəricisidir.
Zəmanət İbrahimli
Zamanət Gülhəsən oğlu İbrahimov (11 may 1989; Salyan rayonu, Azərbaycan SSR — 27 sentyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. Zamanət İbrahimov 1989-cu il mayın 11-də Salyan rayonunun Sarvan kəndində anadan olub. 1997-2007-ci illərdə İ. Həsənov adına tam orta məktəbdə təhsil alıb. Zamanət İbrahimov 2007-2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2009-cu ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi. 2009-2011-ci illərdə Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissədə, 2011-2014-cü illərdə Göygöl rayonuda yerləşən "N" saylı hərbi hissədə, 2014-2017-ci illərdə Goranboy rayonunda yerləşən "N" saylı hərbi hissədə, 2017-ci ildən isə Naftalanda yerləşən "N" saylı hərbi hissədə xidmət edirdi. Azərbaycan Ordusunun giziri olan Zamanət İbrahimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Zamanət İbrahimov sentyabrın 27-də Madagizin azad edilməsi zamanı şəhid olub. Salyan rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Zamanət İbrahimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
İsmayıl Haqqı
İsmayıl Hakkı (türk. İsmail Hakkı; 1883, Konstantinopol – 4 iyun 1923, Keşan[d], Ədirnə ili) — Türk hərbçisi və siyasətçisi. 13 mart 1899-cu ildə hərbi məktəbə daxil olmuş və 10 yanvar 1902-ci ildə oranı leytenant rütbəsi ilə bitirmişdir. 1910–1911-ci illər arasında fransız ordusunda təlim keçdi. 1897-ci ildə Osmanlı-Yunan müharibəsində, Balkan müharibələrində və Birinci Dünya müharibəsində iştirak etmişdir. 17 sentyabr 1920-ci ildə Anadoluya gələrək Türkiyə İstiqlaliyyət Müharibəsinə qoşuldu. Müharibədən sonra "İstiqlaliyyət medalı" ilə təltif edildi. 4 aprel 1923-cü ildə Keşan Jandarma Bölgəsinin müfəttişi olarkən vəfat etdi. "Osmaniyyə" ordeni Məcidiyyə ordeni "Müharibə" medalı (Osmanlı imperiyası) "Ləyaqət" medalı (Osmanlı imperiyası) "İstiqlaliyyət" medalı (Türkiyə Respublikası) İtaliya-Osmanlı müharibəsi Balkan müharibələri Birinci Dünya müharibəsi Türkiyə İstiqlaliyyət müharibəsi T. C. Genelkurmay Harp Tarihi Başkanlığı Yayınları, Türk İstiklâl Harbine Katılan Tümen ve Daha Üst Kademelerdeki Komutanların Biyografileri, Genelkurmay Başkanlığı Basımevi, Ankara, 1972, s. 156.
Vicdan haqqı
Vicdan haqqı — Rövşən İsaxın quruluşçu rejissorluğu ilə çəkilmiş Azərbaycan teleserialı. Qohumu İmranın (İlham Hüseynov) ardınca Rusiyaya işləməyə getmiş ədəbiyyat müəllimi Kamil (Elxan Yunis), orada başına gələn hadisələrdən sonra, Larisa (Çimnaz Sultanova) adlı bir rus qadınla evlənir. Kamilin Azərbaycanda da ailəsi var. Həyat yoldaşı Dilarə (Kəmalə Müzəffər), qızı Nərgiz (Ülviyyə Xəlilbəyli) və oğlu Fariz (Murad İsmayıl) onun yolunu gözləyir. Rusiyada yaşadığı 8 il müddət ərzində Larisa ilə nikahdan bir oğlu da olur. Kamil düşdüyü çətin vəziyyətdən yaxa qurtarandan və bütün maddi problemlərini həll etdikdən sonra Azərbaycana qayıdır. Çox keçmir ki, Larisa da öz oğlu ilə onun yanına gəlir. Bu hadisədən isə yalnız İmran, Minayə (Hicran Nəsirova) və Afaqın (Təzəgül Hidayət) xəbəri var. Lakin hadisələr elə cərəyan edir ki, Kamil bu xəbəri digər ailə üzvlərindən də çox gizlədə bilmir. Serialın ilk mövsümü 5 fevral 2016 – 24 iyun 2016-cı il tarixlərini əhatə etmişdir.
Güvənliyə zəmanət verilmir
Güvənliyə zəmanət verilmir (ing. Safety Not Guaranteed) — 2012-ci ildə ekranlara çıxan komediya janrındakı ABŞ filmi. Filmdəki səhnələrin birində Arctic Monkeys qrupunun “Brick by Brick” mahnısı səsləndirilir. Bir adam qəzetə elan yerləşdirib, zaman səyahətində ona qoşulacaq birini axtarır. Aubrey Plaza — Darius Britt Mark Düplass — Kenneth Calloway Jake Johnson — Jeff Schwensen Karan Soni — Arnau Jenica Bergere — Liz Mary Lynn Rajskub — Bridget Kristen Bell — Belinda Jeff Garlin — Darius's father William Hall Jr. — Shannon Official website at the Wayback Machine (archived yanvar 15, 2013) Safety Not Guaranteed — Internet Movie Database saytında.
Hafiz Haqqı Paşa
Hafiz Haqqı Paşa (24 aprel 1878, Ədirnə - 15 fevral 1915, Ərzurum) - Osmanlı ordusunda xidmət etmiş hərbçi. Hərb məktəbində Ənvər Paşa, Mahmud Kamil Paşa və Fəxrəddin Paşa ilə eyni sinifdə təhsil almışdır. Bu məktəbdə ilk sinifini ikinciliklə, 5 dekabr 1902-ci ildə son sinifini isə birinciliklə bitirmişdir. Sultan V Muradın nəvələrindən biri olan Behiyə Sultanla (Mehmed Səlahəddin Əfəndinin qızı) ailə həyatı qurmuşdur. 1912-ci ildə Balkan müharibələrində iştirak etmişdir. "Vicdani" təxəllüsü ilə qəzetlərdə müxtəlif məqalələrin müəllifi olmuşdur. "Şanlı Əsgər" adlı kitabın müəllifidir. 3-cü Ordunun tərkibində rus və erməni birləşmələrinə qarşı Sarıqamış döyüşündə iştirak etmişdir. Döyüş ərzində Ənvər Paşanın rəhbərliyi altında olan birliklərin qeyd olunan hədəflərə qısa müddət ərzində çatmasına baxmayaraq, Haqqı Paşanın rəhbərliyi altında olan birliklər əsas hədəflərinə çata bilmədi və nəticədə döyüş əməliyyatı türklər üçün uğursuz oldu. Bu məğlubiyyətdən sonra Ənvər Paşa 3-cü Ordunun idarəçiliyini Hafiz Haqqı Paşaya təhvil verərək İstanbula qayıtmışdır.
Minimal əmək haqqı
Minimum aylıq əməkhaqqı — işçinin əməyinə görə ona ödənilən maaşın ən aşağı pilləsidir. Minimum aylıq əməkhaqqı siyasətinin dəstəkçiləri iddia edirlər ki, bu siyasət işçilərin həyat şəraitini yüksəldir, yoxsulluq səviyyəsini azaldır və biznesin effektli olması yönündə stimul yaradır. Ancaq digər iqtisadçılara görə isə əslində minimum əmək haqqı siyasəti faktiki olaraq yoxsulluq səviyyəsini yüksəltməsi , işsizlik səviyyəsini yüksəltməsi və biznes aktivliyinə ziyan olması yönündə tənqid edilir. Azərbaycanda minimum əməkhaqqı – qanunvericiliklə ixtisassız əməyə və xidmətə görə aylıq əməkhaqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir. Azərbaycanda minimum əməkhaqqı ölkə prezidenti tərəfindən təyin olunur.
Minimum əmək haqqı

Torpaq Haqqı (1986)
Filmdə neft istehsalı prosesində yol verilən laqeydlik nəticəsində və baxımsızlıq ucbatından dünyanın min cür nemətlərini yetişdirməyə qadir olan Abşeron torpaqlarının yararsıq hala düşməsindən bəhs edilir. Film eyni zamanda torpağı sevməyi və onu qorumağı öyrədir. Rejissor: Tofiq Mütəllimov Ssenari müəllifi: Sirus Zindadel (Sirus kimi) Operator: Azər Salayev Bəstəkar: Əli Babayev Səs operatoru: Şamil Kərimov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 330. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan.
Uzunçarşılı İsmayıl Haqqı
İsmail Haqqı Uzunçarşılı (23 avqust 1888, Əyyubsultan – 10 oktyabr 1977, İstanbul) — Türkiyə siyasətçisi və tarixçisi. 1912-ci ildə Darülfünunun ədəbiyyat bölümünü bitirərək Kütahya edadisi tarix müəllimi təyin olundu. 1921-ci ildə getdiyi Ankarada, ulusal hökumətcə öncə Trabzon Litseyində, sonra Kastamonu edadisində görəvləndirildi. Müəllimliyi çeşidli məktəblərdə sürdürən Uzunçarşılı 1926-cı ildə ibtidai məktəb müdürü, 1927-ci ildə Balıkəsir millətvəkili oldu. Məclis çalışmalarının yanı sıra 1932–1938-ci illər arasında İstanbul Universitəti Ədəbiyyat Fakültəsi Tarix Bölümündə dərslər verdi; Türk Tarix Kurumunda görəv yaptı. 1950-ci ildə millətvəkilliyindən ayrılaraq yalnızca tarix çalışmalarına davam etdi. Kastamonuda çıxan "Açık Söz" qəzetində dərc olunan yazılarla adını duyurdu. İlk çalışmalarını Kastamonu tarixi, Balıkəsir tarixi, Kütahya şəhəri (1932) kimi yerəl tarix araşdırmalarına ayırdı. Daha sonra Anadolu bəyliklərini incələmə mövzusuna girişdiysə də, Osmanlı imperiyasının siyasi tarixinə və dövlət təşkilatına ilişkin kitablarıyla tanındı. 89 yaşında arxivdə çalışırkən hayata gözlərini yumdu.
İbrahim Haqqı Ağyol
İbrahim Haqqı Ağyol Cümhiriyyət dövrünün ilk coğrafiyaçılarındandır. İlk təhsilini Silistrədə alan Akyol, 1990-cu ildə oranı yüksək qiymətlərlə bitirmişdir. Məktəbdəki uğuruna görə onu Qalatasaray Sultanisə qəbul ediblər. Həmin dövrdə xaricə tələbə göndərmək yarışmasının qalibi olub, Avropaya Lausanne universitetinə Maarif nəzarəti altında oxumağa yollanır. 3 il ərzində təbii və fiziki coğrafiya üzrə coğrafiya namizədi olur və İstanbulla əsgərliyə görə qayıdır. Müxtəlif universitetlərdə dərs deyn Ağyol 1916-ci ildə Maarif nəzarəti altında Almaniyaya göndərilir. Berlində Texniki Universitetində 3 il qalır. 1923-cü ildə Darüflün imtahanına qatılaraq qalib olaraq, Darüflünə qoşulur. Fiziki və təbii coğrafiya üzrə Türkiyədə bu sahədə ilk coğrafiyaçılardan biri olur. Onun 30 yaxın kitanı dərc olunub.
İbrahim Haqqı Paşa
İbrahim Haqqı Paşa (d. 1863 — ö. 29 iyul 1918) — V Mehmed Rəşadın səltənətində 1 il 8 ay 18 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı. Türk arxeoloqu Halet Çambelin babasıdır. Hasan Yüksek, 19.
İsmail Haqqı Durusu
İsmail Haqqı (Durusu) (1871, Zincidərə, Kayseri — 1940, İstanbul), Mustafa Kamal və köməkçilərini Samsuna gətirən Bandırma Gəmisinin kaptanı. 1871-ci ildə Kayserinin Zincidərə diyarında anadan oldu. Atası da onun kimi gəmi kapitanı olan Hacı Əhməd Əfəndidir. O, 1891-ci ildə Leyli Dəniz Ticarəti Məktəbini bitirdi. 24 mart 1892-ci ildə praktikant kapitan olaraq Kayseri gəmisinə təyin edildi. 1892–1893-cü illər arasında, Bahri Cedit (1892), Əli Saib Paşa (1893) və Dolmabağça (1892) gəmilərində üçüncü kapitanlıq vəzifəsini yerinə yetirdi. 1897–1907-ci illər arasında, Şərəf (1897), Mədinə (1897), Məkkə (1899), Saloniki (1900), Kaplan (1900), Sakarya (1901), Bahri Cedir (1905), Sakarya (1907) və Kaplan (1907) gəmilərində ikinci kapitanlıq vəzifəsini yerinə yetirdi. 1 aprel 1915-ci ildə kapitan kimi təyin olunduğu Doğan Gəmisi fırtına nəticəsində Mərmərə dənizində batdı. Osmanlı Seyr-i Sefain İdarəsi tərəfindən vəzifədən kənarlaşdırılıb sorğuya cəlb olundu və prosesin sonunda laqeydliyi olmadığı üzə çıxarıldı və vəzifəsinə geri döndü, Ankara gəmisində ikinci kapitanlıq vəzifəsini icra etdi. 1 may 1919-cu ildə Bandırma Gəmisinin Kapitanı oldu.
İsmail Haqqı Uzunçarşılı
İsmail Haqqı Uzunçarşılı (23 avqust 1888, Əyyubsultan – 10 oktyabr 1977, İstanbul) — Türkiyə siyasətçisi və tarixçisi. 1912-ci ildə Darülfünunun ədəbiyyat bölümünü bitirərək Kütahya edadisi tarix müəllimi təyin olundu. 1921-ci ildə getdiyi Ankarada, ulusal hökumətcə öncə Trabzon Litseyində, sonra Kastamonu edadisində görəvləndirildi. Müəllimliyi çeşidli məktəblərdə sürdürən Uzunçarşılı 1926-cı ildə ibtidai məktəb müdürü, 1927-ci ildə Balıkəsir millətvəkili oldu. Məclis çalışmalarının yanı sıra 1932–1938-ci illər arasında İstanbul Universitəti Ədəbiyyat Fakültəsi Tarix Bölümündə dərslər verdi; Türk Tarix Kurumunda görəv yaptı. 1950-ci ildə millətvəkilliyindən ayrılaraq yalnızca tarix çalışmalarına davam etdi. Kastamonuda çıxan "Açık Söz" qəzetində dərc olunan yazılarla adını duyurdu. İlk çalışmalarını Kastamonu tarixi, Balıkəsir tarixi, Kütahya şəhəri (1932) kimi yerəl tarix araşdırmalarına ayırdı. Daha sonra Anadolu bəyliklərini incələmə mövzusuna girişdiysə də, Osmanlı imperiyasının siyasi tarixinə və dövlət təşkilatına ilişkin kitablarıyla tanındı. 89 yaşında arxivdə çalışırkən hayata gözlərini yumdu.
İsmayıl Haqqı Baltacıoğlu
İsmayıl Haqqı Baltacıoğlu (türk. İsmail Hakkı Baltacıoğlu 28 fevral 1886, Konstantinopol – 1 aprel 1978, Ankara) — Türkiyə hüquqşünası, alimi, yazıçısı və dramaturqu. 1923–1927-ci illərdə İstanbul Universitetinin rektoru. 1923-cü ildə Türkiyə Cümhuriyyəti qurulduqdan sonra Baltacıoğlu Təhsil İslahatı Hərəkatının Türkiyədəki ən məşhur nümayəndəsi olmuşdur. Pedaqoq, dramaturq kimi Cümhuriyet dönemi teatr tarixinin əhəmiyyətli nümayəndələrindən biridir. İsmayıl Haqqı Baltacıoğlu 1886-cı ildə İstanbulda Mucurlu Baltacıoğlu İbrahim Edhem Efendi və Düzceli Hamdune xanımın ailəsində anadan olub. Uşaqlığını Cihangirdəki babası Əbdürrəhman Əfəndinin evində keçirib. İlk təhsilini Sirkeliməscit Mahallesinde "Şemsülmekatipte" almış, sonra Maşrıkı Füyüzat adlı xüsusi bir məktəbdə davam etdirmişdir. İbtidai təhsilini sonda Kışlaarkası İbtidai məktəbində tamamlamışdır. Orta təhsilini Fevziye Rüşdiyesi və Vefa Liseyində tamamlayıb (1903).
İsmayıl Haqqı bəy
İsmayıl Haqqı bəy (türk. Ismail Hakki bey; 1 yanvar 1865 – 30 dekabr 1927) — Osmanlı imperiyası dövrünün bəstəkarı və musiqiçisi. Ən məşhur mahnılarından biri "Fikrimin incə gülü" (türk. Fikrimin ince gülü) mahnısıdır.
Ərzurumlu İbrahim Haqqı
Ərzurumlu İbrahim Haqqı (18 may 1703, Ərzurum ili – 22 iyun 1780, Siirt) — türk sufi nümayəndəsi, sosioloq və alim. Marifətnamə əsərinin yazarıdır. Kiçik yaşlarında atasını sonra isə anasını itirən İbrahim Haqqı bir müddət əmisinin yanında yaşamışdır və bu müddət ərzində təhsilinə davam etmişdir. 1747-ci ildə İstanbula gələrək sultan I Mahmud ilə görüşmüşdür. Sonra yenidən Ərzuruma qayıdan İbrahim Haqqı davamlı olaraq dini və elmi mövzularla maraqlanmışdır. İbrahim Haqqı 1780-ci il 22 iyunda ölmüşdür. Məzarı Siirt ilinin Tillo ilçəsində yerləşir. Ümumilikdə on beş əsər yazan İbrahim Haqqının ən əsas əsərləri Divan və Marifətnamədir. Ərzurumlu İbrahim Haqqı astronomiya, fizika, psixologiya, sosiologiya və din sahələrində bir çox fəaliyyət göstərmişdir.
İbrahim Haqqı Ərzurumi

Sədat Haqqı Əldəm
Sədat Haqqı Əldəm (türk. Sedad Hakkı Eldem; 18 avqust 1908, Konstantinopol – 7 sentyabr 1988, İstanbul) — türk memar, akademik və yazıçısı. O, XX əsrin aparıcı türk memarlarından biridir. Osmanlı dövrü evləri, XVIII-XIX əsr saray və malikanələri, klassik Osmanlı memarlığına dair araşdırmaları ilə memarlıqda ənənəvi motivlərin təkrar istifadəsi istiqamətində öncül memarlardan biri olub. Sədat Haqqı Əldəm 1908-ci ildə İstanbulda Osmanlı yüksək təbəqəsinə mənsub bir ailənin övladı olaraq dünyaya gəlib. Atası diplomat İsmayıl Haqqı bəy, anası Əzizə Qalip xanımdır. Ana tərəfdən ulu babası II Əbdülhəmidin dövründə Osmanlı dövlətində baş vəzir vəzifəsində çalışmış Osmanlı dövlət xadimi İbrahim Əthəm Paşadır. İbrahim Əthəm Paşanın oğullarından biri olan babası İsmayıl Qalip bəy Türkiyədə numizmatikanın banisi kimi tanınır. Onun böyük əmilərindən Osman Həmdi bəy türk muzeyşünaslığının banisi, Xəlil Əthəm bəy isə geologiya elminə verdiyi töhfələr ilə tanınır. Sədat Haqqı bəyin uşaqlığı, diplomat olan atasının vəzifəsinə görə Avropanın Cenevrə, Münxen, Sürix kimi şəhərlərində keçib.
İsmayıl Haqqı (dəqiqləşdirmə)
İsmayıl Haqqı
İsmayıl Haqqı Oktay
İsmayıl Haqqı Paşa və ya İsmayıl Haqqı Oktay (29 oktyabr 1881, Afina, Yunanıstan Krallığı – 11 oktyabr 1977, İstanbul, Türkiyə) — son Osmanlı sədrəzəmi Əhməd Tofiq Paşanın oğlu, Osmanlı hərbçisi, diplomatı və filatelisti. == Həyatı == === İlk illəri === 29 oktyabr 1881-ci ildə Afinada dünyaya gəldi. Atası o əsnada Osmanlı imperiyasının Afina səfiri olan Əhməd Tofiq Paşa, anası isə onun isveç əsilli xanım Elizabet Tschumidir. Cütlüyün 4 övladından ən böyüyü olan İsmayıl Haqqı bəyin ilk uşaqlıq illəri Afinada keçdi. Afinadakı yunan əsilli dayəsindən yunanca, atasının Berlin səfirliyi dövründə isə (1881-1895) təhsil aldığı məktəblərdə alman və fransız dillərini öyrəndi. Beləliklə, hələ 14 yaşında ikən 3 əcnəbi dil bilən intellektual bir gənc olmuşdu. Atası Əhməd Tofiq Paşanın 1895-ci ildə İstanbula çağırılaraq Xariciyyə Nəzarətinə təyin edilməsi ilə digər ailə üzvləri kimi İsmayıl Haqqı bəyin də həyatı tamamilə dəyişdi. İlk dəfə İstanbula gələn İsmayıl Haqqı bəy, kiçik qardaşı Əli Ülvi bəylə birlikdə xüsusi müəllimlərdən bir ilə yaxın türkcə, ərəbcə və farsca dərsləri aldı. Ardından 1896-cı ildə Qalatasaray litseyinə daxil oldu. Ardından hərbi məktəbə daxil olan İsmayıl Haqqı bəy burada Sultan Əbdülhəmidin yavərlik sinifinə seçildi və 4 il sonra məzun oldu.
Qiymətli kağızlar üzrə zəmanət
Torpaq haqqı (film, 1986)
Filmdə neft istehsalı prosesində yol verilən laqeydlik nəticəsində və baxımsızlıq ucbatından dünyanın min cür nemətlərini yetişdirməyə qadir olan Abşeron torpaqlarının yararsıq hala düşməsindən bəhs edilir. Film eyni zamanda torpağı sevməyi və onu qorumağı öyrədir. Rejissor: Tofiq Mütəllimov Ssenari müəllifi: Sirus Zindadel (Sirus kimi) Operator: Azər Salayev Bəstəkar: Əli Babayev Səs operatoru: Şamil Kərimov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 330. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan.
Vicdan haqqı (teleserial, 2016)
Vicdan haqqı — Rövşən İsaxın quruluşçu rejissorluğu ilə çəkilmiş Azərbaycan teleserialı. Qohumu İmranın (İlham Hüseynov) ardınca Rusiyaya işləməyə getmiş ədəbiyyat müəllimi Kamil (Elxan Yunis), orada başına gələn hadisələrdən sonra, Larisa (Çimnaz Sultanova) adlı bir rus qadınla evlənir. Kamilin Azərbaycanda da ailəsi var. Həyat yoldaşı Dilarə (Kəmalə Müzəffər), qızı Nərgiz (Ülviyyə Xəlilbəyli) və oğlu Fariz (Murad İsmayıl) onun yolunu gözləyir. Rusiyada yaşadığı 8 il müddət ərzində Larisa ilə nikahdan bir oğlu da olur. Kamil düşdüyü çətin vəziyyətdən yaxa qurtarandan və bütün maddi problemlərini həll etdikdən sonra Azərbaycana qayıdır. Çox keçmir ki, Larisa da öz oğlu ilə onun yanına gəlir. Bu hadisədən isə yalnız İmran, Minayə (Hicran Nəsirova) və Afaqın (Təzəgül Hidayət) xəbəri var. Lakin hadisələr elə cərəyan edir ki, Kamil bu xəbəri digər ailə üzvlərindən də çox gizlədə bilmir. Serialın ilk mövsümü 5 fevral 2016 – 24 iyun 2016-cı il tarixlərini əhatə etmişdir.
Çoxtərəfli İnvestisiyalar üzrə Zəmanət Agentliyi
Çoxtərəfli İnvestisiyalar üzrə Zəmanət Agentliyi və ya MİGA — 1988-ci ildə yaradılıb və 157 üzvü var. Ölkə MİGA-ya üzv olmaq üçün ilk öncə BYİB-ə üzv olmalıdır. Təşkilatın maliyyə mənbəyini üzvlük kapitalı təşkil edir. İndiyə qədər buraxılan zəmanətlərin ümumi həcmi 10,4 milyard dollara bərabərdir. Zəmanət verilən birbaşa xarici investisiyaların həcmi isə 30 milyard dollara bərabər olmuşdur. 2002-ci il fiskal ilində 1,4 milyard dollar həcmində zəmanət buraxılmışdır. MİGA-nın yaradılmasında əsas məqsəd az inkişaf etmiş ölkələrə birbaşa xarici investisiyaların yönəldilməsinin artırılması yolu ilə bu ölkələrdə insanların yaşayış şəraitinin yaxşılaşdırılması və yoxsulluğun azaldılmasıdır. Təşkilatın vəzifələri aşağıdakılardır: · üzv ölkəyə digər üzv ölkədən qoyulmuş investisiyalarda mövcud olan qeyri-kommersiya risklərinə qarşı zəmanət verilməsi, o cümlədən investisiyaların birgə sığortası və təkrar sığortası; · inkişaf etməkdə olan ölkələrə investisiya axınının artırılması üçün digər müvafiq əlavə fəaliyyətlərin həyata keçirilməsi. · təşkilat tərəfindən yalnız inkişaf etməkdə olan ölkələrə investisiya qoyuluşuna zəmanət verilir. MİGA-nın dəstəklədiyi layihələr ölkələrə hərtərəfli fayda gətirir: yeni iş yerləri açılır, vergi gəlirləri yaranır, təcrübə və texnoloji nou-hau transfer olunur.