ZARILDAMAQ

f.
1. Şiddətli həyəcan, ağrı, əziyyət, əzab və s. təsirindən zarıltı səsi çıxarmaq; inildəmək.
[Sofiya:] Allah xatirinə məndən əl çəkin, günahımı artırmayın, – deyir, ağır bir xəstə kimi zarıldayırdı. Çəmənzəminli.
Getdikcə ağır nəfəs alan Niyaz zarıldadı. M.İbrahimov.

2. Zar-zar ağlamaq. Uşaq zarıldayır.
– Axşamçağı soyuqdan paltonuma bürünüb bazardan keçdikdə gördüm, bir dükanın qabağında üç uşaq durub zarıldayırdı. Çəmənzəminli.
Uşaqlar “mən acmışam”, deyə zarıldayırdı( lar). C.Cabbarlı.

Синонимы

  • ZARILDAMAQ inildəmək — sızıldamaq
  • ZARILDAMAQ zarıldamaq bax 1. zarımaq; 2. ağlamaq
ZARILDAMA
ZARILDAŞMA

Значение слова в других словарях