ZAY
ZAYİAT
OBASTAN VİKİ
Vladimir Zayets
Vladimir Vladimiroviç Zayets (4 may 1981; Bakı, Azərbaycan SSR) — Azərbaycanı təmsil edən yüngül atlet. 2008 və 2012-ci illərdə baş tutan Paralimpiya Oyunlarında medallara sahib olub. == Həyatı == Vladimir Zayets 1981-ci il mayın 4-də Bakı şəhərində anadan olub. == Karyerası == 2008-ci ilin avqust ayında Vladimir Zayets Çində baş tutan XIII Yay Paralimpiya Oyunlarında mübarizə apardı. Uzunluğa tullanma turnirində 6.80 metr nəticə ilə dördüncü pillənin sahibi olan Vladimir Zayets, üçtəjanla tullanma turnirində 15.00 metr nəticə ilə bürünc medala sahib oldu. Azərbaycan Prezidenti İlham Əliyevin 16 fevral 2011-ci il tarixli Sərəncamına əsasən Vladimir Vladimiroviç Zayets "Tərəqqi" medalı ilə təltif edildi.Daha sonra Vladimir Zayets 2012-ci ilin avqust ayında Birləşmiş Krallıqın London şəhərində baş tutan XIV Yay Paralimpiya Oyunlarında mübarizə apardı. Üçtəjanla tullanma turnirində 15.01 metr nəticə ilə gümüş medala sahib olan Vladimir Zayets, 4x100 metr məsafəyə estafet turnirində 42.92 saniyə nəticə ilə bürünc medala sahib oldu. Azərbaycan Prezidenti İlham Əliyevin 14 sentyabr 2012-ci il tarixli Sərəncamına əsasən XIV Yay Paralimpiya Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Vladimir Vladimiroviç Zayets Azərbaycan Prezidentinin fəxri diplomu ilə təltif edildi.Azərbaycan Prezidenti İlham Əliyevin 6 sentyabr 2021-ci il tarixli Sərəncamına əsasən XVI Yay Paralimpiya Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Vladimir Vladimiroviç Zayets 3-cü dərəcəli "Əmək" ordeni ilə təltif edildi.
Zayed Universiteti
Zayed Universiteti (ərəb. جامعة زايد‎) — Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi əmirliyinin Əbu-Dabi şəhərində yerləşən dövlət ali təhsil müəssisəsi. Ölkəsinin Birləşmiş Ərəb Əmirlikləri Universiteti və Ali Texnologiya Kollecləri ilə birlikdə 3 dövlət ali təhsil müəssisəsindən biridir. == Tarixi == Universitetin əsası 1988-ci ildə qoyulmuşdur.Təsis olunduğu vaxt Zayed Universiteti yalnız qızlar üçün nəzərdə tutulsa da, sonradan burada oğlanların da təhsil almasına icazə verilib. == Fəaliyyəti == Bu ali təhsil müəssisəsi humanitar və təbiət elmləri, biznes elmləri, kommunikasiya və media, təhsil və informasiya sistemləri adlı 5 kollecdən ibarətdir. Universitetdə tədris əsasən ingilis dilində aparılır.İngilis dilinin tədrisi səviyyəsini yüksəltmək üçün Əbu-Dabi Təhsil Şurası Zayed Universiteti ilə birgə ibtidai təhsil üzrə pilot proqram hazırlamışdır. Belə ki, bu ölkədə ingilis dilində səlis danışmağı bacarmayanların işlə təmin olunması xeyli çətindir. Ona görə də bu proqramın genişləndirilərək ölkənin bütün məktəblərində tətbiq olunması planlaşdırılır. == Kampusu == Universitetin Əbu-Dabi şəhərində yerləşən kampusu 2011-ci ildə "Xəlifə Şəhər"də salınmış yeni kampusa köçürülmüşdür. Onun Dubay kampusu isə 2006-cı ildən Əl-Ruvayyahda - Dubay Beynəlxalq Akademik Şəhərciyində yerləşir.
Zayed əl-Hayari
Zayed əl-Hayari — Qətərin İraqdakı fövqəladə və səlahiyyətli səfiri (2015-ci ildən) == Diplomatik fəaliyyəti == Zayed əl-Hayari Qətərin İordaniyada səfiri vəzifəsində işləyib. 2015-ci ildən ölkəsinin İraqdakı fövqəladə və səlahiyyətli səfiridir.
Şeyx Zayed məscidi
Şeyx Zayed məscidi — Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə yerləşir. Şeyx Zayed məscidi BƏƏ-nin sonuncu əmiri Şeyx Zayed ibn Sultan Əl Nəhyanın təşəbbüsü ilə inşa edilib. Elə bu səbəbdən də onun qəbri məscidin yaxınlığındadır. Ölkənin əsas məscidi olduğundan burada Cümə və Bayram namazlarında əhalinin ibadətə üçün sıx toplaşdığı yer olur. Bu məscid BƏƏ-nin ən böyük məscididir. Belə ki, Bayram namazında bura toplaşanların sayı 40.000 nəfərə çatır. Şeyx Zayed məscid mərkəzinin ofisi şərq minarələrində yerləşir. Bura hər gün müntəzəm olaraq ziyarətçilərin din və ölkənin mədəniyyəti haqda məlumatlanması üçün müəyyən işlər görür, eyni zamanda Cümə namazına da hazırlıqlar edilir. Şimal-şərq minarələrində yerləşən kitabxanada bir sıra klassik dövr İslam dininə aid nəşrlər, 200 ildən çox yaxşı olan qəpiklər, xəttatlıq nümunələri saxlanmaqdadır. Bir çox İslam ölkələrindən fərqli olaraq burada yalnız ərəb dilində yox, ingilis, fransız, italyan, ispan, alman və koreya dillərində də məlumatlar var.

Значение слова в других словарях

водопроница́емый кабеста́н ортодо́кс пальмообра́зно подфа́рок предсказа́тельный присупо́нивать развя́зно та́ссовский пола́яться привяза́ться American Revised Version au naturel co-inhere deer grazier machine tool plant midmost turkize вкус градиент злопыхательство отчуждать угрожать чернец