Reynhard Zelten
Reynhard Zelten (ing. Reinhard Selten; 5 oktyabr 1930[…], Vrotslav, Almaniya Federativ Respublikası – 23 avqust 2016[…], Poznan) — alman iqtisadçı.
Reynhard Zelten Polşanın Vrotslav şəhərində anadan olub. Atası yəhudi, anası isə protestantdı. Oyunlar nəzəriyyəsi ilə bağlı tədqiqatlarına görə 1994-cü ildə Con Xarsani və Con Neşlə birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. Həmçinin məhdud səmərəlilik mövzusundakı tədqiqatları ilə də tanınır və təcrübi iqtisadiyyatın qurucularından biri olaraq hesab olunur. Bundan başqa Reynhard Zelten "Selten's Horse" adlı oyun hazırlamışdır.
Preispolitik der Mehrproduktenunternehmung in der statischen Theorie, Berlin-Heidelberg-New York: Springer-Verlag. (1970) (Almanca)
General Equilibrium with Price-Making Firms (Tomas Marşakla birlikdə), Lecture Notes in Economics and Mathematical Systems, Berlin-Heidelberg-New York: Springer-Verlag. (1974)
A General Theory of Equilibrium Selection in Games (Con Xarsani ilə birlikdə), Cambridge, MA: MIT-Press.