Zeppelin

der; -s, -e balon, zepelin
Zephir
Zepter
OBASTAN VİKİ
Led Zeppelin
Led Zeppelin — ingilis rok qrupu. BBC tərəfindən "Rok tarixinin ən təsirli qruplarından biri" kimi dəyərləndirilmişdir. Qrup 4 nəfərdən ibarət olmuşdur: Cimmi Peyc (gitara), Con Bonham (baraban), Con Paul Cons (bas gitara), Robert Plant (solist). 1968-ci ildə yaradılan qrup əsasən hard rok, həvi metal musiqi üslubunda mahnılar ifa etsə də, blüz, rokabilli, saul, fank kimi musiqi üslublarına və hətta kelt, hind, ərəb və latın musiqisinə də müraciət etmişdir. 1980-ci ildə Con Bonham öləndən sonra qrup dağılsa da, o indinin özündə də rok musiqisi tarixinin ən görkəmli qruplarından biri kimi yad edilir. Qrupun bu günə qədər 300 milyon nüsxəylə albomları satılmışdır. Təkcə ABŞ-də bu göstərici 109,5 milyondur (bu, ABŞ-də The Beatles və Elvis Preslidən sonra üçüncü albom satışı göstəricisidir. «Stairway to Heaven» də daxil olmaqla ən məşhur mahnılarından bəziləri: «Rock and Roll», «Black Dog», «Heartbreaker», «Living Loving Maid», «Immigrant Song», «Kashmir», «Dazed and Confused», «Misty Mountain Hop »,« Whole Lotta Love »,« Communication Breakdown »,« Achilles Last Stand », «Fool in the Rain», «Moby Dick», «When the Levee Breaks», «No Quarter», «Good Times, Bad Times» və «The Song Remains The Same». Led Zeppelinin adı olmayan dördüncü albomunun qapağında qrup üzvlərinin imza olaraq istifadə etdiyi dörd mistik şəkil var: John Bonham bir-birinə bağlı üç çevrədən ibarət olan şəkli; John Paul Jones özünə inam və ustalığı təsvir edən Kelt şəklini; Robert Plant sivilizasiyasının bir şəklini; və Jimmy Page də "Zoso" olaraq deyilən sirrli şəkli. Sözləri İngilis mistik ədəbiyyatının məşhur qadın yazıçılarından Lewis Spence'in "The Magic Arts in Celtic Brain" adlı kitabından təsirlənən Robert Plant tərəfindən yazılan və əlində mistik gücləri olan fövqəltəbii bir qadının ruhi axtarışlarını ehtiva edən və bütün zamanların ən böyük rok mahnılarından biri olaraq xarakterizə edilən «Stairway to Heaven» mahnısı bu albomda yer almaqdadır.
Led Zeppelin IV
Led Zeppelin IV ― Led Zeppelinın dördüncü studiya albomu.