ZİDD

[ ər. ] sif. Tamamilə başqasına əks olan, onunla qətiyyən düz gəlməyən. Zidd fikir. Zidd rəy söyləmək. Əsərdə iki zidd qüvvə üz-üzə qoyulur.
// is. Bir şeyin əksi, qarşılığı, müxalifi. Şirin acının ziddidir.
– Gözləmək və səbir etmək [sevginin] təbiətinə zidd imiş. Ə.Sadıq.

□ Zidd çıxmaq1) əleyhinə (əksinə) çıxmaq, əleyhinə (ziddinə) hərəkət etmək.
Təbiətin bu gözəl ahəngdar qanununa zidd çıxmaq olmaz. S.Rəhimov;

2) müvafiq olmamaq, əks olmaq. Bu faktlar bir-birinə zidd çıxır.
Zidd getmək – əleyhinə çıxmaq, əksini demək, qarşı durmaq, müxalif olmaq.
Zeynəb öz təbiətinə zidd gedə bilmədi. İ.Şıxlı.

Синонимы

  • ZİDD ZİDD (başqasına əks olan, düz gəlməyən) [Miko:] Sevdimalı əmi və başqaları bu tədbirlərə yenə də zidd çıxsa, onda ciddi danışmaq lazımdır (İ
  • ZİDD əks — əleyh
ZİBİLSİZLİK
ZİDDİNƏ
OBASTAN VİKİ
Ziddiyyət qanunu
Ziddiyyət qanunu — məntiq qanunudur və bu qanuna görə bir-birini inkar edən iki təklif eyni vaxtda həqiqi ola bilməz. Ziddiyyət qanununun ilk ifadəsini Aristotel vermişdir. Ziddiyyət qanununu belə də ifadə etmək olur; təklif eyni vaxtda həqiqi və yalan ola bilməz. Formal ziddiyyətlərin düşüncəyə və ya elmi nəzəriyyəyə daxil olması, nüfuz etməsi onları əsassız edir. Ziddiyyət qanunu obyektlərin keyfiyyət müəyyənliyinin təfəkkürdə əks olunmasıdır. Belə bir sadə faktın təfəkkürdə əksidir; əgər obyektin dəyişməsindən sərf-nəzər etdikdə o, eyni vaxtda qarşılıqlı bir-birini istisna edən xassələrə malik ola bilməz.

Значение слова в других словарях

баллисти́ческий заму́сориваться крахма́листый пофарти́ть с той поры́ самоокисле́ние во всю прыть гравито́н де́рзостность ита́лики одева́ние теологи́ческий breeze in epiphenomena fugal glottis hoax lander noncontact mine prognathism shooting box wholesaler надивиться одурение произвольно