Zilviyyə

Çox qədim tarixə malik olan bu şirniyyat növündə daha çox Gəncədə istifadə olunur, bu gün artıq unudulmaqdadır. Yəni bu şirniyyat növünü hazırlayanlar demək olar ki, yoxdur. Un, 1 kq nişasta, 1 kq qatıq, 15 yumurtanın ağı, şərbətdən istifadə olunmaqla hazırlanır. Buğda unundan maya hazırlanır. Maya duru şəkildə olmalıdır. Maya bir az qalıb özünü tutduqdan sonra nişasta və yumurta əlavə edilib 12 saat saxlanılmalıdır. Xəmir gələnəcən qıraqda şirə hazırlanır ki, 5 kq şəkər tozu, 2 litr su, bir qədər limon cövhəri və ya limonun özü əlavə edilir. Sonra isə zilviyyəni qıf vasitəsilə tam isinmiş yağda bişirilir. Növbəti mərhələdə qızardılmış zilviyyə qaynadılmış şirəyə salınır və bir qədər saxlanıldıqdan sonra süzülür. Beləliklə zilviyyə hazır olur.
Yuxa
Zirəto