Doqquzqurşaqlı zirehlilər
Doqquzqurşaqlı zirehlilər (lat. Dasypus) — məməlilər sinfinə, zirehlilər fəsiləsinə daxil olan cins. Doqquzqurşaqlı zirehlilərin gövdə uzunluğu yarım metri keçmir. Tipik çəkisi 4–8 kq-dır.
Doqquzqurşaqlı zirehlilər bütün fəsilənin növləri arasında öz arealını genişləndirməyi bacaran yeganə canlılardır. Şimali Amerikaya yayılaraq ABŞ-nin cənub bölgələrinə çatdılar və daha da şimala doğru irəliləyirlər. Digər zirehlılar yalnız Cənubi Amerikada yaşayır.
Doqquzqurşaqlı zirehlilər özlərininin qazdıqları yuvalarda yaşayırlar. Çöllərdə, kollarda və dağlarda 3000 metrə qədər yüksəklikdə yaşamaları mümkündür. Böcəklər, göbələklər, meyvələr və bitki toxumları ilə qidalanırlar.